24 Oktyabr 2026 09:30
152
Mədəniyyət
A- A+
Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"


Azərbaycanda hələ sovetlər dönəmi zamanı orijinal yaradıcılıq üslubu ilə fərqlənən və müasir sənət üsullarından bəhrələnməklə cəlbedici sənət nümunələri yaradan rəssamlardan biri də Fərhad Xəlilovdur.

Fərhad Qurban oğlu Xəlilov 1946-cı ildə tanınmış dövlət xadimi Qurban Xəlilovun ailəsində dünyaya göz açıb. O, lap kiçik yaşlarından rəsm çəkməyə, rəssamlıq sənətinə maraq göstərib. Bu barədə F.Xəlilovun atası öz xatirələrində belə qeyd edib: "Hələ xeyli gənc yaşlarında Fərhadın rəngli karandaşlarla çəkdiyi təbiət mənzərələri insanın gözünü oxşar, gözəlliyi ilə hamını valeh edərdi".

F.Xəlilov ilk ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1961-1966), sonra Moskva Bədii Ali Sənaye Məktəbində (1966-1968), daha sonra isə Moskva Poliqrafiya İnstitutunda (1969-1975) alıb. O, 1967-ci ildən yerli və beynəlxalq əhəmiyyətli sərgilərdə iştirak etməyə başlayıb. 1969-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuş rəssamın əsərləri doğma vətəni ilə yanaşı, müxtəlif ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.

İndiyədək rəssam bir çox xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Ölkəmizlə yanaşı, Rusiya, Fransa, Almaniya, İngiltərə, Gürcüstan və digər ölkələrdə əsərlərindən ibarət fərdi yaradıcılıq sərgiləri təşkil olunub. F.Xəlilov həmçinin ictimai fəaliyyətlə də məşğuldr. O, uzun müddətdir Azərbaycan Rəssamlar İttifaqının sədridir.

F.Xəlilovun uğurlu yaradıcılıq və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2002-ci ildə Xalq rəssamı fəxri adına, 2006-cı ildə "Şöhrət", 2016-cı ildə "Şərəf" və nəhayət, "İstiqlal" ordenlərinə layiq görülüb. Rəssam həmçinin Fransanın "Şevalye" ordeni ilə mükafatlandırılıb, Rusiya Bədii Akademiyasının akademiki seçilib, Rusiya Rəssamlıq Akademiyasının gümüş və qızıl medalları ilə təltif olunub. F.Xəlilov 2016-cı ildən Roma Rəssamlıq Akademiyasının fəxri professorudur.

Adətən, rəssamın yaradıcılıq nümunələrinə nəzər yetirdikdə, onun hansı janrda və hansı üslubda işləmiş olduğunu müəyyən etməyə çalışırsan. Amma yaradıcılığına bələd olduğumuz F.Xəlilovun yaradıcılığında bu istiqamətin müəyyən edilməsi bir qədər çətindir. Bunu rəssamın yaradıcılığa və sənətə olan fərdi münasibəti kimi dəyərləndirmək doğru olardı. Rəssama görə, janrın və ya üslubun seçilməsi o qədər də önəmli deyil. Əsas odur ki, sən yaratmış olduğun əsərinlə nə demək istədiyini tamaşaçıya hiss etdirə, çatdıra biləsən.

Rəssamın yaradıcılığını şərti olaraq iki dövrə bölmək olar: yaradıcılığının ilk vaxtlarından müstəqillik illərinə qədər olan və müstəqillik illərindən sonrakı dövrlər.

F.Xəlilovun yaradıcılığında mənzərə janrında yaradılmış əsərlər üstünlük təşkil edir. Rəssam təbiəti, xüsusən də Abşeronu təsvir etməkdən yorulmur. O, artıq bir çox sənətşünaslar tərəfindən qəbul edilən "Abşeron rəssamlıq məktəbi"nin tanınmış nümayəndələrindən biridir. O, Abşerona məxsus tipik memarlıq nümunələrini, qədim yaşayış tikililərini və hamamları, dolanbac yolları, tükənməz ilham mənbəyi olan Xəzər dənizini, onun qızılı qumlu sahillərini və ecazkar dəniz ləpələrini ilin müxtəlif vaxtlarında və günün müxtəlif saatlarında təsvir etməkdən böyük zövq alır. F.Xəlilov yaradıcılığının birinci dövründə daha çox təbiətə bağlanmış, ona yer ayırmış, sirlərlə dolu mistik təbiət dəyişikliklərini, təbiətdə mövcud olan incə nüansları incə rəssam qəlbi və xüsusi həssaslıqla müşahidə edərək özünün lirik-emosional və ekspressiv duyğulu bədii tablolarında ustalıqla əks etdirmişdir. Sadaladıqlarımıza və eyni zamanda rəssamın yaradıcılığının birinci dövrünə aid olan əsərlərinə misal olaraq "Buzovnada" (1964), "Görədildə" (1966), "Görədil" (1967), "Mərdəkanda yağış" (1967), "Yağışdan sonra" (1967), "Buzovnada küçə" (1968), "Dənizə yol" (1969), "Buzovnada qayalıqlar" (1971), "Çiçəklənən nar ağacı" (1973), "Buzovna" (1973), "Buzovnada payız" (1973), "Avqust" (1973), "Buzovnada yay" (1975), "Buzovna. İsti küçə" (1975), "Çiçəklənən badam ağacı" (1976), "Buzovnada bahar" (1976), "Sahildə küləkli axşam" (1976), "Yağışlı gün" (1976), "Payız günü"(1979), "Zirədə gecə"(1982), "Sahildə qar"(1982), "Qala kəndində" (1984), "Maştağada axşam" (1985), "Çiçəklənən heyva ağacı" (1989) və başqa əsərlərini göstərmək olar.

