05 Mart 2026 08:00
4036
SİYASƏT
A- A+
Azərbaycanın sərhəd tanımayan enerji siyasəti

Azərbaycanın sərhəd tanımayan enerji siyasəti


Bu uğurlu siyasətin müəllifi İlham Əliyevdir


Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları öz işini başa çatdırdı. Bu toplantı bərpaolunan enerjinin tarazlı şəkildə inkişaf etdirilməsi və enerji bağlantılarının regional səviyyədə daha da şaxələndirilməsində göstərilən səylərin mühüm mərhələsi kimi dəyərləndirildi. Qazanılan uğurların arxasında Prezident İlham Əliyevin dayandığı və görülən işlərə müdrikliklə rəhbərlik etdiyi vurğulandı.

Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin Məşvərət Şurasının toplantısında iştirak etmək üçün Bakiya gəlməsi və burada çıxış etməsi tədbirin əhəmiyyətinə bir daha diqqət çəkir. 

Xatırladaq ki, Məşvərət Şurasının illik iclaslarına 2015-ci ildən start verilib. Yaranmış qaydaya görə, hər dəfə ötən iclasdan sonra görülmüş işlər nəzərdən keçirilir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığın və tərəfdaşlığın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlar planlaşdırılır. İki gün əvvəl keçirilən tədbirdə dövlətimizin başçısı bu barədə belə demişdir: "Bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə birlikdə - məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq. Xüsusilə son 12 ilə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin şahidi oluruq. Lakin bütün bu çətinliklərə və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilmişdir. Ötən il Bakıda sonuncu görüşümüzdən bəri görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyişin şahidi oluruq".

Ötən iclas keçiriləndə Azərbaycan 12 ölkəyə qaz ixrac edirdi. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə biz boru kəmərləri vasitəsilə qaz tədarük edən ölkələrin sayına əsasən dünyada birinci yerdəyik.

Mühüm hadisələrdən biri qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatmasıdır. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlanıb. Bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır. Beləliklə, indi Azərbaycan Gürcüstana, Türkiyəyə, İtaliyaya, Bolqarıstana, Yunanıstana, Rumıniyaya, Macarıstana, Serbiyaya, Sloveniyaya, Xorvatiyaya, Şimali Makedoniyaya, Slovakiyaya, Ukraynaya, Suriyaya, Almaniyaya və Avstriyaya qaz ixrac edir. 

Avropanın enerji bazarında rolumuzu genişləndirmək niyyətindəyik. Göründüyü kimi, artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlanıb. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır.

 İxracı artırmaq üçün isə bir sıra şərtlər vacibdir. Əvvəla, hasilat artırılmalıdır. Yanacağı nəql etmək üçün infrastruktur olmalıdır və s. Təsadüfi deyil ki, Məşvərət Şurasında bütün bu məsələlərə də toxunulub. Dövlətimizin başçısı "Cənub qaz dəhlizi"nin artıq tam yüklənmiş vəziyyətdə olduğunu qeyd edib. Bildirib ki, bunun üçün əlavə genişləndirmə tədbirləri və interkonnektor çəkilişi imkanları araşdırılır. Məqsəd ixracı maksimum səviyyəyə çatdırmaqdır.

Hasilata gəldikdə isə Azərbaycanın yataqlarından yeni qaz həcmləri əldə etmək imkanları mövcuddur. Bu il "Azəri-Çıraq-Günəşli"nin dərin laylarından qaz hasilatının başlanması gözlənilir. İki-üç il ərzində "Abşeron"un tammiqyaslı işlənmə mərhələsinin başlanması nəzərdə tutulur ki, bu da yataqdan hasilatı üç dəfə artıracaq. Qarşıda "Ümid"in ikinci, təbii qazın əsas mənbəyi olan"Şahdəniz"in növbəti mərhələsinin də qaz verəcəyi dayanır.

Artıq dördüncü dəfədir əvvəlki tədbirlə yanaşı, "Yaşıl Enerji" Məşvərət Şurasının da toplantısı keçirilir. Odur ki, keçən ildən bəri bu istiqamətdə əldə olunan müsbət nəticələr barədə də məlumat verildi. Cari ilin yanvarında regionda ən böyük külək elektrik stansiyası - 240 meqavat gücündə olan "Xızı-Abşeron" açıldı. Layihəni Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti maliyyələşdirib və həyata keçirib.

Bir sıra layihələr icra mərhələsindədir və gələcək illərdə alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışı olacaq. Bu məsələdə xarici sərmayədarlardan və yerli şirkətlərdən ibarət müsbət kombinasiya mövcudluğu təqdirəlayiq haldır. Əlbəttə, yerli şirkətlər dedikdə ilk növbədə SOCAR nəzərdə tutulur. Bununla yanaşı, özəl şirkətlər də alternativ enerji mənbələrinə investisiya yatırmağa başlayıblar. Çünki bunun üçün böyük potensial və tələbat var.

