04 İyun 2026 08:05
994
SİYASƏT
A- A+
Sosial dəstək mexanizmləriyeni modelə keçir

Sosial dəstək mexanizmləriyeni modelə keçir


Ermənistanın təcavüzkar siyasəti nəticəsində doğma yurdlarını tərk etmək məcburiyyətində qalan vətəndaşlarımızın sosial müdafiəsinin təmin olunması hər zaman dövlət siyasətinin prioriteti olub. Ötən müddət ərzində qaçqın və məcburi köçkün statusunda olan insanlarımızın məskunlaşma problemlərinin aradan qaldırılması üçün müasir qəsəbələr tikilib, çoxmənzilli yaşayış kompleksləri istifadəyə verilib.

Paralel olaraq, qaçqın və məcburi köçkünlərin məşğulluğu və təhsili istiqamətində ardıcıl tədbirlər icra edilib. Büdcədən ayrılan xüsusi müavinətlər və kommunal xidmətlər üzrə güzəştlər bu təbəqənin maddi durumunun yaxşılaşdırılmasında mühüm rol oynayıb.  Azərbaycan Prezidenti tərəfindən 2004-2019-cu illərdə 75 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti tərəfindən 224 qərar və sərəncam, parlamentdə 11 qanun qəbul edilib. Dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli sərəncamı ilə qüvvəyə minən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" irimiqyaslı layihələrin əsas fəaliyyət planına çevrilib. 1990-cı illərin çətin dövrlərindən qalan çadır şəhərciklərinin və sığınacaqların mərhələli şəkildə aradan qaldırılması humanitar fəaliyyətin nüvəsini təşkil edib. Nəticədə 2007-ci ildə respublika ərazisindəki 12 çadır şəhərciyi və yük vaqonlarından ibarət müvəqqəti məskunlaşma yerləri tamamilə tarixə qovuşub. Keçici xarakter daşıyan 16 fin tipli qəsəbənin varlığına isə 2016-cı ildə son qoyulub. 

Bununla yanaşı, qaçqın və məcbur köçkün statusunda olan vətəndaşlarımızın ev problemlərinin  həlli üçün ölkə rəhbərliyinin xüsusi tapşırığı əsasında müasir infrastruktura malik 121 yeni qəsəbə və yaşayış binası inşa edilib. 

Dövlətimizin qayğısı təkcə ev təminatı ilə məhdudlaşmayıb, məcburi köçkünlərin gündəlik ehtiyacları üçün vahid aylıq müavinət başda olmaqla çevik sosial yardım mexanizmləri reallaşdırılıb. Xüsusilə gənc nəslin ali təhsilə cəlb olunması prosesi diqqət mərkəzində saxlanılıb. Bu istiqamətdə tətbiq edilən güzəştlər gənclərin təhsildən kənarda qalmasının qarşısını alıb. Bunun əyani sübutu kimi, 2025-2026-cı tədris ilində ali və orta ixtisas müəssisələrinə ödənişli əsaslarla daxil olmuş 3923 məcburi köçkün statuslu tələbənin təhsil haqlarının tamamilə dövlət büdcəsi hesabına ödənilməsini qeyd etmək olar. 

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər dövlətimizin bu təbəqəyə olan diqqət və qayğısını yeni inkişaf mərhələsinə daşıyıb. Hazırda ölkənin ən mühüm strateji hədəfi olan "Böyük qayıdış" proqramı çərçivəsində, azad edilmiş torpaqlarda şəhər və kəndlər yenidən qurulur. 30 il ərzində əsarətdə qalan torpaqlarımız indi azaddır və viran edilmiş məkanlarımız milli memarlıq üslubu qorunmaqla ən müasir şəkildə bərpa olunur. Ata-baba ocaqlarına ləyaqətlə və təhlükəsiz şəraitdə dönən ailələr üçün dövlətin inzibati, texniki və maliyyə imkanları səfərbər edilib. 

