15 Avqust 2026 08:00
17824
SİYASƏT
A- A+
Cənubi Qafqazda davamlı sülh

Cənubi Qafqazda davamlı sülh


Azərbaycanın qətiyyəti ilə regionda təhlükəsizlik və iqtisadi inteqrasiya sahəsində mühüm irəliləyişlər əldə olunub


Cənubi Qafqazda onilliklər boyu davam edən gərginlik və münaqişə dövrü artıq arxada qalıb. Region bu gün hərb və qarşıdurma ilə deyil, sülh, iqtisadi tərəqqi və yeni əməkdaşlıq imkanları ilə gündəmə gəlib. Bu müsbət dəyişikliklərin, yaranan yeni geopolitik reallığın və dayanıqlı təhlükəsizlik mühitinin memarı məhz Azərbaycandır. Bakının həyata keçirdiyi uzaqgörən diplomatiya və siyasi iradə sayəsində bölgədə yaradılan de-fakto sülh şəraiti artıq dönməz xarakter alıb.


Beynəlxalq dəstək 


Avqustun 13-də Prezident İlham Əliyevin Almaniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Dirk Lölkeni qəbul edərkən regionda əldə olunan sülh prosesi ilə bağlı səsləndirdiyi fikirlər Cənubi Qafqazın yeni geopolitik mənzərəsini və rəsmi Bakının strateji xəttini aydın şəkildə nümayiş etdirir. Görüş zamanı dövlətimizin başçısı regionda sülh gündəliyinin Azərbaycan tərəfindən irəli sürüldüyünü bir daha vurğuladı. O, ölkəmizin sülh gündəliyinin irəliləməsi üçün səylərini davam etdirəcəyini və regionda sülhün artıq dönməz olduğunu bildirdi.

Cari ilin iyulunda Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə keçirilən görüşlərində də Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması istiqamətində əldə edilmiş nailiyyətlər yüksək qiymətləndirilib. Dövlətimizin başçısı rəsmi Berlinin sülh prosesinə verdiyi töhfələri qeyd edərək bəyan edib ki, uzun illərdən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu: "Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi... ...Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir".

Ötən ay Berlində imzalanan "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlığın Strateji Gündəliyi haqqında Birgə Bəyannamə" və Avropa İttifaqı ilə münasibətlərdəki müsbət dinamika da aydın göstərir ki, Azərbaycanın qətiyyəti ilə regionda formalaşmış sülh mühiti qlobal xarakter daşıyır. 

Bu gerçəklikdir ki, bölgədə sülhün bərqərar olması "Şərq-Qərb" nəqliyyat dəhlizini daha təhlükəsiz və cəlbedici edir. Bu da Almaniya və digər Avropa şirkətlərinin regiona investisiya qoyması, ənənəvi və "yaşıl enerji", eləcə də təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi üçün geniş qapılar açır.


Bəyanatlardan praktiki addımlara


Vətən müharibəsindən dərhal sonra Ermənistana təkmil sülh modeli təklif edən rəsmi Bakı ötən müddətdə sülh gündəliyini, sadəcə, diplomatik bəyanatlarla deyil, real addımlarla dəstəklədiyini sübut edib. 8 avqust Vaşinqton Zirvə Görüşünün və sülh sazişinin mətninin paraflanmasının ardından Bakı tərəfindən atılan praktiki addımlar bunun bariz nümunəsidir:

Ağ Evdə keçirilən Azərbaycan-Ermənistan Zirvə Görüşü ilə bölgədə de-fakto sülhün təməli qoyuldu. Vaşinqton Sammitinin birillik ildönümündə Prezident İlham Əliyev ABŞ liderinə ünvanladığı məktubunda zirvə görüşünün rolunu xüsusi qiymətləndirərək yazıb: "Bir il əvvəl Siz öz üzərinizə məsul tarixi missiyanı götürərək Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində dönüş nöqtəsi yaratdınız. Qətiyyətiniz və sarsılmaz iradəniz sayəsində Siz üç onillik ərzində davam edən münaqişənin tamamilə sona çatmasına, xalqlarımız üçün barışığın və qarşılıqlı tərəfdaşlıq dövrünün əsasını qoymağa nail oldunuz".