Azərbaycan Avropaya "yaşıl enerji" dəhlizi açmağı da hədəfləyib. "Artıq ötürücü xətlər mövcuddur, lakin daha çox ötürücü xətlər olacaq. Biz bu məsələ üzərində işləməliyik. Biz enerji kabelləri - Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə işləməliyik. Hər iki müqavilə imzalanıb və bir layihədə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digər layihədə isə bu iş davam edir. Bütün bu layihələrin reallaşacağı zaman onlar çox dayanıqlı olacaq və deyərdim ki, bir çox ölkələrin enerji dəhlizləri üçün ekzistensial əhəmiyyət kəsb edəcək. Alternativ enerji ilə bağlı planlarımız artıq imzalanmış müqavilələrə əsaslanır", - deyə dövlətimizin başçısı bildirib.

Bəli, anlaşma memorandumları deyil, məhz müqavilələr! 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə ediləcəyi nəzərdə tutulub. Bu enerji həm ixrac ediləcək, həm də hazırda elektrik enerjisi istehsalı üçün istifadə olunan təbii qazı əvəzləyəcək.

Ölkəmiz hidroelektrik stansiyalarına da sərmayə yatırır. Bu layihələr Ermənistanın işğalından azad edilmiş və Prezidentimiz tərəfindən "yaşıl enerji" zonası elan olunmuş Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşir. İndiyədək bu ərazilərdə 40 belə enerji obyekti istifadəyə verilib. Planlar bunu 2-3 ilə təqribən ikiqat artırmaqdan ibarətdir. Bu, əlavə potensial və ucuz enerji deməkdir.

Dövlətimizin başçısı enerji məsələlərinə həsr olunmuş digər tədbirlərdə olduğu kumi, bu dəfə də qazıntı yanacağı və bərpaolunan enerjinin vəhdəti məsələsinə də toxundu: "Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik. Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik. Yeri gəlmişkən, burada Xəzər dənizinin ildən-ilə dayazlaşdığını görə bilərsiniz. Lakin eyni zamanda biz bu məsələyə ideologiya nöqteyi-nəzərindən deyil, praqmatizm, realizm nöqteyi-nəzərindən yanaşmalıyıq. Beləliklə, qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, - ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, - hesab edirəm ki, iş məhz belə aparılmalıdır. Əminəm ki, biz yaxşı həll yolları tapacağıq".

Azərbaycan Türkiyədə, Serbiyada, İtaliyada və digər ölkələrdə də yeni enerji layihələri icra edir. Bu isə bir daha təsdiqləyir ki, ölkəmizin enerji təhlükəsizliyinə töhfəsi yalnız öz sərhədləri ilə, "Cənub qaz dəhlizi" ilə məhdudlaşmır.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-də şam yeməyində atışma törədən şəxsin kimliyi məlum olub YENİLƏNİB 

08:54
26 Aprel

Bu gün 55 mindən çox IX sinif şagirdi imtahan verəcək

08:52
26 Aprel

Sevastopola dron hücumu: ölən və yaralananlar var

08:49
26 Aprel

Avropa Azərbaycan Mərkəzi Nyu-York merinin əsassız açıqlaması ilə bağlı bəyanat yayıb

08:48
26 Aprel

İran Silahlı Qüvvələri ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

08:46
26 Aprel

Türkiyə Prezidenti Çanaqqala qəhrəmanlarını yad edib

23:03
25 Aprel

Daha bir güləşçimiz Avropa çempionu olub

22:53
25 Aprel

Netanyahu “Hizbullah” hədəflərinə kütləvi zərbələr endirməyi əmr edib

22:45
25 Aprel

Premyer Liqa: “Qəbələ” evdə “Araz-Naxçıvan”la heç-heçə edib

21:02
25 Aprel

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidirlər

20:51
25 Aprel

Gürcüstan DTX məxfi məlumatları başqa mənbələrə ötürən polis əməkdaşını həbs edib

20:37
25 Aprel

Azərbaycan dövləti tərəfindən İrpen şəhərinə 5 elektrik avtobusu hədiyyə olunub

20:25
25 Aprel

Rusiyalı senator: ABŞ və Ukrayna ilə danışıqlar Azərbaycanda keçirilə bilər

19:28
25 Aprel

İDMAN Premyer Liqa: "Sumqayıt" "İmişli"yə qalib gəlib

18:27
25 Aprel

Azərbaycanın bir qrup QHT nümayəndəsi Nyu-York merinə Açıq Məktub yazıb

17:30
25 Aprel

Yaxın Şərqdəki müharibənin Fransanın dövlət maliyyəsinə təsiri açıqlanıb

17:29
25 Aprel

WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq

17:23
25 Aprel

“Neftçi” və “Qarabağ”dan birgə bəyanat: Azərbaycan futbolu qələbə qazansın!

16:32
25 Aprel

Azərbaycan-Ukrayna enerji əməkdaşlığının həm təcrübəsi, həm də perspektivi var

15:44
25 Aprel

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

15:42
25 Aprel

Milli Qəhrəman Albert Aqarunovun xatirəsi anılıb

15:24
25 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!