13 İyun 2026 09:00
4220
SİYASƏT
A- A+
Müttəfiqliyin Şuşa Zirvəsi

Müttəfiqliyin Şuşa Zirvəsi


15 iyun 2021-ci ildə Qarabağda imzalanan bu sənəd Azərbaycan-Türkiyə əlaqələrində yeni səhifə açdı  


Şuşa Azərbaycan xalqının milli mənliyinin, əyilməz ruhunun, tarixi ədalətinin uca zirvəsidir. Təqvimlər 15 iyun 2021-ci ili göstərəndə bu müqəddəs ucalıqda dünyanın hərbi-siyasi tarixinə daha bir silinməz səhifə yazıldı. Həmin gün Qarabağın baş tacında ucalan üçrəngli bayrağımızın fonunda Şuşa Bəyannaməsinin imzalanması ilə Bakı və Ankaranın çoxəsrlik qardaşlıq bağları rəsmən beynəlxalq hüququn ən uca nöqtəsinə - strateji müttəfiqlik zirvəsinə qaldırıldı.

Bu tarixi hadisənin Azərbaycan xalqının Qurtuluş Gününə təsadüf etməsi isə  sözün həqiqi mənasında tarixin qanunauyğun ssenarisi idi. 1993-cü ilin o böhranlı iyun günlərində Ulu Öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışı dövlətimizi xaosdan necə xilas etdisə, düz 28 il sonra onun vəsiyyəti olan "Bir millət, iki dövlət" fəlsəfəsi də Şuşada imzalanan Bəyannamə ilə gələcək nəsillərin sarsılmaz təhlükəsizlik zəmanətinə çevrildi. 


Gələcəyin yol xəritəsi


Vətən müharibəsinin üzərindən 7 ay keçdikdən sonra - 2021-ci ilin iyununda Prezident İlham Əliyevin qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşılaması və burada imzalanan Şuşa Bəyannaməsi gələcəyə doğru atılan ən böyük addım oldu. 

İmza mərasimindən sonra dövlət başçılarının mətbuata verdiyi bəyanatlar bu bəyannamənin həm də gələcək nəsillərin təhlükəsizlik sənədi olduğunu sübut etdi. Prezident İlham Əliyev bəyannamənin adındakı "müttəfiqlik" kəlməsinin çəkisinə diqqət yönəldərək qeyd etdi: "...Bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır".

Dövlətimizin rəhbəri vurğuladı ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir: "Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda imzalanan bu sənədin timsalında atılan mühüm addımı yeni dövrün başlanğıcı kimi qiymətləndirdi: "Bu gün, əziz qardaşımın da dediyi kimi, xüsusilə "Bir millət, iki dövlət" təməli üzərində yüksəltdiyimiz əlaqələrimizi daha da inkişaf etdirəcək yeni bir tarixi addımı atdıq...

...Türkiyə ilə Azərbaycan arasındakı bu bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük".


Regionda yeni təhlükəsizlik arxitekturası


Tarixi bağlara malik Azərbaycan-Türkiyə qardaşlığı 44 günlük Vətən müharibəsində daha da möhkəmləndi. Savaşın ilk saatlarından etibarən bəzi beynəlxalq siyasi dairələrin Azərbaycana yönələn təzyiq cəhdləri, Ankaradan gələn qətiyyətli və ard-arda bəyanatlarla iflasa uğradı. Dünyaya açıq mesaj verildi ki, Azərbaycan tək deyil.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında iki liderin - dövlətimizin başçısı İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın çiyin-çiyinə dayanması bu birliyin daha bir mesajı idi. Azərbaycan və Türkiyə prezidentlərinin işğaldan azad edilmiş torpaqlarda inşa edilən Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının açılışlarında lentləri birgə kəsmələri bu həmrəyliyin sarsılmaz gələcəyə açılan qapıları oldu.

Azərbaycanla Türkiyənin münasibətlərini unikal edən əsas cəhət onun yalnız ortaq siyasi maraqlara deyil, həm də səmimi, sarsılmaz xalq sevgisinə əsaslanmasıdır. Bu ittifaq təkcə qələbə sevinclərini paylaşmır, həm də acını bölüşməyi bacarır.

6 fevral 2023-cü ildə qardaş ölkədə baş verən dəhşətli zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının göstərdiyi fədakarlıq bunun ən bariz nümunəsidir. Prezident İlham Əliyevin təxirəsalınmaz tapşırıqları ilə fəlakət bölgəsinə ilk yetişən, dağıntılar altından can qurtaran məhz Azərbaycanın xilasediciləri oldular. O çətin günlərdə hər bir azərbaycanlının zəlzələdən əziyyət çəkənlərə öz maddi dəstəyini göstərmək üçün növbəyə durması həm də "bir millət" olmağın qan yaddaşı idi.

