27 Avqust 2026 14:03
294
SİYASƏT
A- A+
Qarşılıqlı etimad mühiti Azərbaycan – Özbəkistan əlaqələrinin sürətli inkişafına təkan verir  

Qarşılıqlı etimad mühiti Azərbaycan – Özbəkistan əlaqələrinin sürətli inkişafına təkan verir  


Türk Dünyasının iki mühüm ölkəsi olan Azərbaycan ilə Özbəkistan arasında əlaqələr son illərdə getdikcə daha da möhkəmlənir və bu inkişafda dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin xüsusi rolu var. Prezident İlham Əliyevin Özbəkistana bir neçə gün əvvəl etdiyi dövlət səfəri də iki ölkə arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin nə qədər geniş və əhatəli olduğunu bir daha nümayiş etdirdi. Səfər çərçivəsində həm siyasi münasibətlər, həm iqtisadi əməkdaşlıq, həm də humanitar istiqamətlər diqqət mərkəzində oldu.

Azərbaycan–Özbəkistan əlaqələri yalnız siyasi dialoqla məhdudlaşmır. Hazırda iqtisadiyyatın müxtəlif sahələrində genişlənmə müşahidə olunur. Nəqliyyat, kənd təsərrüfatı, turizm, investisiya, tekstil, avtomobil sənayesi və emal sektorunda həyata keçirilən layihələr əməkdaşlığın real nəticələr üzərində qurulduğunun göstəricisidir.

Səfər çərçivəsində keçirilən görüşlər zamanı iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi xüsusi vurğulandı. Qeyd olundu ki, həyata keçirilən təşəbbüslər təkcə iqtisadi göstəricilərin artmasına deyil, həm də iki ölkənin sahibkarları arasında işgüzar əlaqələrin güclənməsinə şərait yaradır. Kənd təsərrüfatı və emal sənayesindən tutmuş avtomobil və tekstil sənayesinə qədər geniş bir istiqamətdə əməkdaşlıq aparılır. Neft-qaz və geoloji kəşfiyyat sahəsindəki layihələrə diqqət yetirilməsi əlaqələrin daha yeni müstəviyə keçdiyini göstərir. Azərbaycanın Özbəkistan bazarında satış şəbəkəsinin genişləndirilməsi iqtisadi münasibətlərin dərinləşməsinə xidmət edir.

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində onlayn formada iştirak etdilər. Tədbir çərçivəsində “Davr Bank” (AR Beynəlxalq Bankı), Gips zavodu (“Matanat-A”), “Landau” adına STEAM (Science, Technology, Engineering, and Mathematics) iki məktəb (“Landau Education Group”) layihələrinin açılışı olub. Həmçinin SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsinin, “Sea Breeze Uzbekistan” yaşayış və istirahət kompleksinin (“Agalarov Development”), “Baku City” yaşayış kompleksinin (“TuranAZ”), Gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabrikinin (“Sur Gold and Silver Project”) və Meyvə bağlarının (“Gold Fresh Fruits”) layihələrinin təməliqoyma mərasimi keçirilib.

Azərbaycan və Özbəkistanı birləşdirən əsas amillərdən biri xalqlarımızın tarixi və mədəni yaxınlığıdır. Həmçinin, dövlət başçılarının qarşılıqlı etimad mühiti əlaqələrin sürətli inkişafına təkan verir.

Xüsusi qeyd etməyə dəyər ki, Prezident Şavkat Mirziyoyevin Qarabağın bərpasına göstərdiyi diqqət olduqca dəyərlidir. Füzuli şəhərində inşa olunan 960 şagird yerlik məktəb və Xankəndidə yaradılan tikiş fabriki iki ölkə arasındakı dostluğun sözdə deyil, əməldə olduğunun sübutudur. Belə layihələr işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına verilən mühüm dəstəkdir.

Prezident İlham Əliyevin səfəri çərçivəsində Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasının keçirilməsi münasibətlərin strateji xarakter daşıdığını bir daha təsdiqlədi və bu format gələcək hədəflərin müəyyənləşdirilməsi və görülən işlərin əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Digər yaddaqalan məqam isə dövlət başçılarının qarşılıqlı təltifləri oldu. Prezident İlham Əliyevə Özbəkistanın ali dərəcəli “Dostluq” ordeninin verilməsi, eləcə də Özbəkistan liderinə “Heydər Əliyev” ordeninin təqdim edilməsi qarşılıqlı hörmətin rəmzi ifadəsidir.

Mətanət Səfərli,

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub  

15:12
27 Avqust

“Xankəndi” iş başındadır

15:08
27 Avqust

 Qədim yunan üzüklərində meteorit dəmiri kəşf edilib

14:55
27 Avqust

Qərbi Nil virusu Yunanıstanda sürətlə yayılır  

14:23
27 Avqust

ABŞ-nin yeni sanksiyaları İran iqtisadiyyatına zərbə vuracaqmı?

14:10
27 Avqust

Lənkəranda Yeni Azərbaycan Partiyasının sıraları genişlənir  

14:06
27 Avqust

Qarşılıqlı etimad mühiti Azərbaycan – Özbəkistan əlaqələrinin sürətli inkişafına təkan verir  

14:03
27 Avqust

Saxta markalara qarşı nəzarət sərtləşdirildi: minlərlə litr alkoqol dövriyyədən çıxarıldı  

13:59
27 Avqust

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan

13:37
27 Avqust

Berlində İkinci Dünya müharibəsindən qalmış bomba zərərsizləşdirilib

13:36
27 Avqust

İxtisas qrupları üzrə qəbulun statistikası açıqlanıb

13:01
27 Avqust

DİM: Ali məktəblərə qəbul olunanların sayı 1711 nəfər artıb

12:47
27 Avqust

Sabahın hava proqnozu açıqlanıb

12:39
27 Avqust

Laçında unudulmaz kino günləri başa çatıb  

12:31
27 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb  

12:22
27 Avqust

SOCAR-ın ötənilki fəaliyyətində mənfəət, dayanıqlılıq və genişlənmə ön planda olub  

12:19
27 Avqust

Bu gün Ümumdünya Göllər Günüdür

12:03
27 Avqust

SOCAR-ın aktivləri və kapitalı artıb, uzunmüddətli öhdəlikləri azalıb

12:02
27 Avqust

Nepalda daşqın səbəbindən çox sayda insan itkin düşüb

11:49
27 Avqust

Robert Köçəryan iki aylıq müddətə həbs edilib  

11:35
27 Avqust

Moldova Respublikasının Prezidenti Zati-aliləri xanım Maya Sanduya  

11:33
27 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!