04 Sentyabr 2026 17:24
1148
SİYASƏT
A- A+
Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır


Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilkin olaraq hərbi təhlükəsizlik məqsədləri ilə yaradılıb. Təşkilatın əsas istiqamətləri üzv ölkələrin ərazilərində separatizm və terrorizmə qarşı mübarizə, kəşfiyyat məlumatlarının mübadiləsi və təhlükəsizlik sahəsində əməkdaşlıq olub. Sonrakı mərhələdə ŞƏT-in fəaliyyətində iqtisadi istiqamətlər də ön plana çıxıb. Hazırda təşkilat çərçivəsində ölkələr arasında ticarətin və yükdaşımaların artırılması, nəqliyyat-logistika dəhlizlərinin inteqrasiyası və ticarətin liberallaşdırılması kimi məsələlər mühüm yer tutur. Azərbaycan 2015-ci ildə ŞƏT-də dialoq tərəfdaşı statusu əldə edib və bu status 2016-cı ildə təsdiqlənib. Türkiyə də 2012-ci ildən təşkilatda dialoq tərəfdaşı statusuna malikdir. Azərbaycan hər hansı hərbi bloka qoşulmaq niyyətində deyil. Bu baxımdan ölkənin ŞƏT ilə əməkdaşlığında əsas diqqətin iqtisadiyyat, ticarət, nəqliyyat və logistika sahələrinə yönəldilməsi Azərbaycanın maraqlarına uyğundur.

Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

“ŞƏT-in hərbi blok kimi formalaşması məsələsi gündəmdə olmadığı müddətdə Azərbaycanın bu təşkilata üzv olması üçün hər hansı maneə görünmür. Lakin hazırkı mərhələdə Azərbaycan üçün iqtisadi, ticarət, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi daha vacibdir”, - deyə ekspert vurğulayıb.

X.Kərimli bildirib ki, Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri, o cümlədən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri ŞƏT ölkələrinin iştirakı ilə daha da inkişaf etdirilə bilər. Ekspertin fikrincə, Azərbaycanın hazırkı dialoq tərəfdaşı statusundan müşahidəçi statusuna keçməsi perspektivdə real görünür.

O qeyd edib ki, Azərbaycanın ŞƏT üzvləri ilə ikitərəfli və digər beynəlxalq təşkilatlar çərçivəsində geniş əlaqələri mövcuddur. Təşkilatın üzvləri arasında Azərbaycan üçün mühüm iqtisadi tərəfdaşlar olan Rusiya və Çin də yer alır: “Azərbaycanın ümumi ticarət dövriyyəsində Çin və Rusiya həmişə ilk üçlükdə olublar. Rusiya, həmçinin Azərbaycanın qeyri-neft ixracında mühüm istiqamətlərdən biridir. ŞƏT-in Mərkəzi Asiya ölkələri ilə də Azərbaycanın müxtəlif platformalar, o cümlədən Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələri mövcuddur”.

Ekspert vurğulayıb ki, ŞƏT üzvləri dünya əhalisinin təxminən 40 faizini və qlobal ümumi daxili məhsulun 30 faizədək hissəsini təşkil edir. Buna görə də təşkilat üzvləri, xüsusilə Çin, Rusiya və Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərə bilər.

X.Kərimli əlavə edib ki, ŞƏT-in gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyi və necə bir institusional quruma çevriləcəyi Azərbaycanın təşkilata mümkün üzvlüyü məsələsində mühüm amil olacaq. Hazırkı mərhələdə isə dialoq tərəfdaşı statusunda əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun hesab olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!