21 Aprel 2026 08:00
268
SİYASƏT
A- A+
Antalya forumu növbəti dəfə Azərbaycanın qlobal proseslərdəki rolunu və gücünü göstərdi

Antalya forumu növbəti dəfə Azərbaycanın qlobal proseslərdəki rolunu və gücünü göstərdi


Türkiyənin Antalya şəhəri növbəti dəfə qlobal diplomatiyanın mərkəzinə çevrildi, Antalya Diplomatiya Forumu mürəkkəbləşən dünya nizamında yeni yanaşmaların müzakirə olunduğu mühüm platforma kimi böyük diqqət doğurdu. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı isə dövlətimizin bu proseslərdə fəal və təşəbbüskar aktor kimi yer aldığını bir daha nümayiş etdirirdi.

Forumun keçirildiyi kontekst ən azı tədbirin özü qədər əhəmiyyətli idi. Artan geosiyasi gərginliklər, dəyişən güc balansları, ticarət müharibələri və çoxtərəfli əməkdaşlıq mexanizmlərinə təzyiqlər fonunda dünya daha az proqnozlaşdırılan mərhələyə daxil olub. Məhz bu səbəbdən forumun "Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək" mövzusu şüardan daha çox, real tələblərdən doğan strateji çağırış idi. Burada əsas məsələ risklərin identifikasiyası ilə yanaşı, həm də bu risklərin konkret siyasət və əməkdaşlıq mexanizmlərinə çevrilməsidir.

Tədbirin miqyası da onun çəkisini açıq şəkildə ortaya qoyurdu: 150-dən çox ölkədən 500-dən artıq yüksəksəviyyəli nümayəndənin, o cümlədən 22 dövlət və hökumət başçısının iştirakı Antalya platformasının artıq regional çərçivələrdən çıxaraq qlobal diplomatik mərkəzə çevrildiyini təsdiqləyirdi. 40-dan çox panel və sessiyanın keçirilməsi isə forumun həm də konkret qərarların formalaşdığı praktik müzakirə platforması olduğunu göstərirdi. Azərbaycanın belə bir platformanın tam mərkəzində görünməsi təsadüfi deyildi. Bu, ölkəmizin daha geniş geosiyasi proseslərdə söz sahibi olmaq əzminin davamlı və sistemli şəkildə reallaşdırılması idi. 


Dialoq imkanları


Öncə onu diqqətə çatdıraq ki, Antalya Diplomatiya Forumu hər il Türkiyənin Antalya şəhərində keçirilən və qlobal diplomatiya, beynəlxalq münasibətlər, təhlükəsizlik məsələlərinin müzakirə olunduğu yüksəksəviyyəli beynəlxalq platformadır. Bu forum dövlət və hökumət başçılarını, nazirləri, diplomatları, ekspertləri və biznes liderlərini bir araya gətirir.

Belə bir forumun təşkili təşəbbüsü Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən irəli sürülüb və rəsmi olaraq 2020-ci ildə yaradılıb. Lakin həmin dövrdə dünyanın üz-üzə qaldığı COVID-19 pandemiyası səbəbindən ilk tədbir təxirə salınaraq 2021-ci ildə təşkil olunub. Forum Türkiyə prezidentinin himayəsi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

Forumun əsas məqsədi qlobal problemlərin açıq və inklüziv müzakirəsi üçün platforma yaratmaqdır. Müasir dünyada artan geosiyasi gərginliklər, regional münaqişələr, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və miqrasiya kimi məsələlər dövlətlər arasında daha sıx əməkdaşlıq tələb edir. Antalya Diplomatiya Forumu məhz bu ehtiyacdan doğaraq müxtəlif tərəflər arasında dialoq imkanlarını genişləndirir. Burada yalnız dövlət rəsmiləri deyil, həm də beynəlxalq təşkilatların nümayəndələri, akademik dairələr, biznes liderləri iştirak edirlər. Bu da müzakirələrin daha çoxşaxəli və real nəticələrə yönəlik olmasına şərait yaradır.

Forumun mühüm xüsusiyyətlərindən biri onun qeyri-rəsmi diplomatiya üçün əlverişli mühit yaratmasıdır. Klassik diplomatik görüşlərdən fərqli olaraq, burada tərəflər daha sərbəst fikir mübadiləsi aparır, bəzən isə rəsmi danışıqlara zəmin yaradan ilkin təmaslar qururlar. Xüsusilə münaqişə tərəflərinin eyni platformada təmsil olunması forumun praktik əhəmiyyətini artırır. Bu baxımdan, Antalya Diplomatiya Forumu yalnız müzakirə məkanı deyil, həm də potensial vasitəçilik platforması kimi çıxış edir.