F.Xəlilovun əsərlərində insan təsvirlərinə çox az-az rast gəlirik. Rəssamın təbiəti təsvir etdiyi tablolarında isə, demək olar ki, insanlara yer ayrılmayıb. Bəlkə də rəssam ilahinin lütfü ilə yaradılmış, ən sirli mətləbləri özündə gizlədən, hələ bəşər övladının dağıdıcı müdaxiləsinə düçar olmamış, özünün heyrət doğuracaq paklığı və heyranedici füsunkarlığı ilə insanı valeh edən sonsuz ideal məkan anlayışını maddi materiya səviyyəsində qavranılmasını və qəbul edilməsini istəmir. Rəssam daha çox insanı düşündürən, onu mənəvi saflığa, kamilliyə səsləyən və onda təbiətə, insana və gözəlliyə sevgi oyadan fəlsəfi baxışları ayrı-ayrı kompozisiyalar şəklində kətan üzərində, əlvan rəng çalarları və özünün fərdi yaradıcılıq üslubu ilə əks etdirir. Musiqiyə xüsusi sevgisinin olması da rəssamın yaradıcılığına təsirsiz ötüşməyib. Onun yaradıcılığında və müəllifi olduğu sənət nümunələrində poetiklik, lirizm, melodiklik xüsusiyyətləri özünü qabarıq surətdə büruzə verir.

F.Xəlilovun yaradıcılığının ikinci dövrünü əhatə edən əsərlərə tamaşa etmiş olsaq, yenə də zamanın, məkanın, mövzunun eyni olduğunu hiss edərik. Lakin burada artıq rəssamın sadalananlara münasibətinin tamam fərqli olduğunu, obyektə başqa aspektdən yanaşdığını və tam fərqli bir ovqat yarada biləcək tablolar yaratdığının fərqinə vardığını müşahidə etmək mümkündür. İnsan vaxt ötdükcə həyatda təkrarlanan eyni hadisəni və faktı ikinci dəfə tam fərqli biçimdə qəbul etdiyini, yanaşdığını və qavradığını bəlkə o qədər də dərindən hiss etmir. Bu, artıq onun idrakı, dünyagörüşü və intellektual səviyyəsinin insanın özündən asılı olmayan səbəblərdən doğan əlamətlərlə bağlıdır. Haradasa bu amilin inkişafını sürətləndirən mühit faktını vurğulamaq doğru olar.

F.Xəlilovun yaradıcılığının ikinci dövrünə "Nardaranda qış" (1991), "Nardaranda bahar" (1992), "Görədildə dəniz" (1993), "Yolda" (1993), "Dənizdə işıq" (1993), "Yolda görüş" (1997), "Bahar" (1997), "Sahədə" (1998), "Paris motivi" (2000), "Musiqi pillələrdə" (2001), "Yay" (2001), "Dağlarda yağış" (2003), "Sahildə axşam" (2003), "Görüş" (2004), "Maştağada bahar" (1989-2001), "Sahildə yay" (1989-2001), "Sahildə ev" (1989-2002), "Qış günü" (1983-2003) əsərlərini və "Görüş" (1983-2003), "Torpağın naxışları", "Gözlənilməz baxış" (1977-2006), "Dərketmə" seriyalarına daxil olan və müxtəlif vaxtlarda yaradılmış çoxsaylı maraqlı və diqqəti cəlb edən əsərləri daxil etmək olar. Bu əsərlər daha çox fəlsəfi mahiyyəti və özünün məna-məzmun dolğunluğu ilə diqqəti çəkir.

Rəssamın əsərlərinin kolorit həlli xüsusi ilə qeyd edilməlidir. O, daha çox isti rənglərə üstünlük verir. Onun palitrasında rənglərin bolluğu, rəng yaxılarının ekspressivliyi, əlvan yaxı manerası və işıq-kölgə həllinin mükəmməlliyi tam aydınlığı ilə nəzərə çarpır. Rəssam əksər hallarda rəng amilini və kompozisiyanın ümumi kolorit həllini əsərin ifadəsinin əsas özəyi kimi qəbul edir. Bu baxımdan onun əsərlərində kolorit həllinin kamilliyi diqqəti cəlb edən mühüm cəhətlərdəndir.

80 illiyi münasibətilə qələmə aldığımız bu qeydləri rəssamın öz sözləri ilə bitirmək istərdik: "Bütün Qarabağı ayaqyalın gəzmişəm. Bu gün mənim əsərlərimə baxsanız görərsiniz ki, Azərbaycan, Qarabağ, Bakı, Abşeron hamısı bir-birinə qarışıb. Amma Abşeron fərqlidir. Onun gözəlliyini hər adam görə bilmir. Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər".

 

Əsəd QULİYEV,

sənətşünas,

Azərbaycan Milli İncəsənət Muzeyinin şöbə müdiri,

Rəssamlar İttifaqının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!