15 iyun 2021-ci ildə iki qardaş ölkənin liderləri tərəfindən Qarabağda Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə münasibətlərində yeni səhifə açdı. 

Bəyannamənin ən mühüm məqamlarından biri 1921-ci il oktyabrın 13-də imzalanmış tarixi Qars müqaviləsinə edilən istinaddır. Düz bir əsr sonra iki qardaş dövlətin yenidən eyni hüquqi-siyasi prinsiplərə sadiqliyini bəyan etməsi, regionda sabitliyin və sərhədlərin toxunulmazlığının ən böyük qarantıdır. Şuşa Bəyannaməsi Qars müqaviləsinin tarixi ruhunu yeni geosiyasi tələblərə uyğunlaşdıraraq gələcəyə daşıdı.

Tarixi bəyannamənin hüquqi müddəaları regionda tamamilə yeni təhlükəsizlik arxitekturası yaratdı. Sənədin ən mühüm bəndi təhdidlərə qarşı ortaq mövqedir: tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Bəyannamədə Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi də öz əksini tapıb. Sənəddə müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin Silahlı Qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təmin edilməsi vurğulanır. Buraya həmçinin hər iki ölkənin təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.

Şuşa Bəyannaməsi həm də qlobal inteqrasiya və iqtisadi inkişaf sənədidir. Burada xüsusi yer ayrılmış Zəngəzur dəhlizi (TRIPP) təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz parçası olan Naxçıvanla və Türkiyə ilə birləşdirməyəcək, həm də Asiyadan Avropaya qədər uzanan böyük bir coğrafiyada nəqliyyat arteriyasının operativliyini təmin edəcək.

 

Türk dünyasının həmrəyliyi


Şuşa Bəyannaməsinin regional sərhədləri aşaraq bütövlükdə türk dünyasının qlobal arenada güclənməsinə xidmət etməsi də gerçəklikdir. Belə ki, bəyannamədə tərəflərin BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bir-birinə şərtsiz dəstək verəcəyi xüsusi qeyd olunub.

 Şuşa Bəyannaməsinin açdığı bu yol, sonrakı illərdə bəhrəsini verməkdə davam etdi. 2024-cü il iyulun 6-da Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü və orada imzalanan Qarabağ Bəyannaməsi məhz Şuşa Bəyannaməsinin doğurduğu qlobal nüfuzun və türk dövlətlərinin sarsılmaz həmrəyliyinin məntiqi davamı idi.

15 iyun 2021-ci ildə zəfər qalamız Şuşada imzalanan  tarixi sənəd, bu gün Cənubi Qafqazda daimi sülhün, tərəqqinin və regional əməkdaşlığın ən mühüm rəsmi təminatıdır. Azərbaycan-Türkiyə birliyi hər gün daha da dərinləşir və bu sarsılmaz müttəfiqlik tarixin yaddaşına bölgəyə yeni nəfəs, yeni sülh dövrü gətirən mühüm salnamə kimi yazılır.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

03:29
16 İyul

"Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında

03:28
16 İyul

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:27
16 İyul

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

03:27
16 İyul

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 388-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

03:26
16 İyul

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə

03:25
16 İyul

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında

03:21
16 İyul

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Milli Məclisdə olub

18:55
15 İyul

Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb

18:16
15 İyul

Slovakiya Prezidenti “Sea Breeze”lə tanış olub

17:58
15 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:43
15 İyul

Əmək və sosial müdafiə sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

17:31
15 İyul

Yarım ildə ölkədə 65,2 milyard manatlıq ÜDM istehsal edilib

17:13
15 İyul

Slovakiya Milli Bankı ilə institusional əlaqələrin daha da möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb

16:48
15 İyul

DSMF: Birinci yarımildə 1 milyondan çox şəxsə 1,1 milyard manatdan çox müavinət və təqaüd ödənilib

16:37
15 İyul

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Slovakiyanın Standartlaşdırma, Metrologiya və Sınaq İdarəsi anlaşma memorandumu imzalayıb

16:34
15 İyul

Bakıda Azərbaycan-Slovakiya biznes-forumu işə başlayıb

16:17
15 İyul

Bakı OPEC+ çərçivəsində Əməkdaşlıq Xartiyası üzrə Texniki Komitənin ilk iclasına ev sahibliyi edib

16:02
15 İyul

Qazaxıstanla Azərbaycan arasında ticarət həcmi 5 ay ərzində 150 milyon dolları keçib

15:53
15 İyul

XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib

15:49
15 İyul

DSX Akademiyasının magistratura pilləsini 5 nəfər fərqlənmə diplomu ilə bitirib

15:41
15 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!