Şanlı qələbəmizi əbədiləşdirən möhtəşəm abidə
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən dörd il keçdi.
Düz dörd ildir ki, qalib xalq, qalib dövlət kimi yaşayırıq!
Dörd il bundan qabaq 44 gün ərzində otuz il erməni işğalında olan torpaqlarımızı azad etdik!
Murdar ləpirliləri müqəddəs torpaqlarımızdan iti qovan kimi qovduq!
Şəhidlərimizin, itkinlərimizin qisasını döyüş meydanında aldıq!
Düşməni zəlil günə qoyduq, qarşımızda diz çökdürdük, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün şərtlərini özündə əks etdirən kapitulyasiya aktını imzalatdırdıq!
İndi isə müharibədən sonrakı zəruri işlərlə məşğuluq:
* Ərazi bütövlüyümüzü, dövlət suverenliyimizi tam bərpa etmişik!
* Separatçıların, terrorçuların rəhbərlərini, terroru maliyyələşdirənləri Bakıya gətirərək onlara həbsxanada "çay qonaqlığı" veririk.
* Viran qoyulmuş əraziləri bərpa edərək, müasir tipli yaşayış məntəqələri yaradırıq.
* Otuz il Vətən həsrəti çəkən keçmiş məcburi köçkünləri doğma yurd-yuvalarına qaytararaq işlə, normal yaşayışla təmin edirik.
* Yeni su anbarları yaradır, suvarılan torpaqların ərazisini genişləndirir, elektrik stansiyaları tikərək "yaşıl enerji" istehsalını artırırıq.
* Dünyada mövqeyimizi daha da möhkəmləndirərək siyasi nüfuzumuzu, iqtisadi imkanlarımızı yüksəldirik.
* COP29 kimi nəhəng tədbirə uğurla evsahibliyi etdik.
***
Zəfərin dördüncü ildönümü günü Prezident İlham Əliyevin 3 dekabr 2020-ci ildə imzaladığı Sərəncam əsasında inşası başa çatan Zəfər parkının açılışı oldu.
On hektar ərazini əhatə edən bu parkda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi də fəaliyyət göstərir.
Hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı möhtəşəmliyi və qeyri-adiliyi ilə insanı heyran qoyur.
Müzəffər Ali Baş Komandanın açılışını etdiyi Zəfər tağını və Zəfər muzeyini muzeylər muzeyi də adlandırmaq olar.
Otuz il ərzində yağı düşmən barbar simasını bütün çirkinliyi ilə göstərdi, Qarabağı, Şərqi Zəngəzuru xarabalıqlara çevirdi, daş üstə daş qoymadı.
Bu vəhşilikləri dünyaya, gələcək nəsillərə və sonrakı illərdə ölkəmizə gələnlərə göstərmək vacib məsələlərdən biridir.
Odur ki, dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş bütün rayonlarda Zəfər və İşğal muzeyləri yaradılır.
Zəfər parkının açılışından sonrakı xalqa müraciətində Azərbaycan Prezidenti İlham Əliyev bu vacib məqama toxunaraq dedi:
"İndi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan "sülh göyərçini" düzəltmək istəyirlər. Sanki bu otuzillik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır".
***
Düşmən qırmızı imperiyanın parçalanması zamanı əldə etdiyi imkanlardan, müdafiəçilərinin hərtərəfli dəstəyindən və köməyindən istifadə edərək bizə qarşı xəyanət və nankorluq etdi.
Bir vaxtlar onlara qucaq açan, çörək verən, ərazisində yaşamasına şərait yaradan Azərbaycandan yenə də torpaq qoparmaq xəyalına düşdü.
Bizim mərhəmətimizə dinc əhaliyə, girovlara göstərdiyi xüsusi qəddarlıqla cavab verdi, torpağın əsl sahiblərini zorla doğma yurd-yuvalarından qovub çıxardı!
Bəli, bizə edilənləri yaddan çıxarmayacağıq və unutmağa da haqqımız yoxdur!
Biz, yaxşıları da, pisləri və pislikləri də unutmayacağıq!
Həm xalqımızın dəyanətini, torpağa, Vətənə olan məhəbbətini, hər iki müharibədə göstərilən qəhrəmanlıqları və verilən qurbanları, həm də düşmənin qeyri-insani hərəkətlərini, murdarlıqlarını heç zaman unutmayacağıq!
