13 Noyabr 2026 08:50
85
SİYASƏT
A- A+
Zəfər yolları

Zəfər yolları


İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün böyük quruculuq məkanına çevrilib. Otuz ilə yaxın müddətdə dağıntılara məruz qalmış şəhər və kəndlərimiz yenidən dirçəlir, müasir yaşayış məntəqələri salınır, sosial və iqtisadi infrastruktur yaradılır. Həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin mühüm istiqamətlərindən birini yol-nəqliyyat infrastrukturunun formalaşdırılması təşkil edir. Çünki doğma torpaqlarına qayıdan insanların rahat və təhlükəsiz yaşayışının təmin olunması, bölgənin iqtisadi potensialının hərəkətə gətirilməsi, kənd təsərrüfatının, sənayenin və turizmin inkişafı ilk növbədə müasir nəqliyyat şəbəkəsinin mövcudluğundan asılıdır. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda çəkilən yollar yalnız yaşayış məntəqələrini birləşdirən nəqliyyat xətləri deyil, həm də regionun gələcək inkişafının mühüm təminatıdır.

İşğaldan azad edilmiş ərazilərdə yol tikintisinin əsası hələ Vətən müharibəsinin davam etdiyi günlərdə qoyulub. Azərbaycan Ordusunun qəhrəman hərbçiləri düşmənin möhkəmləndirilmiş mövqelərini yararaq Şuşaya doğru irəliləyərkən keçilməz hesab edilən dağlardan, sıx meşələrdən və dərin dərələrdən keçmiş, tarixi Qələbəyə aparan cığırlar açmışdılar. Bu gün həmin qəhrəmanlıq yollarının üzərində müasir avtomobil magistralı uzanır. Şuşaya aparan 101 kilometrlik Zəfər yolu da xalqımızın hərbi qüdrətini, yenilməz iradəsini və quruculuq əzmini özündə birləşdirən rəmzə çevrilib.

Zəfər yolunun təməli 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli rayonuna səfəri zamanı qoyulub. Dövlət başçısı həmin gün yolun strateji və mənəvi əhəmiyyətindən danışaraq  demişdi: "Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır".

Prezident İlham Əliyevin Zəfər yolu adlandırdığı magistral yolun tikintisi mürəkkəb dağlıq relyef şəraitində, sərt qayaların yarılması və müasir mühəndislik texnologiyalarının tətbiqi ilə həyata keçirilib. Dövlət başçısının daimi nəzarətində olan bu layihə qısa müddətdə tamamlanıb və 2021-ci il noyabrın 7-də, tarixi Zəfərimizin birinci ildönümü ərəfəsində istifadəyə verilib. Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazilərindən keçərək Şuşaya uzanan yol onlarca yaşayış məntəqəsinin nəqliyyat imkanlarının genişlənməsinə xidmət edir. Bu magistral həm də Azərbaycanın azad edilmiş torpaqlarda qısa müddətdə böyük layihələri reallaşdırmaq gücünü nümayiş etdirir.

Qarabağda həyata keçirilən ilk yol layihələrindən biri də Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolunun yenidən qurulmasıdır. Ümumi uzunluğu 28,5 kilometr, eni 9 metr olan ikizolaqlı yolun 21 kilometri Tərtər şəhərindən Suqovuşana, 7,5 kilometri isə Suqovuşandan Talış kəndinə qədər uzanır. 2021-ci il oktyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən avtomobil yolu müasir standartlara uyğun inşa olunub. Yolboyu avtobus dayanacaqları yaradılıb, təhlükəsiz və rahat hərəkətin təşkili üçün zəruri infrastruktur qurulub. Bu layihə yaşayış məntəqələri arasında əlaqələrin bərpası, əhalinin gündəlik hərəkət imkanlarının yaxşılaşdırılması və bölgənin iqtisadi fəallığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qarabağ və Şərqi Zəngəzurda yol infrastrukturunun inkişafı yalnız ayrı-ayrı yaşayış məntəqələrinin birləşdirilməsi ilə məhdudlaşmır. Burada ölkənin ümumi nəqliyyat sisteminə inteqrasiya olunan, beynəlxalq logistika imkanlarını genişləndirən kompleks layihələr həyata keçirilir. Prezident İlham Əliyev oktyabrın 14-də 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Garabagh" sərgisinin iştirakçılarına müraciətində bu sahədə görülən işlərin miqyasını xüsusi vurğulayıb: "Qarabağ və Şərqi Zəngəzurda qurulan nəqliyyat infrastrukturu yaşayış məntəqələrini bir-biri ilə və ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir. İndiyədək 1500 kilometrə yaxın yol tikilmiş, 11,7 kilometr uzunluğunda Murovdağ tuneli dünyada mürəkkəb dağlıq şəraitdə həyata keçirilən quruculuq işlərinin mühüm mühəndislik nümunəsinə çevrilmişdir. Füzuli, Zəngilan və Laçın beynəlxalq Hava limanları istifadəyə verilmişdir. Dəmir yollarının inşası davam etdirilir. Horadiz-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin mühüm tərkib hissəsi kimi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika əlaqələrinin genişlənməsində strateji əhəmiyyət daşıyır".

