13 Noyabr 2026 09:40
89
Oxucu məktubları
A- A+
Qonşu qonşu olsa...

Qonşu qonşu olsa...


Böyük qaydalara ehtiyac yoxdur, sadəcə, diqqətli olmaq kifayətdir


Binada yaşamaq yalnız mənzilin qapısını bağlayıb öz dünyana çəkilmək demək deyil. Eyni pilləkəndən istifadə etdiyimiz, eyni liftə mindiyimiz, eyni həyətə düşdüyümüz, bəzən eyni parkinq yerini bölüşdüyümüz qonşular var. Mənzil bizim şəxsi məkanımızdır, amma binanın girişindən başlayaraq, bir çox yerlər artıq hamımıza aiddir. Elə buna görə də çoxmənzilli binada yaşayışın rahatlığı təkcə mənzilin içindəki şəraitdən yox, qonşuların ortaq məkanlara münasibətindən də asılıdır.

Binaya daxil olanda ilk diqqət çəkən yerlərdən biri giriş (blok) və lift olur. Təmiz, səliqəli və baxımlı giriş insanda xoş təəssürat yaradır. Əksinə, pilləkənlərdə atılmış zibil, divarlardakı yazılar, zədələnmiş lift düymələri, divarlardakı təpik izləri və ya mərtəbələrdə yığılan lazımsız əşyalar binanı gözdən salır. Halbuki bunların heç biri "kiminsə işi" deyil. Bu işdə qonşuların hamısının məsuliyyəti var.

Bəzən insanlar öz mənzillərindəki səliqəni mənzillərindən kənarda göstərmirlər. Evdə zibili yerə atmaq ağlımıza belə gəlmir, amma liftdə və ya pilləkəndə bunu rahatca edirik. Halbuki həmin pilləkənlə bizim uşağımız da keçir, yaşlı qonşumuz da, işdən yorğun gələn başqa bir sakin də. "Birdəfəlikdir" düşüncəsi çoxaldıqca ortaq məkanlarda ümumi bir səliqəsizlik yaranır.

Xüsusilə lift mədəniyyəti binada yaşayan insanların bir-birinə münasibətini göstərən xırda, amma əhəmiyyətli nümunələrdəndir. Liftə minərkən qapını başqasının üzünə bağlamamaq, içəridə uca səslə danışmamaq, uşaqların düymələrlə oynamasına imkan verməmək, bütün liftləri eyni mərtəbəyə çağırmamaq, yaşlı və hərəkəti məhdud insanlar üçün bir neçə saniyə gözləmək böyük fədakarlıq tələb etmir. Sadəcə qarşımızdakı insanı özümüzün yerinə qoymaq kifayətdir.

Ortaq məkan məsələsində ən çox mübahisə doğuran problemlərdən biri də dəhlizlər və mərtəbə meydançasıdır. Kimsə ayaqqabısını, kimsə uşaq arabasını, kimsə müxtəlif əşyalarını qapısının qarşısına qoyur. Bir mənzil üçün kiçik görünən bu əşyalar keçid yolunu daraldır, təmizlik işinə mane olur və başqa sakinlər üçün narahatlıq yaradır. Qapımızın önü bizə yaxın olsa da, dəhliz şəxsi anbar deyil. Oradan hamı istifadə edir. Uşaq arabası, velosiped, skuter kimi əşyaların saxlanması da eyni məsələyə aiddir. Binada bunun üçün xüsusi yer varsa, həmin yerdən istifadə etmək həm əşyanı qoruyur, həm də keçidləri açıq saxlayır. Belə imkan yoxdursa, ən azı qonşuların rahatlığını nəzərə almaq lazımdır. Çünki bir ailənin rahatlığı digər ailənin rahatsızlığına səbəb olmamalıdır. 

Paralel olaraq, bina həyətində davranış da ümumi yaşayış mədəniyyətinin bir hissəsidir. Uşaqların oynaması təbiidir, amma oyun meydançası ilə avtomobillərin hərəkət etdiyi sahə bir-birindən fərqlənir. Valideynlərin uşaqları nəzarətsiz buraxmaması, sürücülərin isə həyətdə ehtiyatlı olması vacibdir. Həyətdə yaşayan insanların hamısının eyni məkanı paylaşdığını unutmamaq bir çox problemin qarşısını ala bilər.

