21 Avqust 2026 08:00
728
SİYASƏT
A- A+
Xalqın Lideri, uşaqların böyük dostu

Xalqın Lideri, uşaqların böyük dostu


Humanizm Prezident İlham Əliyevin həyat qayəsidir


Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı onilliklər boyu qəlbində gəzdirdiyi torpaq həsrətinə son qoydu. Yüz minlərlə keçmiş məcburi köçkün vətəndə qəribçilikdən qurtuldu. Milyonlarla soydaşımız və dünya azərbaycanlıları Zəfərin, qürurlu bir xalqın övladı olmağın sevincini yaşadı.

Dövlətin bu böyük tarixi qələbəsinin, Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdışın fonunda müzəffər liderin xarakterini tamamlayan ən mühüm özəllik onun xalqla, sadə insanlarla qurduğu canlı, səmimi ünsiyyətdir. Yüz minlərlə insanı vətən nisgilindən qurtaran lider üçün hər bir vətəndaşın taleyi, onun sevinci və kədəri bütün zamanlarda ön plandadır. Nəhəng dövlət quruculuğu işlərinin, sıx diplomatik qrafikin arasında sadə insanların, xüsusilə uşaqların kiçik arzularına vaxt ayırmaq, onlara doğma bir insan kimi qucaq açmaq böyük mənəvi ucalıq və insani həssaslıq tələb edir.


Hər bir vətəndaşın yanında


Məhz bu həssaslığın nəticəsidir ki, Qarabağa və Şərqi Zəngəzura səfərlər zamanı baş tutan görüşlər, sadəcə, rəsmi çərçivə ilə məhdudlaşmır, yaddaşlara həkk olunan duyğulu anlarla zənginləşir. Məsələn, Xocavəndin Xanoba kəndində balaca Ayazın səmimi uşaq saflığı ilə istədiyi "KamAZ" arzusu qısa müddətdə gerçəkləşdi. Dövlət başçısının tapşırığı ilə bu yük avtomobili ailəyə təhvil verildi. Oxşar isti mənzərə bu günlərdə Şuşanın Kiçik Qaladərəsi kəndində də təkrarlandı. 

Prezident İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd Əsədovun evinə getmiş, ailənin balaca fərdi Gülər isə dövlət başçısından traktor istəmişdi. Əsədovların qonağı olarkən balaca Gülərin xahişini diqqətsiz qoymayan dövlət başçısı bu günlərdə ailəyə yeni traktor hədiyyə etdi. Bir uşağın saf arzusuna verilən bu sürətli reaksiya, əslində, dövlətin hər bir vətəndaşının  yaxından qayğısına qaldığının ən bariz sübutudur.

Bir Prezident, Ali Baş Komandan və xalqının vətənpərvər oğlu olaraq İlham Əliyev hər zaman Azərbaycanın təəssübünü çəkib, bu uğurda dünya güclərinin qərəzli yanaşmaları ilə qarşılaşsa da, haqq yolundan dönməyib. Qarşıda duran ağır sınaqlara, keşməkeşli günlərə baxmayaraq, onun qətiyyəti və xalqına olan sevgisi bütün çətinlikləri üstələyib. Bu mübarizənin mərkəzində isə hər zaman böyük bir inam dayanıb. Qarabağ və Şərqi Zəngəzur mütləq azad olunacaq!

Dövlət başçısı işğal illərində keçmiş məcburi köçkünlərin yanında olmağı, onların mənzil-məişət problemlərini həll etməyi özü üçün, sadəcə, bir vəzifə deyil, mənəvi borc saymışdı. Bayramlarda, özəl günlərdə, hətta adi vaxtlarda belə həmin insanlarla görüşmək, onların qayğıları ilə şəxsən maraqlanmaq bir ənənəyə çevrilmişdi. Bütün bu görüşlərdə verilən tək bir qəti vəd var idi: "Siz mütləq öz dədə-baba yurdlarınıza qayıdacaqsınız".

Artıq o vəd gerçəkləşib. Qarabağ və Şərqi Zəngəzura yeni həyat bəxş edən qurucu lider tez-tez işğaldan azad olunmuş ərazilərə səfər edir, yeni bünövrələr qoyur, bərpaolunan kənd və şəhərlərimizin ilk sakinləri ilə görüşür. İndi həmin görüşlərdə daha vətən nisgili, torpaq həsrəti yoxdur. İndi o söhbətlərdə yalnız qürur, bir də öz yurduna qayıtmağın böyük bəxtəvərliyi yaşanır.

İllərdir çəkilən həsrətin bitdiyi, mənəvi yaraların sarındığı bu anlar Prezidentlə xalq arasında tamamilə yeni, daha səmimi bir ünsiyyət mühiti yaradır. Dövlət başçısının hər bir kəndə, hər bir evə addım basması sakinlər üçün təkcə bir görüş deyil, həm də xilas və quruculuq müjdəsinin yenidən yaşanan sevincidir. 


