25 Avqust 2026 08:15
59
SİYASƏT
A- A+
Müttəfiqliyin yeni zirvəsi

Müttəfiqliyin yeni zirvəsi


Əbədi dostluq haqqında müqavilə iki dövlətin geosiyasi, iqtisadi və təhlükəsizlik baxımından bir-birinə nə qədər sarsılmaz tellərlə bağlandığını göstərir 


23 avqustda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında tarixi münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Səfər çərçivəsində dövlət başçıları tərəfindən imzalanmış "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" sadəcə formal diplomatik sənəd deyil, iki dövlətin geosiyasi, iqtisadi və təhlükəsizlik baxımından bir-birinə nə qədər sarsılmaz tellərlə bağlandığının bariz sübutudur.


Sarsılmaz həmrəylik modelinin hüquqi təməli


Son illərdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında cərəyan edən sürətli geostrateji proseslər, xüsusilə Orta dəhlizin strateji əhəmiyyətinin artması və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiya meyillərinin güclənməsi Bakı ilə Daşkənd arasında münasibətlərin dərinləşməsini zərurətə çevirib. Son 4-5 il ərzində dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivləşməsi, aparılan yüksəksəviyyəli danışıqlar və iqtisadi-ticari əlaqələrin dinamik artımı strateji tərəfdaşlıq modelinin artıq müttəfiqlik və əbədi dostluq səviyyəsinə yüksəlməsini təmin etdi. Bu baxımdan, imzalanan müqavilə iki ölkənin ortaq soy-kökə, dil və mədəniyyət yaxınlığına söykənən tarixi qardaşlıq bağlarını müasir beynəlxalq hüquq müstəvisində ən ali, dəyişməz və institutlaşmış formada təsbit edir. Bu yalnız cari siyasi vəziyyətin tələbi deyil, eyni zamanda gələcək nəsillərə ötürüləcək davamlı və sarsılmaz həmrəylik modelinin hüquqi təməlidir.

Sənəddə göstərilir ki, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərini və normalarını rəhbər tutaraq, münasibətlərində əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır, öz milli reallıqlarına uyğun inkişaf yollarının və modellərinin seçimində bir-birini dəstəkləyirlər. Onlar həmçinin digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran hər hansı bloklarda və ya ittifaqlarda iştirak etməməyi, öz ərazilərinin üçüncü ölkələr tərəfindən digər tərəfin dövlət suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadə edilməsinə, eləcə də öz ərazilərində digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran təşkilatların və qrupların yaradılmasına və fəaliyyətinə yol verməməyi öhdələrinə götürürlər. 

Bu şərtlər iki ölkənin təhlükəsizlik çətirinin birgə formalaşdırıldığını göstərməklə yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının təhlükəsizlik arxitekturasında yeni sabitlik mərkəzinin yarandığını nümayiş etdirir.

Müqavilə həm də genişmiqyaslı iqtisadi inteqrasiyanı xarakterizə edir. Sənəddə əks olunan prioritetlər göstərir ki, Bakı və Daşkənd artıq ticarət əlaqələrini sadəcə mal mübadiləsi çərçivəsində görmür, daha dərin və dayanıqlı tərəfdaşlıq modeli formalaşdırırlar. İki ölkə bərabərlik və qarşılıqlı faydalılıq prinsipləri əsasında ticarət-iqtisadi və investisiya əməkdaşlığını inkişaf etdirir, energetika, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, "yaşıl" və rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinə kömək göstərirlər.

Bütün bunlar tərəflərin iqtisadiyyatlarını müasir geosiyasi reallıqlara uyğun olaraq diversifikasiya etmək niyyətindən xəbər verir. Birgə investisiya layihələri regionda yeni iş yerlərinin və istehsal zəncirlərinin yaranmasını təşviq edir.

İki ölkə nəqliyyat sistemlərinin qarşılıqlı inteqrasiyasına xüsusi diqqət ayırır. Sənəddə əks olunub ki, yüklərin və sərnişinlərin əlverişli və qarşılıqlı faydalı daşınmasını təmin etməyə, eləcə də nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına yönəlmiş qarşılıqlı əlaqəli nəqliyyat sisteminin daha da  möhkəmləndirilməsi üçün zəruri şərait yaradırlar.