Tədbirin digər mühüm məqsədi diplomatiyanın dəyişən mahiyyətinə uyğun yeni yanaşmaların təşviqidir. Qloballaşma və texnoloji inkişaf nəticəsində beynəlxalq münasibətlər daha mürəkkəb xarakter almışdır. Bu şəraitdə ənənəvi dövlət-dövlət münasibətləri ilə yanaşı, qeyri-dövlət aktorlarının da rolu artır. Antalya Diplomatiya Forumu bu reallığı nəzərə alaraq diplomatiyanı daha inklüziv və çoxsəviyyəli proses kimi təqdim edir.

Bu platformanın əhəmiyyəti yalnız qlobal problemlərin müzakirəsi ilə məhdudlaşmır. O, həm də qardaş Türkiyənin beynəlxalq sistemdə rolunun güclənməsinə xidmət edir. Forum vasitəsilə Türkiyə özünü dialoq təşəbbüskarı, vasitəçi və regional güc kimi təqdim edir. Bu isə ölkənin "yumşaq güc" potensialını artırır və onun beynəlxalq nüfuzunu möhkəmləndirir.

Eyni zamanda forum beynəlxalq şəbəkələşmə üçün geniş imkanlar yaradır. Dünyanın müxtəlif ölkələrindən yüzlərlə yüksəksəviyyəli nümayəndənin iştirakı yeni siyasi və iqtisadi əlaqələrin qurulmasına şərait yaradır. Bu baxımdan, Antalya Diplomatiya Forumu yalnız siyasi deyil, həm də strateji kommunikasiya və təsir platforması kimi çıxış edir.

Nəticə etibarilə Antalya Diplomatiya Forumu müasir beynəlxalq münasibətlər sistemində yeni tipli diplomatik platforma nümunəsidir. Onun əsas gücü rəsmi qərarların qəbulundan daha çox, dialoq mühitinin yaradılması, tərəflərin bir araya gətirilməsi və qarşılıqlı anlaşmanın təşviq olunmasındadır. Qlobal qeyri-müəyyənliyin artdığı bir dövrdə bu cür platformalar beynəlxalq sabitlik və əməkdaşlıq üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir.


Forumun beynəlxalq təsir gücü


Azərbaycan üçün bu platforma xüsusilə mühüm xarakter daşıyır, çünki o, həm regional güc mərkəzləri ilə koordinasiya, həm də qlobal auditoriyaya birbaşa çıxış imkanı yaradır.

Azərbaycanın Antalya Diplomatiya Forumundakı iştirakının əsas strateji istiqamətlərindən biri Türkiyə ilə siyasi sinxronizasiyanın gücləndirilməsidir. Azərbaycan və Türkiyə strateji müttəfiqlik münasibətlərinə malik qardaş ölkələrdir. Forum bu əməkdaşlığı daha görünən edir və sistemli formaya salır. Burada formalaşan ortaq mesajlar regional məsələlərdə iki ölkənin vahid siyasi xətt kimi çıxış etməsinə şərait yaradır və bu, onların beynəlxalq təsir gücünü artırır.

Digər mühüm istiqamət postmünaqişə reallığının beynəlxalq ictimaiyyətə izah edilməsidir. Vətən müharibəsindəki qələbəmizlə regionda yaratdığımız yeni reallıqdan sonra Azərbaycanın əsas diplomatik vəzifələrindən biri yeni geosiyasi reallığı dünya ictimaiyyətinə qəbul etdirməkdir. Antalya Diplomatiya Forumu bu baxımdan effektiv platformadır, çünki burada həm Qərb, həm Şərq, həm də Cənub ölkələri eyni masada təmsil olunur. Bu isə Azərbaycanın mövqeyini daha geniş auditoriyaya çatdırmaq üçün əlverişli mühit yaradır.

Forum həmçinin qeyri-rəsmi diplomatiya və pərdəarxası əlaqələr üçün mühüm imkanlar təqdim edir. Müxtəlif ölkələrin yüksəksəviyyəli nümayəndələrinin eyni məkanda olması ikitərəfli və çoxtərəfli qeyri-formal görüşlərə imkan verir. Bu isə xüsusilə mürəkkəb regional məsələlərin müzakirəsində çevik diplomatik manevr imkanları yaradır. Azərbaycan bu platformadan istifadə edərək müxtəlif geosiyasi aktorlarla daha sıx əlaqələr qurmaq imkanı qazanır. 

