24 Oktyabr 2026 09:00
225
SİYASƏT
A- A+
Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə


Xankəndidə BMT-nin yaradılmasının 81-ci ildönümünə həsr olunmuş "Qarabağda DİM anı: Gələcək üçün Azərbaycan-BMT tərəfdaşlığı" mövzusunda yüksəksəviyyəli strateji dialoq keçirilib. 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ Universitetində təşkil olunan tədbirdə dayanıqlı inkişaf üzrə əməkdaşlığın prioritetləri, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) Qarabağ iqtisadi rayonunda lokallaşdırılması və regionun inkişafının sürətləndirilməsi imkanları müzakirə olunub.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxışında vurğulayıb ki, Qarabağda bərpa-quruculuq prosesi infrastrukturun yenidən qurulması ilə yanaşı, təhlükəsiz və dayanıqlı məskunlaşmanı, iqtisadi canlanmanı, insan kapitalının inkişafını və ekoloji dayanıqlılığı əhatə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda "ağıllı şəhər", "ağıllı kənd" konsepti əsasında qurulan yaşayış massivləri, nəqliyyat dəhlizləri, "yaşıl enerji" və sosial layihələr dövlətin bu ərazilərə strateji baxışının təzahürüdür. Həyata keçirilən layihələr regionda yeni iqtisadi fəaliyyət sahələrinin formalaşmasına və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına imkan yaradır. Qeyd edilib ki, Azərbaycan ilə BMT arasında 30 ildən artıq müddətdə formalaşmış tərəfdaşlıq milli inkişaf prioritetlərinin beynəlxalq inkişaf gündəliyi ilə uzlaşdırılmasına və sosial-iqtisadi inkişafın təşviqinə xidmət edir. 2026-2030-cu illər üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi tərəfdaşlığın yeni mərhələsini müəyyən edir. Sənəddə inklüziv sosial-iqtisadi inkişaf və insan kapitalının gücləndirilməsi, ekosistemlərin qorunması, iqlim dayanıqlılığı və yaşıl artım əsas istiqamətlər kimi əhatə olunur.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko Qarabağda dayanıqlı inkişafın təşviqində birgə səylərin, güclü tərəfdaşlığın və yerli ehtiyaclara uyğun həllərin əhəmiyyətini vurğulayıb. Yerli ehtiyaclara uyğun təşəbbüslərin həyata keçirilməsinin və bu prosesdə müxtəlif tərəfdaşların səylərinin əlaqələndirilməsinin önəmi qeyd edilib. 

Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Qarabağda bərpa-quruculuq işlərinin regionun sosial-iqtisadi dirçəlişində, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışında və onların cəmiyyətə reinteqrasiyasında mühüm rolunu vurğulayıb. Müasir infrastrukturun qurulmasının, iqtisadi imkanların genişləndirilməsinin və əhalinin rifahının yüksəldilməsinin regionda uzunmüddətli və dayanıqlı inkişaf üçün əsas şərtlərdən olduğu qeyd edilib.

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov təqdimatında Azərbaycanın 2030-cu ilədək milli prioritetləri ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin qarşılıqlı əlaqəsini diqqətə çatdırıb. DİM-lərin sosial-iqtisadi transformasiya, insan kapitalının inkişafı və "yaşıl keçid"in sürətləndirilməsində mühüm rolu vurğulanıb. İşğaldan azad edilmiş dayanıqlı yaşayış imkanlarının yaradılmasının əhəmiyyəti qeyd olunub. DİM-lərin lokallaşdırılması istiqamətində Şuşa və Naxçıvan üzrə yol xəritələrinin hazırlandığı bildirilib. 

Həmçinin tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında həyata keçirilən bərpa-quruculuq işləri, infrastrukturun yenidən qurulması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Strateji dialoq BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi ofisinin rəhbəri Kanako Mabuçinin moderatorluğu ilə keçirilən panel müzakirə ilə davam edib. "Qarabağ iqtisadi rayonunda DİM-lərin lokallaşdırılması üzrə tərəfdaşlıq, regional əlaqələndirmə və transsərhəd su əməkdaşlığı təşəbbüslərindən istifadə etməklə regionun dayanıqlı inkişafının sürətləndirilməsi" mövzusunda paneldə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Hande Harmancı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Muhammad Nasar Hayat və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Dayanıqlı İnkişaf və Əhali Şöbəsinin direktoru Paul Ladd iştirak ediblər.

Paneldə Qarabağ iqtisadi rayonunda DİM-lərin lokallaşdırılması, regional əməkdaşlığın əlaqələndirilməsi və transsərhəd su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin regionda bərpa və dayanıqlı inkişaf təşəbbüslərinin həyata keçirilməsində beynəlxalq tərəfdaşlığın rolu diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!