13 Mart 2025 20:33
533
CƏMİYYƏT
A- A+
BMT Baş katibinin müavini: BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir  

BMT Baş katibinin müavini: BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir  


BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir. Gələcək üçün Pakt, habelə onun ehtiva etdiyi Qlobal Rəqəmsal Saziş və Gələcək Nəsillər haqqında Bəyannamə yeni fürsətlərə və istifadə olunmamış imkanlara yol açır. Bu sənəd bütün xalqlar və millətlər üçün davamlı, ədalətli və dinc qlobal nizamın əsasını qoyacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Gələcək üçün BMT Paktı: Yeni qlobal konsensusun yaradılması" adlı panel iclasındakı video çıxışında BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayder deyib.

BMT-nin Gələcək üçün Pakt barədə ətraflı məlumat verən Qay Rayder bildirib ki, sənəd süni zəka, sülh və təhlükəsizlik, davamlı inkişaf, iqlim dəyişikliyi, rəqəmsal əməkdaşlıq, insan hüquqları, gender, gələcək nəsillər və qlobal idarəetmənin transformasiyası da daxil olmaqla, genişspektrli məsələləri əhatə edir.

“Həqiqi müvəffəqiyyət bu Paktı həyata keçirməkdən ibarətdir. Pakt işlək olsun deyə bir sıra beynəlxalq təşkilatlar hərəkətə keçməlidir. Qlobal maliyyə strukturunun dəyişdirilməsi, qlobal rəqəmsallaşma sisteminin işlək olması, həmçinin burada süni zəkadan da istifadə edilməsi lazımdır. İyun ayında BMT tərəfindən beynəlxalq maliyyə konfransı keçiriləcək. Bundan başqa, noyabrda Qətərdə BMT tərəfindən 4-cü İnkişaf üçün Maliyyələşdirmə üzrə Beynəlxalq Konfrans təşkil olunacaq. Bu, Afrika birliyi, Asiya ölkələri və digər inkişaf edən ölkələrə dəstək məqsədilə keçirilən tədbirdir. Pakt milli səviyyədə BMT-yə üzv olan 193 ölkənin hər birinə faydalı olmalıdır”, - deyə Qay Rayder əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhandan  

11:07
11 Mart

BMT-nin hesabatı: Süni intellekt uşaqlara qarşı kiberhücumları daha da artırır

10:49
11 Mart

Dünya birjalarında neft bahalaşıb 

10:41
11 Mart

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:38
11 Mart

Azərbaycan nefti 12 faizdən çox ucuzlaşıb

10:31
11 Mart

Zabuxda torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlər martın 16-dək davam edəcək  

10:26
11 Mart

Gəncədə “qara bazar”da qiyməti 1 milyon 600 min manat olan 27 kq heroin aşkarlanıb

10:17
11 Mart

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir-YENİLƏNİB

10:11
11 Mart

Qırmızı Bazar qəsəbəsinə köçən sakin: İşğaldan azad edilmiş ərazilərdə işləyirəm 

10:08
11 Mart

Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb

10:02
11 Mart

Ərdoğan Zelenskiyə: İran ətrafındakı vəziyyət Ukrayna üzrə sülh səylərinə mane olmamalıdır

10:01
11 Mart

Nazir müavini: 200-dən çox ABŞ şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir

09:52
11 Mart

Timor-Leste Prezidenti Azərbaycana səfərə gəlib

09:51
11 Mart

UEFA Çempionlar Liqası: “Bavariya” səfərdə böyükhesablı qələbə qazanıb

09:50
11 Mart

Rövşən Nəcəf: SOCAR ABŞ-dəki layihələrə çıxış və pay əldə etməkdə çox maraqlıdır

09:50
11 Mart

Avropada insan alveri qurbanlarının sayı artır

09:25
11 Mart

Yaz allergiyası

09:20
11 Mart

Ədəbiyyatımızda Novruzun tərənnümü

09:15
11 Mart

Yel çərşənbəsi - təbiətin görünməz ruhu

09:10
11 Mart

Tovuzlu əkinçilərin çörəyi "ikinci çörək"dən çıxır

09:05
11 Mart

Pambıqçıların işi qurtaran deyil

09:00
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!