Unudulması mümkün olmayan hadisələr və faktlar çoxdur.
Heç zaman unutmayacağıq...
* Vətən müharibəsinin başladığı ilk gündən Azərbaycan ərənləri rayonların səfərbərlik xidmətləri qarşısında uzun növbələrə duraraq, torpaqların işğaldan azad olunmasında canları və qanları ilə iştirak etmək istədiklərini bildirərək döyüşən ordu sıralarına yazılmaq niyyətlərini bəyan edirdilər.
* Yaralı əsgər və zabitlər yenidən döyüş meydanına qayıtmaq üçün həkimlərdən onları tez sağaltmalarını tələb edirdilər.
* Övladları şəhid olan valideynlər nə qədər itki ağrısı keçirsələr də, "Təki Vətən sağ olsun!" söyləyirdilər!
* Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları daim ordu ilə nəfəs alır, itkilərə birgə kədərlənir, qələbələri birlikdə bayram edirdilər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər çıxışı, xalqa ünvanlanan hər müraciəti səbirsizliklə gözlənilir, diqqətlə dinlənilir, bütün dünyada əks-səda doğurur, insanlara yeni ümid, yeni inam, yeni qələbə sevinci və fərəhi bəxş edirdi.
Azərbaycan xalqı heç zaman İkinci Qarabağ müharibəsi dövründə və sonrakı müddətdə bu qədər mehriban, əlbir, dilbir və əməlbir olmamışdı, milli birliyimiz belə möhkəmlənməmişdi.
***
Heç zaman unutmayacağıq...
* Qardaş Türkiyə hərbi əməliyyatlar başlanan andan sonadək daim yanımızda oldu. Türkiyə rəhbərliyi, ordu generalları və siyasətçilər daim bəyanatlar və açıqlamalar verərək hər cür köməyə hazır olduqlarını söylədilər.
* Ermənidən betər ermənilik edənlər, hava məkanlarını Ermənistanın üzünə açaraq gecə-gündüz onlara silah-sursat daşınmasına sərait yaradanlar oldu.
* Ermənistan orduya qarşı deyil, döyüş meydanından yüzlərlə kilometr aralıda yerləşən Gəncə, Tərtər, Goranboy, Bərdə rayonlarını ballistik raketlərlə atəşə tutdu, qadağan olunmuş fosforlu və kassetli bombalardan dinc əhalimizə qarşı istifadə etdi, mülki insanlar arasında xeyli tələfata səbəb oldu.
* Tarixi, mədəni, dini abidələrimiz dağıdıldı, qəbiristanlıqlarımız yerlə yeksan edildi, məscidlərimizdə qaramal, donuz saxlanıldı.
* Mülki vətəndaşlarımız girov götürülərək onlara işgəncələr verildi, qeyri-insani rəftar olundu, vəhşiliklə öldürülərək gizli şəkildə kütləvi məzarlıqlarda basdırıldı.
* Ermənistan mina xəritələrini vermədi, təqdim etdiyi xəritələr saxta çıxdı, nəticədə müharibədən sonra yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu, ömürlük əlilə çevrildi.
* Makron Fransası müharibə və sonrakı dövrlərdə daim Azərbaycana qarşı düşmən mövqe tutdu, hayları silahlandırdı, dəfələrlə BMT-yə müraciət edərək əleyhimizə qərar və qətnamə çıxarılması, sanksiya tətbiq olunması üçün dəridən-qabıqdan çıxdı.
Ermənistan revanşizm niyyətindədir, Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir, üçtərəfli Bəyanatın bütün tələblərini yerinə yetirmək istəmir, qisas almağa fürsət gəzir.
Amma...
***
Qırmızı imperiyadan qoparaq müstəqillik yoluna qədəm qoymaq Azərbaycan üçün ağrılı-acılı oldu!
* Çünki xalqı düzgün yolla aparanı yox idi!
* Çünki xalq həqiqi rəhbərindən ayrı düşmüşdü!
* Çünki həmin dövrdə ölkəyə manqurtlar, qorxaqlar, səriştəsizlər başçılıq edirdi!
* Çünki nə ordu vardı, nə də silah-sursat!
Xain düşmən bu məqamdan istifadə etdi, torpaqlarımızı ələ keçirdi.
