07 Noyabr 2026 08:25
110
CƏMİYYƏT
A- A+
Qürur məbədi

Qürur məbədi


Azərbaycan xalqı üçün 2020-ci ilin payızı bir tale və şərəf sınağı oldu. 30 il boyunca sinəsində gəzdirdiyi torpaq nisgilini, ədalətsizliyin amansız sükutunu və işğalın ağır yükünü cəmi 44 gün ərzində param-parça edən ölkəmiz dünyaya yalnız hərbi qüdrətini deyil, həm də əyilməz iradəsini nümayiş etdirdi. 

Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan əsgərinin canı və qanı bahasına yazılan bu tarix hər bir vətəndaşın qəlbində silinməz izlər qoydu. Bu misilsiz Qələbənin, xalq-ordu birliyinin və dəmir iradənin gələcək nəsillərə ötürülməsi, milli yaddaşın dondurulub gələcəyə daşınması üçün paytaxtımızda möhtəşəm bir abidə ucaldı. 

Zəfər Gününün 5-ci ildönümündə - 8 noyabr 2025-ci ildə rəsmi açılışı reallaşan Zəfər muzeyi, məhz həmin şanlı tarixin, çətin yolların və Böyük qayıdışın canlı şahidinə və müqəddəs ünvanına çevrildi. Bakının 8 Noyabr prospektində, Xəzərin sahilində ucalan Zəfər parkı ilə vəhdət təşkil edən bu müasir memarlıq kompleksi, sadəcə, müharibə eksponatlarının saxlandığı bir məkan deyil. Bura bütöv bir xalqın ədalət və dirçəliş fəlsəfəsini özündə yaşadan, hər bir daşında qəhrəmanlıq nəfəsi duyulan qürur məbədidir.


8 zalda cəmləşən böyük tarix


Zəfər muzeyi Azərbaycan Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli "Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında" sərəncamına əsasən yaradılıb. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva 2024-cü il noyabrın 8-də Zəfər parkının açılışında iştirak etmişlər. Həmin tarixdə parkın aşağısında Zəfər muzeyi artıq inşa edilmişdi, orada tərtibat işləri aparılırdı. 2025-ci il noyabrın 8-də Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfər Gününün 5-ci ildönümündə isə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə muzeyin açılışı oldu. 

Muzeyin ümumi konsepsiyası və dizaynı Heydər Əliyev Fondu tərəfindən müasir beynəlxalq muzey standartlarına uyğun şəkildə işlənmişdi. Bura şanlı Qələbənin hekayəsini - Azərbaycan xalqının illər boyu arzuladığı Vətənə qayıdış ümidinin gerçəkləşməsini və birliyin, gücün və səbrin ən ali təntənəsini təqdim edir. Muzeydə əzəli Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçərək tarix yazan şəhidlərin əziz xatirəsi ehtiramla yad olunur. Möhtəşəm tikilinin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Girişdə şanlı Qələbənin rəmzinə çevrilmiş "Dəmir yumruq" instalyasiyası və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından cümlələr əks olunur. Eləcə də, muzeyi əhatə edən divarın üzərində ehtiram əlaməti olaraq 44 günlük Vətən müharibəsində şəhid olmuş 2914 qəhrəmanın adı həkk edilib.

Muzeyin daxili quruluşu hər biri dərin məna daşıyan 8 sərgi zalından ibarətdir.  Təqdim olunan faktlar, foto və videomateriallar, interaktiv nümayişlər və xüsusi olaraq bu muzey üçün hazırlanmış eksponatlar, maketlər münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişi, şanlı Zəfər nəticəsində dövlət suverenliyinin bərpa olunması barədə məlumatları ziyarətçiyə dolğun çatdırmaqla yanaşı, həm də bu hadisələri hər bir kəsə yenidən yaşadır. 

Muzeyin "Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi" adlı birinci zalında Qarabağın təbii gözəlliyi, tarixi memarlıq baxımından zənginliyi təqdim edilir. Zalın divarındakı kitab instalyasiyalarında Ümummilli Lider Heydər Əliyevin bölgənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə dair geniş məlumatlar var. Zalın mərkəzində yerləşən interaktiv kitablar isə Qarabağın təbiəti, ədəbi irsi, musiqisi və xalq sənəti ilə yaxından tanış olmağa imkan yaradır. 

