25 Noyabr 2026 08:15
104
SİYASƏT
A- A+
TRIPP layihəsi reallığa çevrilir

TRIPP layihəsi reallığa çevrilir


Bu marşrut Azərbaycanın statusunu möhkəmləndirəcək və region dövlətləri üçün geniş iqtisadi perspektivlər açacaq


Beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsi, Asiya ilə Avropa arasındakı quru əlaqələrinin genişləndirilməsi bir çox ölkənin xarici siyasətində əsas prioritetlərdən birinə çevrilib. Qlobal dəyişiklik fonunda Cənubi Qafqaz regionu da təkcə coğrafi keçid kimi deyil, həm də yeni iqtisadi və siyasi arxitekturanın formalaşdığı strateji mərkəz kimi çıxış edir. 

Son illərdə regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində atılan addımlar Avrasiyanın logistika xəritəsini yenidən formalaşdırır. Məhz bu tarixi zərurətdən irəli gələn "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin praktiki icra mərhələsinə qədəm qoyması Cənubi Qafqazda yeni əməkdaşlıq və inteqrasiya dövrünün başlandığından xəbər verir.

2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən görüşlərlə və əldə olunan mühüm razılaşmalarla təməli qoyulan bu təşəbbüs 2026-cı ilin noyabr ayında rəsmi başlanğıc nöqtəsinə çataraq üçtərəfli texniki planlaşdırma mərhələsinə keçib. Məlumata əsasən, noyabrın əvvəlindən etibarən Azərbaycan, ABŞ və Ermənistan arasında işçi qrupların yaradılması, texniki göstəricilərin razılaşdırılması və mövcud kommunikasiyalarla əlaqələndirilməsi istiqamətində intensiv proseslərə start verilib.

Layihənin rəsmi başlanğıcına həsr olunmuş videomüraciətində ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə Vaşinqtonla əməkdaşlığa, sülh gündəliyinin irəlilədilməsinə və layihənin reallaşmasına verdiyi töhfələrə, eləcə də Nobel Sülh Mükafatına namizədliklə bağlı təşəbbüslərinə görə təşəkkürünü ifadə edib. ABŞ Prezidentinin qiymətləndirməsinə görə, TRIPP-in praktiki icrası və bu məqsədlə yeni bir şirkətin təsis edilməsi bütün region boyunca yük, enerji və sərnişin daşımaları üçün əlavə ticarət marşrutları açacaq. Öz növbəsində Prezident İlham Əliyev də rəsmi paylaşımında layihənin başlanması münasibətilə ünvanlanan xoş sözlərə görə həmkarına minnətdarlığını bildirərək Bakının bu prosesə sadiqliyini təsdiqləyib: "Hörmətli Prezident Donald Tramp, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin başlanması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm".

Prosesin siyasi və təhlükəsizlik məqamları beynəlxalq diplomatiyanın diqqət mərkəzindədir. Layihənin icrasına start verilməsi ərəfəsində ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinin Bakıya səfəri və Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi Vaşinqtonun bu məsələdəki siyasi iradəsinin göstəricisi kimi dəyərləndirilir. Bu yüksəksəviyyəli təmaslar ABŞ və Ermənistanın layihənin rəsmi icrası ərəfəsində saatlarını Bakı vaxtı ilə tutuşdurduğunu göstərir. Azərbaycan artıq öz ərazisində üzərinə düşən infrastruktur işlərini böyük ölçüdə tamamlayaraq prosesdə fəal koordinasiya rolu oynayır. Eyni zamanda bu marşrut təkcə kommunikasiya xətti kimi deyil, həm də türk dünyası, Avropa və Asiya ilə əlaqələri gücləndirən geniş təhlükəsizlik və iqtisadi layihə kimi təqdim edilir. 