Enerji diplomatiyası baxımından da forumun xüsusi əhəmiyyəti vardır. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdəndir. Bu platforma vasitəsilə enerji təchizatı, "yaşıl enerji" layihələri və investisiya əməkdaşlığı mövzuları daha geniş beynəlxalq auditoriyaya çıxarılır. Bu isə Azərbaycanın enerji siyasətinin qlobal səviyyədə legitimliyini, cəlbediciliyini artırır.

Eyni zamanda Antalya Diplomatiya Forumu Azərbaycanın "yumşaq güc" potensialının gücləndirilməsi baxımından vacibdir. Beynəlxalq çıxışlar, panel müzakirələri və media interaksiyaları vasitəsilə ölkəmizin imici daha da yüksəlir və regional sabitliyi təmin edən ölkə mövqeyi güclənir. Bu, uzunmüddətli perspektivdə Azərbaycan üçün çox mühümdür. 


Cənubi Qafqazda güc balansının yeni modeli


Builki forumun açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və qardaş ölkənin xarici işlər naziri Hakan Fidan çıxış edərək həm regional, həm də qlobal gündəliyin əsas istiqamətlərini müəyyənləşdirdilər. Xüsusən Prezident Ərdoğanın çıxışı bir neçə mühüm geosiyasi xətti ön plana çıxardı. Onun Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesinin Azərbaycanla koordinasiyalı şəkildə aparıldığını vurğulaması regionda yeni siyasi reallığın artıq formalaşdığını göstərir. Bu, diplomatik jestdən daha çox, Cənubi Qafqazda güc balansının yeni model üzrə qurulmasının açıq mesajıdır.

Eyni zamanda Türk Dövlətləri Təşkilatının artan rolu və yaxın aylarda keçiriləcək Zirvə çərçivəsində sədrliyin Azərbaycandan Türkiyəyə keçməsi təşkilat daxilində institusional davamlığın, strateji koordinasiyanın gücləndiyini göstərir. Bu xəttin davamı kimi Türkiyə Prezidentinin xüsusi vurğuladığı Orta dəhliz təşəbbüsü artıq sadəcə nəqliyyat marşrutu deyil, Avrasiya məkanında geoiqtisadi rəqabətin əsas sütunlarından birinə çevrilməkdir. Azərbaycanın bu dəhlizdə mərkəzi rol oynaması isə ölkənin tranzit və logistika gücünün siyasi təsir alətinə çevirdiyini göstərir.

Antalyada keçirilən forum yalnız qlobal çağırışların müzakirə olunduğu platforma ilə məhdudlaşmadı - eyni zamanda yüksəksəviyyəli ikitərəfli və çoxtərəfli diplomatiyanın intensiv şəkildə həyata keçirildiyi məkana çevrildi. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə  görüşləri ölkəmizin ayrı-ayrı coğrafiyalarda artan rolunun və çevik diplomatik xəttinin bariz göstəricisi kimi diqqəti çəkdi.

İlk növbədə Rəcəb Tayyib Ərdoğan ilə keçirilən görüş Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin dəyişməz və sistemli xarakter daşıdığını bir daha təsdiqlədi. Bu münasibətlər artıq regional təhlükəsizlik, enerji və nəqliyyat arxitekturasının əsas sütunlarından birinə çevrilib. Antalya görüşü isə bu xəttin davamlı koordinasiya üzərində qurulduğunu bir daha nümayiş etdirdi. 

Forum çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüş də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan-Pakistan münasibətləri uzun illərdir, qarşılıqlı siyasi dəstək və strateji yaxınlıq üzərində qurulub. Bu təmaslar göstərir ki, rəsmi Bakı yalnız region daxilində deyil, daha geniş geosiyasi arealda da öz tərəfdaşlıq şəbəkəsini möhkəmləndirməkdədir. 

Avropa istiqamətində isə Moldova Prezidenti Maya Sandu ilə keçirilən görüş diqqətəlayiq məqamlarla yadda qaldı. Burada xüsusilə enerji əməkdaşlığı ön plana çıxdı. Moldovanın enerji təhlükəsizliyinin həssas olduğu bir dövrdə Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirilməsi ölkəmizin necə etibarlı enerji tərəfdaşı kimi qəbul edildiyini, Azərbaycanın Avropanın enerji xəritəsində rolunun genişləndiyini, siyasi təsir imkanlarının paralel şəkildə artdığını göstərir. 