Zəfər muzeyinin "Ermənistan-Azərbaycan münaqişəsi. Tarixə baxış" zalı Qarabağ münaqişəsinin ağrılı səhifələrini əks etdirir. Burada münaqişənin xronologiyası, Ulu Öndərin və dövlətimizin başçısının apardıqları ardıcıl siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması, sülh prosesi barədə materiallar yer alıb. Qarabağda işğal dövründə dağıdılmış binaların, yerlə yeksan edilmiş yaşayış yerlərinin taleyinə həsr olunan instalyasiya - viran qalmış ev və bu evin qalıqları altından baş qaldıran ağac isə həyatın yenidən dirçəlişinin rəmzidir.

"44 günlük Vətən müharibəsi. "Dəmir yumruq" əməliyyatı" adlı üçüncü zal Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan qəhrəmanlıq mübarizəsini əks etdirir. Burada süni intellekt əsaslı videomateriallar, LED monitorlar və 3D holoqrafik ekranlar ziyarətçini birbaşa döyüş meydanının atmosferinə aparır. Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti, qəhrəmanlıq salnaməsi və Ali Baş Komandanın fərmanları nümayiş olunur. "Şanlı Zəfər. Şuşanın azad olunması" adlı dördüncü zalda Azərbaycanın hərb tarixində xüsusi yer tutan, misilsiz taktiki bacarıqla həyata keçirilmiş əməliyyatı təqdim olunur. Zalın mərkəzindəki Şuşa maketi döyüş meydanını əks etdirir, interaktiv monitorlar isə əməliyyatın gedişini və əsas taktiki məqamları ardıcıl izləməyə imkan yaradır. 

Azərbaycan əsgər və zabitlərinin igidliyinə, fədakarlığına və yenilməz iradəsinə həsr olunan "Qəhrəmanlar yolu" zalı isə ziyarətçilərə torpaqların azadlığı uğrunda aparılan mübarizənin ruhunu hiss etdirir. Burada Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara təqdim olunan orden və medalların nümunələri sərgilənir. Növbəti zal "Qarabağ Azərbaycandır!" adlanır və xalqımız üçün milli bayrama çevrilən Zəfər Gününü, ümumxalq sevincini əks etdirir. Zalın mərkəzində Vətən müharibəsində şanlı Zəfərin və Qarabağın dirçəlişinin rəmzinə çevrilmiş Xarıbülbülün Murano şüşəsindən hazırlanmış instalyasiyası yerləşir. Böyük ekranlarda 30 illik həsrətə son qoyan Zəfərin yaşatdığı qürurverici və sevinc dolu anlar nümayiş olunur.

"Dövlət suverenliyinin bərpası. 20.09.2023" adlı yeddinci zal Azərbaycanın suverenliyinin bərpasına həsr olunub. Xəritə instalyasiyasında Qarabağın və Şərqi Zəngəzurun tam azad edildiyi, Azərbaycan tarixində yeni bir dövrün başlandığı nümayiş olunur. Muzey boyunca izlənilən yol 44 günlük Vətən müharibəsinin şanlı salnaməsi ilə davam edir və 8 noyabrda Şuşanın azad olunması ilə Azərbaycanın çoxdan gözlənilən Qələbəsi ilə tamamlanır. "Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş" adlı zal isə Qarabağın bərpasına və gələcək inkişafına həsr olunub.


"Danışan fotolar"

 

Muzeyin memarı və dizayneri Françesko Cordana layihənin fəlsəfəsini şərh edərkən bildirir ki, bu işin dəyəri daha çox daşıdığı tarixi və rəmzi xarakterlə ölçülür. Onun sözlərinə görə, əsas məqsəd yalnız şəhərin bir hissəsinin transformasiyasını təsəvvür etmək deyil, həm də bütöv bir ölkənin tarixini, mədəniyyətini və cəmiyyətin ortaq duyğularını ifadə edən simvolik bir məkan yaratmaq olub.

Muzeyin memarlığı fəzada müəyyən ssenari yaradır: forma və konturlardakı gizli rəmzləri hər bir ziyarətçi daxilə addımladıqca özü kəşf edir. Məhz bu xüsusiyyətinə görə Zəfər muzeyi, sadəcə, bir möhtəşəm bina yox, hər bir küncü memarlıq dilində danışan canlı ssenaridir. Ziyarətçi içəri addımladığı andan memarlıq formalarının, işığın və kölgənin köməyi ilə 30 illik həsrətin, müharibənin gərginliyinin və Qələbənin doğurduğu o möhtəşəm hisslərin birbaşa iştirakçısına çevrilir. 