Yurduna qayıdan hər bir vətəndaşımız iş yerləri, istehsalat və kənd təsərrüfatı imkanları ilə təmin olunur. Məhz bu yeni reallıq keçmiş köçkün statusunun və indiyədək qüvvədə olan müvəqqəti dəstək mexanizmlərinin vətəndaşın mülkiyyətçi kimi güclənməsi fəlsəfəsinə uyğun olaraq, yeni dövrün tələbləri çərçivəsində yenidən tənzimlənməsini zəruri edir. 

Yeni qaydalara əsasən, işğaldan azad edilmiş bölgələrə köçürülən, eləcə də köçürülmə təklifindən imtina edən şəxslər məcburi köçkün statusunda sayılmayacaq. Lakin sosial dəstək tədbirləri statusun itirildiyi gündən sonrakı 3 il müddətində də qüvvədə saxlanılır. Qanun qüvvəyə minənədək artıq köçürülmüş şəxslər üçün bu 3 illik müddət onların köçdükləri gündən etibarən hesablanır. Azad olunmuş ərazilərdə keçmiş məcburi köçkünlərə təqdim edilən ev və mənzillər dərhal onların şəxsi mülkiyyəti kimi rəsmiləşdirilir. Təhsil alan gənclərin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi isə onların oxuduqları müddətin sonuna qədər qüvvədə qalır. 

Dövlətin sosial dəstək sistemi ünvanlı sosial yardım, məşğulluq layihələri, təhsil və səhiyyə dəstəyi kimi çoxşaxəli mexanizmlərə əsaslanır. Bu səbəbdən status dəyişsə də, ailələrin rifahı üçün dövlətin sosial inteqrasiya və reabilitasiya proqramları davamlı şəkildə qüvvədə qalacaq. Keçid dövründə sosial yardımların kəsilməməsi isə dövlət siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha sübut edir. Beləliklə, Böyük qayıdış keçmiş məcburi köçkünlərin sosial rifahının, təhlükəsizliyinin və gələcək inkişafının ən yüksək səviyyədə təminatıdır. 


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

03:04
13 İyun

Hava limanlarının (aeroportların) idarə edilməsi qaydası

03:03
13 İyun

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

19:38
12 İyun

İsveçrədə tarixi səsvermə: əhali sayını 10 milyonla məhdudlaşdırmaq təklif olunur

19:03
12 İyun

Dünyada hər 70 nəfərdən biri evini tərk etmək məcburiyyətində qalıb

18:58
12 İyun

İqlim istiləşməsi 4 il ərzində kritik həddi keçə bilər

18:50
12 İyun

HDQ-də döyüş atışlı taktiki təlim olub  

18:48
12 İyun

Nigeriyada kütləvi adamqaçırma təhlükəsi

18:41
12 İyun

Avropa İttifaqının yeni “Köç və Sığınacaq Paktı” qüvvəyə minir

18:33
12 İyun

Azərbaycan və Dünya Bankı yol layihələri üzrə tərəfdaşlığı genişləndirir

18:24
12 İyun

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

18:13
12 İyun

Azərbaycan BNF-nin dayanıqlı mobillik üzrə İşçi qrupunun ilk iclasında iştirak edib

18:13
12 İyun

“App Store” üçün yeni abunə modeli istifadəyə veriləcək

18:01
12 İyun

Ultra sürətli enerji doldurma stansiyalarının yaradılmasına başlanılıb

17:52
12 İyun

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

17:51
12 İyun

“RobotChallenge Azerbaijan 2026” Bakıda keçiriləcək  

17:44
12 İyun

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır  

17:43
12 İyun

May ayında meyvələr bahalaşıb, tərəvəzlər ucuzlaşıb

17:39
12 İyun

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

17:34
12 İyun

“Azərsun Holdinq” Şamaxıda BBQ Festivalına dəstək göstərir

17:29
12 İyun

“AzerGold” Çovdar emal sahəsinə infotur təşkil edib

17:21
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!