Azərbaycan Prezidenti: Əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs o...

18 Mart 2024

  Əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra öz qanunsuz silahlı birləşmələrini torpaqlarımızda əbədi saxlamaq, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası ...

İQTİSADİYYAT

Bütün xəbərlər

İtaliya yanvarda Azərbaycandan TAP kəməri ilə qaz idxalını 3 faiz artırıb

18 Mart 2024

  Trans-Adriatik Boru Xətti (TAP) ilə Azərbaycandan İtaliyaya təbii qazın tədarükü 2024-cü ilin yanvarında 878 milyon kubmetrə çatıb ki, bu da 2023-cü ilin analoji dövründə olduğundan 3,1 faiz çoxdur. AZƏRTAC İtaliyanın Ətraf Mühit və Energetika Təhlükəsizliyi Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu ölkə 2023-cü ildə TAP vasitəsilə Azərbaycandan 10 milyard kubmetrə yaxın təbii qaz idxal edib. Uzunluğu 3,5 ...

Mədəniyyət

Bütün xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video