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ən mürəkkəb mühəndislik layihələrindən biri Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Ümumi uzunluğu 82 kilometr olan bu magistral Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq, Kəlbəcərdən keçir və məşhur İstisu istirahət zonasına qədər uzanır. Layihənin icrasında işlərin 90 faizindən çoxunun tamamlanması dağlıq ərazilərdə aparılan tikintinin miqyasını göstərir. Yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Dəniz səviyyəsindən yüksəkliyin 3250 metrədək çatdığı bu ərazidə sərt iqlim şəraiti və mürəkkəb relyef avtomobil hərəkəti üçün ciddi çətinliklər yaradır. Məhz buna görə təhlükəsiz və fasiləsiz nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə Murovdağ silsiləsinin altından 11,7 kilometr uzunluğunda tunel inşa edilir. Yolun 13,5-ci kilometrində yerləşən bu mühəndislik qurğusunda asfaltlanma işləri aparılır.

Murovdağ tuneli uzunluğuna görə dünyanın ən iri avtomobil tunellərindən biri hesab olunur. Bu tunel uzunluğuna görə dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birinci yerdədir. Burada fövqəladə hallar zamanı təhlükəsizliyin təmin edilməsi üçün sağ və sol hissələri birləşdirən 38 keçid tuneli də tikilib. Bundan başqa, layihə çərçivəsində ümumi uzunluğu 2636 metr olan daha dörd tunel inşa olunub. Bu nəhəng mühəndislik qurğuları Kəlbəcərin nəqliyyat əlçatanlığını artırmaqla yanaşı, rayonun turizm, kənd təsərrüfatı və digər iqtisadi sahələrinin inkişafına geniş imkanlar yaradacaq.

Bu gün azad edilmiş torpaqlarda salınan hər yeni yol həm də gələcəyə açılan yeni imkan deməkdir. Bir vaxtlar hərbçilərimizin qəhrəmanlıqla keçdiyi dağlardan indi müasir magistrallar uzanır, uzun illər bir-birindən ayrı düşmüş yaşayış məntəqələri yenidən birləşir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yol layihələri Azərbaycanın iqtisadi qüdrətinin, mühəndislik potensialının və quruculuq siyasətinin bariz nümunəsidir. Bu yollar yalnız məsafələri qısaltmır, həm də insanları doğma yurdlarına, bölgəni isə yeni inkişaf mərhələsinə yaxınlaşdırır.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Orta dəhliz üzərindən avtomobillə yükdaşımaları artırmaq üçün tədbirlər görülür

08:55
13 Noyabr

Zəfər yolları

08:50
13 Noyabr

Təhsil və milli kimlik fenomeninin konseptual əsasları

08:45
13 Noyabr

Dublindən Bakıya uzanan siyasi-diplomatik xətt 

08:40
13 Noyabr

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

08:35
13 Noyabr

"Buzlaqların əriməsi milyardlarla insanın su təhlükəsizliyini təhdid edir" 

08:30
13 Noyabr

"Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib"

08:25
13 Noyabr

Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub

08:20
13 Noyabr

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

08:15
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

08:10
13 Noyabr

COP-da Azərbaycan standartı

08:05
13 Noyabr

44 günün unudulmaz anları

08:00
13 Noyabr

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 308 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

04:15
13 Noyabr

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞI ARASINDA STRATEJİ TƏRƏFDAŞLIQ HAQQINDA BİRGƏ BƏYANNAMƏ

23:05
12 Noyabr

Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə geniş yer ayırıb  

22:20
12 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub  

22:06
12 Noyabr

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub  

21:54
12 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB 

21:01
12 Noyabr

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçubla

20:32
12 Noyabr

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb  

20:09
12 Noyabr

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib  

19:51
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!