Sonra isə ikili standartlar oyunu başladı.
ATƏT-in Minsk qrupu sülh danışıqları ilə vaxt apardı, əməldə isə erməninin müdafiəçisinə çevrildi.
Həmsədr dövlətlər beynəlxalq hüquqa, ədalətə arxa çevirərək torpaqlarımızın əbədi işğalda qalması üçün əllərindən gələni etdilər: hayları silahlandırdılar, maliyyələşdirdilər, beynəlxalq qurumlarda müdafiə etdilər və sair.
Bu gün də bəd əməllərindən qalmaq istəmirlər.
İlham Əliyev xalqa müraciətində açıq şəkildə bildirdi:
"Onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır".
Bizə edilənləri heç zaman unutmayacağıq!
Unuda da bilmərik!
Bizə edilənlər həm də:
* Tarixin yaddaşında yaşayır!
* İnsanların, nəsillərin xatirində yaşayır!
* İtkin düşənlərin kütləvi məzarlıqlarında yaşayır!
* Hər il qeyd etdiyimiz soyqırımı günlərində yaşayır!
* BMT TŞ-nin icra olunmamış dörd qətnaməsində yaşayır!
* Hər il sevinc və şadlıqla keçirdiyimiz Zəfər günündə yaşayır!
* Şəhidlərin şərəfinə qoyulan abidələrdə yaşayır!
Biz olanları unutmuruq və heç zaman unutmayacağıq.
Sülhdən yayınmaq istəyən Ermənistan və onların məkrli havadarları da heç zaman unutmasınlar:
Qarabağ Azərbaycandır!
***
Dedik - eşitmədilər!
Etdik - gördülər!
Yenə deyirik - özlərini karlığa qoyurlar!
Yenə edəcəyik - nəticəsi karlar və korlar üçün daha ağır və acınacaqlı olacaqdır!
Erməniyə silah verənlər hərbi əməliyyatlar başlayanda olanları kənardan seyr edirlər.
Bəyanat, mətbuata açıqlamalar, telefon zəngləri kara gəlmir!
Meydanda ordular qalır, 12 min fərarisi olan Ermənistanla 44 gündə möhtəşəm Zəfər qazanan Azərbaycan Ordusu!
Nə Fransa, nə ABŞ, nə də Aİ-dən ordu gələrək erməninin işğal niyyətini gerçəkləşdirmək üçün canından keçir!
Müharibə başlayanda heç biz tərəfə binoklla da baxan olmayacaqdır.
İlk PUA-mız havada görünən kimi hamısı dabanlarına tüpürərək gəldikləri yerədək qaçacaqlar!
Əhalisi üç milyona çatmayan məğlub Ermənistan, əhalisi on milyonu keçən qalib Azərbaycana heç zaman üstün gələ bilməz!
Daha onların nə "keçilməz" "Ohanyan səddləri" var, nə də yeraltı beton bunkerləri.
Azərbaycanın isə Şuşanı yalın əllə almış xüsusi təyinatlıları, komando hərbi birləşmələri, döyüş meydanında qələbə təcrübəsi qazanmış əsgər və zabitləri vardır!
Üçüncü müharibə Ermənistan üçün tam faciə olacaqdır!
Yoxlamaq istəyirlərsə, buyursunlar.
"Dəmir yumruq" hazır vəziyyətdədir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev isə dediyini edəndir:
"Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir. Əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir".
vvv
Ötən ay dünya yenə Azərbaycana yığışmışdı.
Dünya Azərbaycanın qələbəsini də, inkişafını da, xalqın yaşayış səviyyəsini də indi daha aydın görür, bəyənir, qiymətləndirir.
Ermənistanın isə onu yeni müharibəyə təhrik edənlərdən başqa nə qapısını döyəni, nə də saya salanı var.
Çünki heç bir dövlətin marağını təmin edəcək sərvəti, infrastrukturu, təklif edəcəyi faydalı layihəsi yoxdur!
Heç utandığından, paxıllığından Azərbaycana gəlməyə üzü də olmadı!
Əgər olanlardan nəticə çıxararaq ağıllanmasa, "dəmir yumruq" növbəti dəfə də bu "xeyirxahlığ"ı öz üzərinə götürməli olacaqdır!
Bəxtiyar SADIQOV