Türk dünyası kontekstində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüş isə daha çox siyasi və simvolik məna daşıyır. Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə davamlı dəstəyi, eyni zamanda bu qurumun Türk Dövlətləri Təşkilatı çərçivəsində müşahidəçi statusunun önə çəkilməsi türk dünyasında inteqrasiya proseslərinin dərinləşdiyini sərgiləyir. Bu, həm də Azərbaycanın bu coğrafiyada siyasi çəkisinin artmasının göstəricisidir.

Orta Şərq istiqamətində isə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə keçirilən görüş xüsusi strateji çalarlar daşıyır. Suriyada baş verən dəyişikliklər fonunda Azərbaycanın bu ölkə ilə münasibətləri inkişaf etdirməyə başlaması yeni geosiyasi imkanların açıldığına dəlalət edir. Xüsusilə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı uzunmüddətli hərbi münaqişədən sonra özünün yeni həyatını qurmağa çalışan bu ölkənin inkişafına töhfədir. Bu, təkcə enerji layihəsi deyil, həm də regionda sabitliyin və iqtisadi bərpanın dəstəklənməsi baxımından mühüm təşəbbüsdür.

Bu görüşlərin hər biri ayrı-ayrılıqda əhəmiyyətlidir, birlikdə isə onlar daha böyük mənzərə yaradır: Azərbaycan çoxvektorlu, praqmatik və nəticəyönümlü xarici siyasət yürüdür. Rəsmi Bakı həm regional güc mərkəzləri ilə əlaqələri dərinləşdirir, həm də Avropa və Orta Şərq kimi müxtəlif istiqamətlərdə yeni əməkdaşlıq platformaları formalaşdırır.

Antalya Diplomatiya Forumu bu baxımdan həm də Azərbaycanın diplomatik fəaliyyətini real nəticələrə çevrilən strateji məkana yönləndirdi. Burada aparılan danışıqlar və verilən mesajlar göstərdi ki, Azərbaycan artıq qlobal proseslərin yalnız iştirakçısı deyil, eyni zamanda onların istiqamətini müəyyənləşdirən həlledici subyektlərdəndir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leysanın fəsadları qısa zamanda aradan qaldırıldı

09:55
21 Aprel

Su ötürücülərinin tikintisi mərhələlərlə həyata keçiriləcək

09:53
21 Aprel

Çiçəkləri sevməyi, yaşıllığı qorumağı öyrənməliyik 

09:50
21 Aprel

Qocalma prosesini ləngitməyin yeni yolu araşdırılır

09:45
21 Aprel

Vacib mövzularda keçirilən tədbirlər bizi maarifləndirir

09:45
21 Aprel

Lerikdə doğuldu, Bakıda ali təhsil aldı, indi sorağı Almaniyadan gəlir

09:40
21 Aprel

Yaponiyada təlim zamanı tank partlayıb, azı iki hərbçi həlak olub

09:37
21 Aprel

Keçmiş məcburi köçkün: Doğma el-obama dönüşüm mənim üçün böyük qürur mənbəyidir

09:36
21 Aprel

Ağdam sakini: Allaha şükür edirəm ki, uzun illər çəkdiyimiz yurd həsrəti sona çatdı

09:35
21 Aprel

Keçmiş məcburi köçkün: Ağdama qayıtmaq mənim üçün böyük xoşbəxtlikdir

09:35
21 Aprel

Müqəddəs Məryəm Ananın Dua Örpəyi Kilsəsi

09:35
21 Aprel

“Böyük Qayıdış” davam edir: Ağdam şəhərinə daha 92 ailə yola salınıb

09:34
21 Aprel

Nazir: Macarıstana “Drujba” kəməri ilə neft tədarükü bu gün bərpa oluna bilər

09:33
21 Aprel

Gürcüstan DTX-nin illik hesabatlnda Azərbaycan ilə əməkdaşlıqdan da bəhs olunur  

09:32
21 Aprel

Tofiq Musayev: Azərbaycan Afrika ölkələrinin TŞ-də təmsilçiliyinin artırılması fikrini dəstəkləyir

09:31
21 Aprel

ABŞ Prezidenti: İran blokada səbəbindən gündə 500 milyon dollar itirir

09:30
21 Aprel

Tovuzda Aprel şəhidinin anım günü keçirilib

09:30
21 Aprel

Əraqçi: ABŞ-nin hərəkətləri danışıqlar prosesinə mane olur

09:29
21 Aprel

Ərdoğan: Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq

09:29
21 Aprel

İranla müharibədə ən azı 415 ABŞ əsgəri yaralanıb

09:28
21 Aprel

Bir elin oğlu oldu

09:25
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!