02 Sentyabr 2026 10:25
41623
Oxucu məktubları
A- A+
Su problemimiz həll edildi

Su problemimiz həll edildi


Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verdiyi tapşırıqlara Qazax rayonunda da əməl olunur. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır. 

Bizim Orta Salahlı kəndinin aşağı hissəsində 49 ailənin yaşadığı ərazidə suvarma və içməli su ilə bağlı problem yaranmışdı. Rayon icra hakimiyyətinə müraciət etdik. Müraciətdən sonra rayon rəhbərliyi aidiyyəti təşkilatlara tapşırıq verdi. Qısa vaxt ərzində qaldırdığımız məsələ öz müsbət həllini tapdı. Problem icra aparatının və aidiyyəti qurumların məsul əməkdaşlarının iştirakı ilə yerində araşdırıldı və müsbət həll olunması üçün tapşırıqlar verildi. Uzunluğu 950 metr olan 3 məhəllədaxili su arxı təmizləndi və məhəllələrə gələn içməli su xətləri təmir olundu. Bundan başqa, subartezian quyusuna yeni su çəni qoyuldu və beləliklə, içməli su problemimiz  həll edildi.

Hörmətli redaksiya! Kənd sakinlərinin müraciətinə diqqətlə yanaşan aidiyyəti qurumların əməkdaşlarına sakinlər adından minnətdarlığımı bildirirəm.


Ruslan TAÜIYEV,

Qazax rayonunun Orta Salahlı kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır  

10:25
03 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:11
03 Noyabr

Neft bahalaşıb

10:11
03 Noyabr

NYP: Floridada baş vermiş təyyarə qəzasında milyonçu və ailəsi həlak olub  

10:08
03 Noyabr

ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək  

10:03
03 Noyabr

Qubadlıda Bərgüşad çayı üzərində ilk su-elektrik stansiyası tikilir

09:25
03 Noyabr

Yeni tərəfdaşlıqlar, investisiyalar və iqtisadi inkişafın perspektivləri

09:20
03 Noyabr

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

09:15
03 Noyabr

İtmiş xəzinə

09:10
03 Noyabr

Moskvada doğulub orada yaşasa da, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanındı

09:05
03 Noyabr

"Mən ağ sular kimi axıb getmərəm..."

09:00
03 Noyabr

9 ayda qeyri-neft sektoru üzrə ixrac 20,5 faiz artıb

08:55
03 Noyabr

Rifah, təhlükəsizlik və investisiya 

08:50
03 Noyabr

Orta dəhliz beynəlxalq logistikanın xilas yoludur

08:45
03 Noyabr

ZƏFƏR gündəliyi    

08:40
03 Noyabr

Bəşəriyyətin qənimi - müharibələr

08:35
03 Noyabr

Şəhid İbrahim Lələyevin xatirəsi anılıb

08:30
03 Noyabr

Kükrəyən qəlblər, susan məzarlar

08:25
03 Noyabr

Azərbaycanın humanitar diplomatiyası

08:20
03 Noyabr

Tarixi irsimiz, müasir inkişafımız və gələcək simamız

08:15
03 Noyabr

Həqiqi tərəfdaşlıq beynəlxalq hüququn hamı üçün eyni meyarlarla tətbiqinə əsaslanmalıdır

08:10
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!