Ortaq kimlik və dəyərlər ətrafında sıx birləşmə


İki ölkə xalqlarının mənəvi, təhsil və mədəni yaxınlığının qorunub saxlanmasına hərtərəfli kömək göstərir, elm, təhsil, tibb, mədəniyyət, mədəni irs, gənclər, turizm və idman, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlərdə mübadilə və əməkdaşlığı inkişaf etdirirlər. Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisinə, elmi və təhsil müəssisələri arasında birbaşa əməkdaşlığın inkişaf etdirilməsinə və birgə layihələrin həyata keçirilməsinə şərait yaradırlar. Regionlararası əməkdaşlığın inkişafını dəstəkləyir, şəhərlər və regionlar arasında tərəfdaşlıq əlaqələrinin qurulmasını təşviq edirlər. Göstərilənlər gələcək nəsillərin ortaq kimlik və dəyərlər ətrafında sıx birləşməsini hədəfləyir. 

Daşkənddə keçirilən mərasimdə dövlət başçılarının bir-birini ali ordenlərlə - (Prezident İlham Əliyevin "Dostluq", Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin isə "Heydər Əliyev" ordeni ilə) təltif etməsi siyasi iradənin və şəxsi etimadın ən yüksək göstəricisidir.

Daşkənddə təltifolunma mərasimində Prezident İlham Əliyev son 4-5 ildə həyata keçirilən intensiv səfər dinamikasına diqqət çəkərək, əldə olunan bu yüksək diplomatik səviyyənin əsrə söykənən ortaq köklər, mədəniyyət və dil yaxınlığı üzərində ucaldığını diqqətə çatdırdı: "...bu statistikanın arxasında, ilk növbədə, ortaq köklərimiz, xalqlarımızın yaxınlığı, mədəniyyətlərimizin, dillərimizin və adət-ənənələrimizin yaxınlığı, bir-birimizə qarşı səmimi münasibət, özbək və Azərbaycan xalqları arasında əsrlər boyu davam edən dostluq dayanır. Bu, həmin təməldir - əlbəttə, qardaşlığımızın bu binasını necə möhkəmləndirdiyimiz, hansı layihələri həyata keçirdiyimiz, qarşılıqlı fəaliyyətimizə və ölkələrimizin inkişafına yönəlmiş müxtəlif təşəbbüslərdə necə birgə iştirak etdiyimiz".

Şavkat Mirziyoyevin bəyanatında "Bu gün biz Əbədi dostluq haqqında müqavilə imzaladıq. Təsəvvür edirsinizmi, regionlar, biznes, hökumətlər və parlamentlərarası əlaqələr artıq nə qədər yüksək səviyyəyə çatıb. Bu, sadəcə bir sənəd deyil, qarşılıqlı əlaqələri dərinləşdirmək, əməkdaşlıq imkanlarını genişləndirmək və ümumi gələcək qurmaq istiqamətində birgə istəyimizin əksidir", - deməsi bu tərəfdaşlığın praqmatik nəticələrə söykəndiyini bir daha təsdiq edir. 

Əbədi dostluq haqqında müqavilə Azərbaycan və Özbəkistanın həm ikitərəfli formatda, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində mövqelərini keyfiyyətcə yeni müstəviyə qaldırır. Sənəd strateji müttəfiqlikdən əbədi dostluq mərhələsinə keçidi rəsmiləşdirərək, təkcə cari dövrün geopolitik ehtiyaclarını ödəmir, eyni zamanda gələcək nəsillər üçün sarsılmaz qardaşlıq və həmrəylik irsi formalaşdırır. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı və Daşkəndin strateji inteqrasiyası: türk dünyasında yeni regional güc mərkəzi

08:20
25 Avqust

Müttəfiqliyin yeni zirvəsi

08:15
25 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm geoiqtisadi körpü yaradır

08:10
25 Avqust

Tərəfdaşlıqdan "Əbədi dostluğ"a

08:05
25 Avqust

Əbədi dostluq, sarsılmaz qardaşlıq, çoxsahəli tərəfdaşlıq

08:00
25 Avqust

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!  

00:57
25 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb  VİDEO  

23:18
24 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

21:44
24 Avqust

Dünya okeanlarında temperatur rekord həddə çatıb

21:09
24 Avqust

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub 

20:40
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

19:57
24 Avqust

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

18:51
24 Avqust

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:07
24 Avqust

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

18:01
24 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

17:54
24 Avqust

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək  

17:46
24 Avqust

DSMF Tovuzda ictimai dinləmə təşkil edib

17:17
24 Avqust

“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq  

17:15
24 Avqust

Özbəkistanlı deputat : Azərbaycanla münasibətlərimiz konkret imkanlar diplomatiyasına keçid edir

17:13
24 Avqust

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

16:53
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar

16:49
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!