Gələcəyə birlikdə, daha güclü addımlarla


Bu canlı və doğma bağ özünü bərpaolunan kəndlərimizə qayıdan sakinlərlə hər bir ünsiyyətdə aydın göstərir.  2025-ci il fevralın 19-da Xocalının Ballıca kəndinə köçən bir qrup sakinlə keçirilən görüşdə olduğu kimi. Qarabağa növbəti səfəri zamanı Ballıca kəndində sakinlərlə görüşən və onlar üçün yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevlə keçmiş məcburi köçkünlər arasında səmimi söhbət əsnasında duyğulu anlar yaşandı. Yurdlarından zorla qovulmuş, faciələrə tuş gəlmiş, məcburi köçkün kimi maddi-mənəvi əzablarla üzləşmiş bu sakinlər onları xoşbəxt günlərə qovuşduran Xilaskar Lideri İlham Əliyevə sonsuz minnətdarlıqlarını çatdırdılar.

Yurd həsrətinə son qoyulan ballıcalılarla səmimi söhbət zamanı bir vətəndaşın "Ali Baş Komandan, "dəmir yumruq" buradadır" sözlərinə Prezidentin gülümsəyərək "Maşallah, sənin də yumruğun yaxşıdır" cavabını verməsi, rəsmiyyətdən uzaq, tamamilə xalqın içindən gələn o səmimi mühitin ən təbii ifadəsi idi. Bu, sadəcə, bir dialoq deyil, çətin günləri arxada qoymuş xalqla onun xilaskar lideri arasındakı mənəvi birliyin təzahürüdür.

Dövlət yalnız xoş günlərdə deyil, kədərli anlarda da hər zaman vətəndaşının yanındadır. Ötən ilin 27 sentyabrında - Anım Günündə Gəncədə raket hücumu zamanı hər iki valideynini itirmiş balaca Nilay ilə Prezidentin əl-ələ addımlaması, eləcə də həmin günün ertəsi III MDB Oyunlarının açılışından öncə Gəncədə zərərçəkmiş uşaqlarla keçirilən görüş xalqın ağrısını öz ağrısı bilməyin, gələcəyə birlikdə, daha güclü addımlamağın rəmzinə çevrildi.

İstər böyük zəfərlərin qazanılmasında, istər kədərli anların bölüşülməsində, istərsə də balaca bir uşağın arzusunun çin edilməsində eyni səmimiyyət özünü göstərir. Prezident İlham Əliyev üçün vətəndaşı dinləmək, onun yanında olmaq hər zaman öndə olan məsələdir. Məhz bu insani diqqət Prezident İlham Əliyevin liderlik xarakterini tamamlayan, onu xalqına daha da yaxınlaşdıran ən dəyərli keyfiyyətlərdəndir.

Bütün bunların fonunda xalqın öz liderinə olan bu qədər dərin sevgisi və ehtiramı təsadüfi deyil. Bu səmimi münasibət illər boyu addım-addım qazanılan böyük etimadın, verilən vədlərin tam doğrulmasının və ən çətin anlarda belə yumruq kimi bir olmanın parlaq təzahürüdür. Məhz bu tükənməz inamın və mənəvi birliyin məntiqi nəticəsidir ki, xalqımız hər zaman, xüsusilə də tarixi seçimlər qarşısında qalarkən öz gələcəyini, dövlətinin taleyini yekdilliklə Prezident İlham Əliyevə həvalə edir. 

Aydın görünür ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər, qurulan kəndlər, bərpaolunan şəhərlər nə qədər əzəmətlidirsə, insan qəlbinə toxunan o balaca arzuların çin edilməsi, körpə təbəssümləri və xalqla çiyin-çiyinə addımlamaq bir o qədər dəyərlidir. Bizi qalib edən, gələcəyə qürurla aparan ən böyük güc də elə bu səmimiyyət, bu qarşılıqlı sevgi və sarsılmaz birlikdir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb

18:44
21 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi davamlı tərəqqinin ən etibarlı təminatçısıdır

18:39
21 Avqust

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib

18:36
21 Avqust

Azərbaycan–Özbəkistan əlaqələri yeni regional düzənin formalaşmasına xidmət edir

18:20
21 Avqust

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib

18:17
21 Avqust

TRIPP Naxçıvanın iqtisadi xəritəsini necə dəyişəcək?

18:15
21 Avqust

Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək

18:13
21 Avqust

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq 

18:11
21 Avqust

Prezidentin UzA-ya müsahibəsi: Özbəkistanla əlaqələrə dair strateji mesajlar

17:40
21 Avqust

Davam edən mina terroru: Beynəlxalq ictimaiyyət fəlakətin miqyasına biganə qalmamalıdır

17:38
21 Avqust

Dayaz Dunaydan motosiklet və iki alman əsgərinin qalıqları tapılıb

17:27
21 Avqust

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir

17:23
21 Avqust

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb

17:17
21 Avqust

Deputat: Yeni güzəşt mexanizmi qeyri-neft-qaz ixracının artmasına imkan verəcək 

17:15
21 Avqust

Süni intellekt və təhsilin rəqəmsal transformasiyası

17:13
21 Avqust

Gürcüstanın dəniz limanları ikinci rübdə 4700 sərnişinə xidmət göstərib

17:11
21 Avqust

Azərbaycan terrorun acı nəticələri ilə üzləşmiş ölkədir

17:05
21 Avqust

Der SPİEGEL: “Berlin "Rus Evi"nə qarşı sanksiyalar tətbiq etməyi müzakirə edir”

16:43
21 Avqust

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markası təqdim edilib

16:40
21 Avqust

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir

16:36
21 Avqust

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi üzrə işçi görüş olub

16:29
21 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!