10 Sentyabr 2026 22:02
172
SİYASƏT
A- A+
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub


Sentyabrın 9-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Batumi şəhərində işgüzar səfərdə olub.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin tərkibində Konstitusiya Məhkəməsinin hakimi Rəşid Rzayev və Aparat rəhbəri Anar Babayev olublar.

Səfər çərçivəsində Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Revaz Nadariya və məhkəmənin hakimləri ilə görüş keçirilib.

Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Revaz Nadariya Azərbaycan nümayəndə heyətini salamlayaraq, 2025-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə ölkəmizə etdiyi səfərlə bağlı xoş təəssüratlarını bölüşüb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev səmimi qəbula görə təşəkkürünü bildirərək Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərini qeyd edib, eləcə də iki ölkə arasında mövcud əlaqələrin hüquq və məhkəmə sistemləri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Tərəflər Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif istiqamətlər üzrə inkişaf dinamikasını nəzərdən keçirərək, iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd ediblər.

Daha sonra qanunun aliliyinin möhkəmləndirilməsi məqsədilə Konstitusiya məhkəmələri arasında dialoq və əməkdaşlıq mövzusunda geniş müzakirələrə yer verilib.

Həmçinin qanunun aliliyinin təmin olunması, konstitusiya ədalət mühakiməsinin inkişaf tendensiyaları, habelə Konstitusiya məhkəmələri arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılıb.

Bununla yanaşı, məhkəmə təcrübəsində qarşıya çıxan konstitusiya hüquq məsələləri nəzərdən keçirilib, həmin məsələlərə dair tərəflərin hüquqi və praktiki yanaşmaları təqdim olunub.

Görüşdə, habelə məhkəmə sistemlərində həyata keçirilən müasir islahat və proseslər barədə qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Azərbaycan Konstitusiya Məhkəməsi ilə Gürcüstan Konstitusiya Məhkəməsi arasında mövcud əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb. Qanunun aliliyinin möhkəmləndirilməsi və konstitusiya ədalət mühakiməsinin inkişaf etdirilməsi məqsədilə qarşılıqlı dialoqun davamlı şəkildə genişləndirilməsinin vacibliyi qeyd olunub.

Sentyabrın 10-da Azərbaycan nümayəndə heyəti Acarıstan Muxtar Respublikası hökumətinin sədri Zurab Pataradze və Ali Şurasının sədri Tsotne Ananidze ilə görüşüb.

Görüş zamanı Azərbaycan-Gürcüstan məhkəmə-hüquq münasibətlərinin inkişaf səviyyəsi, əməkdaşlığın genişləndirilməsi imkanları, eləcə də hüquq və məhkəmə sahəsində əlaqələrin perspektivləri ətrafında müzakirələr aparılıb.

Eyni zamanda, müasir dövrdə Azərbaycan-Gürcüstan arasında dostluq və qardaşlıq tərəfdaşlıq münasibətləri barəsində geniş məlumatlar verilib, bütün sahələrə aid inkişaf dinamikası olduğu qeyd edilib.

Səfər çərçivəsində görüşlərdə Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İordaniya mediası Bakı İqlim Fəaliyyəti Həftəsindən yazıb  

22:05
10 Sentyabr

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub

22:02
10 Sentyabr

Yeni Azərbaycan – zəfərlər partiyası  

21:59
10 Sentyabr

Azərbaycan-Aİ münasibətləri və Cənubi Qafqazda sülh gündəliyi müzakirə olunub

20:45
10 Sentyabr

Səhrada itmiş qədim sivilizasiya tapılıb

20:43
10 Sentyabr

Qalaktikanın fərqli dünyaları

20:03
10 Sentyabr

Roma dövrünün nəhəng mozaikası aşkarlanıb

19:43
10 Sentyabr

Qazaxıstan Prezidenti türk dövlətlərinin daxili işlər nazirləri ilə görüşüb

19:35
10 Sentyabr

Okeanın dibində sirli izlər

19:31
10 Sentyabr

Çin şirkəti ilə neft və neft-kimya sənayesində əməkdaşlığın inkişafı müzakirə olunub

19:30
10 Sentyabr

Uşaqların kitaba marağı niyə azalır?

19:25
10 Sentyabr

İqlim dəyişikliyinin əmək şəraitinə və işçilərin sağlamlığına təsirləri ilə bağlı müzakirələr aparılıb

19:20
10 Sentyabr

Astanada türk dövlətlərinin daxili işlər nazirləri bir araya gəliblər

19:15
10 Sentyabr

Dayanıqlı enerji mərkəzlərinin iqlimə dözümlülüyün təşviqində roluna dair regional dialoq baş tutub

19:10
10 Sentyabr

Lev Spivak: Azərbaycanın dövlət siyasəti multikulturalizm və həmrəylik prinsiplərinə əsaslanır

19:05
10 Sentyabr

“Kəpəz”in kapitanı uzun müddət oynamayacaq

19:00
10 Sentyabr

Qırğızıstanda ilk robot cərrahiyyə sistemi təqdim olunub

18:55
10 Sentyabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilk dəfə Almaniyaya dövlət səfərinə gəlib

18:50
10 Sentyabr

Vikinqlərin gizli gümüş xəzinəsi aşkar edilib

18:48
10 Sentyabr

ASA ilə Kembric Universiteti arasında əməkdaşlıq davam etdiriləcək

18:45
10 Sentyabr

Qədim məzarlarda status nişanələri

18:42
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!