Vaşinqton razılaşmalarından keçən bir il ərzində regionda təhlükəsizlik və iqtisadi inteqrasiya sahəsində mühüm irəliləyişlər qeydə alınıb. Ən əsası sərhəd xəttində sülhə xələl gətirə biləcək heç bir ciddi hərbi insident baş verməyib. 

Vaşinqtonda sülh sazişi mətninin paraflanmasından dərhal sonra Bakı regionda real, gözlə görünən humanitar və iqtisadi addımlar atmağa başlayıb. Azərbaycanın Ermənistana yanacaq ixrac etməyə başlaması bu ölkənin enerji təhlükəsizliyinə birbaşa kömək edir. Bakı öz ərazisindən Ermənistana yük daşınması üzərindəki bütün məhdudiyyətləri götürüb. Bununla da Rusiya və digər ölkələrdən gələn taxıl, gübrə və digər vacib mallar Azərbaycan vasitəsilə Ermənistana rahat şəkildə çatdırılır. 

Bu günə qədər Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə 39 min tondan çox taxıl, təxminən 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 min tondan çox taxta daşınıb.

Eyni zamanda bu günə qədər Azərbaycandan Ermənistana təxminən 15 min ton dizel yanacağı və təxminən 5 min ton Aİ-92 və Aİ-95 benzini ixrac edilib. Bu addım illərdir təcriddə qalan Ermənistan üçün, sözün əsl mənasında, "nəfəslik" oldu.

Qazaxın 4 kəndinin qaytarılması ilə başlanan delimitasiya prosesi və kənar vasitəçilər olmadan təşkil edilən "Sülh Körpüsü" kimi vətəndaş cəmiyyəti dialoqları isə ikitərəfli formatın nə qədər effektiv işlədiyini göstərir. Bütün bunlar isə regionda artıq real sülh qaydalarının işlədiyinə nümunələrdir. 

Göründüyü kimi, regionda 30 illik münaqişəyə son qoyaraq barış, təhlükəsizlik və iqtisadi tərəqqi üçün tarixi imkan yaradan Bakının prinsipial, ədalətli və sülhməramlı mövqeyi bölgəni müharibə ocağından regional inteqrasiya və əməkdaşlıq mərkəzinə çevirib.

Azərbaycan öz gücü və iradəsi ilə Cənubi Qafqaza de-fakto sülh gətirib, onu real praktiki addımlarla möhkəmləndirib.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:38
09 Sentyabr

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında idxalı əlavə dəyər vergisindən azad olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə Siyahısı”nın təsdiq edilməsi haqqında

00:36
09 Sentyabr

Azərbaycanın xarici işlər nazirinin müavini ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə görüşüb

22:02
08 Sentyabr

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

18:50
08 Sentyabr

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

18:39
08 Sentyabr

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:55
08 Sentyabr

“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub

17:40
08 Sentyabr

Xüsusi nümayəndə: Kəlbəcərdəki özəl investisiya layihələrinin əsas məqsədlərindən biri yeni iş yerlərinin yaradılmasıdır

17:35
08 Sentyabr

DİN: İntensiv yağıntılarla əlaqədar xidmətə əlavə polis naryadları cəlb olunub

17:30
08 Sentyabr

YAP və ÇKP arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

17:20
08 Sentyabr

YAP və ÇKP nümayəndələri Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

17:10
08 Sentyabr

Milli Məclisdə Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri diqqət mərkəzində olub

17:00
08 Sentyabr

Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

16:50
08 Sentyabr

Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşüb

16:40
08 Sentyabr

BCAW2026: "Öhdəliklərdən icraya: COP31-ə doğru" mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil olunub

16:35
08 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşa şəhərində - YENİLƏNİB

16:30
08 Sentyabr

Biləsuvarda şəhidlərin xatirə turnirində 300-dən çox güləşçi mübarizə aparıb

16:25
08 Sentyabr

“Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” - panel sessiya YENİLƏNİB 

16:20
08 Sentyabr

Cibə qayıdan milyonlar

16:17
08 Sentyabr

Britaniyanın texnologiya nəhənginin rəhbəri: Süni intellekt xərçəngin dərmanını tapacaq

16:15
08 Sentyabr

Mayami Beynəlxalq Hava Limanında qəzaya uğrayan "Amazon" yük təyyarəsinin qara qutuları tapılıb

16:10
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!