Zibil məsələsi isə amma ən çox diqqət tələb edən məsələlərdəndir. Zibili konteynerin yanına qoymaqla içinə atmaq eyni deyil. Böyük karton qutuların, köhnə mebellərin və digər əşyaların ümumi zibil yerində günlərlə saxlanılması həm ətrafı natəmiz göstərir, həm də sanitariya problemi yaradır. 

Binada parklanma da qonşular arasında münasibətlərin sınağa çəkildiyi məsələlərdəndir. "Mən həmişə burada saxlayıram" fikri başqasının da eyni hüquqa malik olduğunu dəyişmir. Xüsusi parklanma yeri olmayan binalarda bir avtomobilin giriş-çıxışı bağlamaması, yanğın və təcili yardım üçün nəzərdə tutulan sahələrdə maşın saxlanılmaması xüsusilə vacibdir. 

Səs məsələsi də bina evində yaşayanların əsas problemlərindən biridir. Mənzildə təmir aparmaq, qonaq qəbul etmək, uşağın oynaması həyatın normal hissəsidir. Amma binada yaşamaq müəyyən saatlarda başqalarının istirahət hüququnu nəzərə almağı tələb edir. Gecə saatlarında yüksək səslə musiqi dinləmək, mebel sürümək, axşamlar təmir işi aparmaq qonşuların rahatlığını poza bilər. 

Əslində, binada yaşamaq bizə gündəlik həyatın kiçik qaydalarını öyrədir. Burada hər kəsin şəxsi sərhədi var, amma heç kimin ümumi məkan üzərində mütləq üstünlüyü yoxdur. Lift, pilləkən, həyət, giriş hamınındır. Bu məkanlara münasibət bir qədər də özümüzə və bir-birimizə münasibətimizin göstəricisidir.

Yaxşı qonşuluq həmişə dostluq etmək demək deyil. Hər kəsin şəxsi həyatı, öz işi və öz çevrəsi var. Qonşumuzla yaxın münasibət qurmasaq belə, onun rahatlığını və hüququnu nəzərə ala bilərik. Salam vermək, lazım gəldikdə qapını saxlamaq, liftə tələsən qonşunu gözləmək, ümumi yeri çirkləndirməmək kimi sadə davranışlar sosial mədəniyyətdir. Hər kəsin həyat ritmi fərqlidir. Ortaq məkan mədəniyyəti də məhz bu fərqləri nəzərə almaqdan başlayır.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Samux rayon Əhmədbəyli kəndinin qazlaşdırılmasına növbəti mərhələlərdə baxılacaq 

09:45
13 Noyabr

Qonşu qonşu olsa...

09:40
13 Noyabr

Su nasosu yenisi ilə əvəz edildi 

09:35
13 Noyabr

Müraciətim həll olundu

09:30
13 Noyabr

"Şəhidlər Vətənin əbədi yaşayan qəhrəmanlarıdır!"

09:25
13 Noyabr

Övladları ataları ilə fəxr edirlər

09:20
13 Noyabr

Ömrün hər anında yaratmaq eşqi

09:15
13 Noyabr

Qədim tikililər şəhərlərimizin daş tarixi və mədəni kimliyidir

09:10
13 Noyabr

Sənaye zonaları iqtisadi inkişafın lokomotivinə çevrilir

09:05
13 Noyabr

Gələn il sosial müavinətlərdə artımlar olacaq

09:00
13 Noyabr

Orta dəhliz üzərindən avtomobillə yükdaşımaları artırmaq üçün tədbirlər görülür

08:55
13 Noyabr

Zəfər yolları

08:50
13 Noyabr

Təhsil və milli kimlik fenomeninin konseptual əsasları

08:45
13 Noyabr

Dublindən Bakıya uzanan siyasi-diplomatik xətt 

08:40
13 Noyabr

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

08:35
13 Noyabr

"Buzlaqların əriməsi milyardlarla insanın su təhlükəsizliyini təhdid edir" 

08:30
13 Noyabr

"Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib"

08:25
13 Noyabr

Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub

08:20
13 Noyabr

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

08:15
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

08:10
13 Noyabr

COP-da Azərbaycan standartı

08:05
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!