Mütəxəssislərin fikirlərinə görə, fəzadakı bu gizli ssenari özünü üç əsas mərhələdə büruzə verir. Birinci, daralan və sıxılan məkanlar kimi: muzeyin ilk zallarında tavanların vizual olaraq daha alçaq və konturların kəskin olması xalqın 30 il ərzində yaşadığı torpaq itkisini, qaçqınlıq ağrısını və sıxıntılı dövrü psixoloji olaraq hiss etdirir. İkinci dinamik xətlər və hərəkətlər kimi (Dəmir Yumruq): döyüş əməliyyatlarının nümayiş olunduğu bölmələrə keçdikcə memarlıq elementləri kəsik, sürətli və şaquli formalara çevrilir. Bu, hücumun dinamikasını, Azərbaycan Ordusunun sarsılmaz sürətini və sındırılmaz iradəsini vizual olaraq canlandırır. Sonuncu genişlənən fəza və işıq seli kimi (Zəfər və Azadlıq): Şuşanın azadlığı və Suverenlik zallarına çatdıqda məkan birdən-birə genişlənir, tavanlar ucalır və içəri bol işıq daxil olur. Bu memarlıq fəndi ziyarətçidə daxili bir rahatlıq, nəfəs alma və milli qürur hissi yaradır. Zəfər muzeyindəki formaların fəlsəfəsi ziyarətçini passiv izləyici olmaqdan çıxarır, daxilə doğru atılan hər addım tarixi yenidən yaşamaq və gizli rəmzləri duyğularla kəşf etmək deməkdir. 

Kompleksin unikal memarlıq fəlsəfəsini formalaşdıran əsas struktur element 44 metrlik Zəfər tağıdır. İki böyük yolun kəsişməsində ucalan tağ 44 sütundan ibarətdir. Hər bir sütun Vətən müharibəsinin bir gününü tərənnüm edir və onun 44 metr hündürlüyü bu müqəddəs tarixin miqyasını vizuallaşdırır. Digər maraq doğuran element "Danışan fotolar" və süni intellektdir. Şəhidlərin, qazilərin və müharibə şahidlərinin fotoları rəqəmsal olaraq canlanır və öz hekayələrini ziyarətçiyə birbaşa birinci şəxsin dilindən danışır.

Xarıbülbül instalyasiyası: Murano şüşəsindən hazırlanan və muzeyin mərkəzində ucalan nəhəng Xarıbülbül kompozisiyası həm zərifliyi, həm də qırılmaz milli iradəni simvolizə edən vizual bir şah əsərdir.

Bir əsas faktı da qeyd edək ki, Zəfər muzeyi məkanca təcrid olunmuş bina deyil. O, Zəfər və Hərbi Qənimətlər parkları ilə elə birləşdirilib ki, bu əraziyə gələn insan bütöv bir qəhrəmanlıq kompleksinin içinə daxil olur. Bu üç məkan bir-birini tamamlayaraq milli yaddaşın coğrafi mərkəzini formalaşdırır.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük Zəfərin əbədi təntənəsi

08:30
07 Noyabr

Qürur məbədi

08:25
07 Noyabr

Üçtərəfli Bəyanat Azərbaycan Ordusunun və diplomatiyasının parlaq qələbəsi idi

08:20
07 Noyabr

Tarixi ədalətin təntənəsi

08:15
07 Noyabr

Milli qürurumuzun ünvanı

08:10
07 Noyabr

Şuşa - Şanlı Zəfərimizin rəmzi 

08:05
07 Noyabr

OTUZ İLLİK İŞĞALIN 44 GÜNLÜK ZƏFƏR YEKUNU

08:00
07 Noyabr

“Dövlət qurumlarının informasiya təhlükəsizliyi mühitinin diaqnostikasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

04:00
07 Noyabr

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:58
07 Noyabr

“BAKIENERÆİTİKİNTİ” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə!

03:50
07 Noyabr

Tramp Ağ Evin aparat rəhbərini dəyişir

23:10
06 Noyabr

SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb

22:48
06 Noyabr

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

22:39
06 Noyabr

“Neftçi” “Kəpəz”ə qalib gəlib

22:21
06 Noyabr

ÜST-5 Rifah İndeksinin Azərbaycan versiyası Ümumdünya Səhiyyə Təşkilatının saytında yerləşdirilib

22:01
06 Noyabr

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib  

21:23
06 Noyabr

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan  

21:09
06 Noyabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb  

20:59
06 Noyabr

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib  

20:51
06 Noyabr

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib  

20:50
06 Noyabr

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər  

20:42
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!