Layihə təkcə avtomobil və dəmir yollarını deyil, həm də enerji ötürücü xətləri, sərhəd-gömrük infrastrukturunu və rəqəmsal kommunikasiya şəbəkələrini əhatə edən kompleks bir sistemdən ibarətdir. İqtisadi müstəvidə bu infrastrukturun işə salınması regionun investisiya cəlbediciliyini əsaslı şəkildə yüksəldəcək. Layihə çərçivəsində xüsusi idarəedici şirkətin təsis edilməsi beynəlxalq maliyyə institutlarının və transmilli korporasiyaların Cənubi Qafqaza kapital yatırması üçün şəffaf və etibarlı mexanizm yaradır. Sərhəd və gömrük prosedurlarının müasir rəqəmsal standartlar əsasında vahid sistemə inteqrasiya olunması sərhədkeçmə müddətlərini minimuma endirərək yükdaşımaların maya dəyərini aşağı salacaq. Eyni zamanda marşrut boyunca çəkiləcək enerji və fiber-optik rabitə xətləri region ölkələrinin enerji təhlükəsizliyini və rəqəmsal suverenliyini gücləndirməklə yanaşı, birgə sənaye zonalarının və yeni xidmət sektorlarının formalaşmasına təkan verəcək.

TRIPP-ın əhəmiyyəti Azərbaycanın Avrasiya nəqliyyat şəbəkələrindəki mövqeyini yeni mərhələyə daşıyır. Naxçıvanla ölkənin əsas hissəsi arasında maneəsiz və təhlükəsiz əlaqənin bərpası daxili nəqliyyat bütövlüyünü möhkəmləndirməklə yanaşı, Azərbaycanın Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya, Cənubi Qafqaz üzərindən isə Qərb bazarlarına çıxış imkanlarını şaxələndirir. Bu kontekstdə TRIPP layihəsi Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan Orta dəhlizin mövcud imkanlarını tamamlayan və marşrut müxtəlifliyini artıran mühüm halqa kimi çıxış edir. Azərbaycanın son illərdə yaratdığı liman, dəmir yolu və logistika infrastrukturu TRIPP-in gətirəcəyi yeni imkanlarla birləşərək ölkəmizi beynəlxalq ticarət axınlarını idarə edən regional logistika mərkəzinə çevirir.

Orta dəhlizin bu yeni halqa ilə güclənməsi qlobal ticarət axınlarında vaxt və təhlükəsizlik amillərinin ön plana çıxdığı bir dövrdə Avrasiya məkanında rəqabətqabiliyyətliliyi artırır. Ənənəvi dəniz yollarındakı geosiyasi risklər və şimal marşrutlarındakı məhdudiyyətlər fonunda yüklərin Çindən Avropaya daha qısa müddətdə və fasiləsiz çatdırılması üçün Orta dəhlizin ötürücülük qabiliyyətinin artırılması zərurətə çevrilib. TRIPP dəhlizi məhz bu zərurətə cavab verərək Orta dəhlizin Cənubi Qafqaz seqmentində əlavə logistika qolu yaradır, yüklərin şaxələndirilmiş şəkildə Türkiyə və Aralıq dənizi limanlarına çıxışını sürətləndirir.

Cənubi Qafqazın nəqliyyat və təhlükəsizlik arxitekturasını dəyişən bu təşəbbüs həm birbaşa iştirakçıların, həm də qlobal və regional aktorların maraqlarının kəsişdiyi nöqtədə yerləşir. Qlobal müstəvidə ABŞ regionda sülhü və uzunmüddətli iştirakını möhkəmləndirməyi, Avropa İttifaqı Mərkəzi Asiya ilə alternativ enerji və logistika xətlərini genişləndirməyi, Çin isə kommersiya baxımından səmərəli və sabit ticarət marşrutları əldə etməyi hədəfləyir. İranın da bu marşrut vasitəsilə "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizləri arasında inteqrasiyadan ciddi iqtisadi fayda götürə biləcəyi vurğulanır.

Nəticə etibarilə 2026-cı ilin noyabrında icrasına start verilən TRIPP layihəsi Cənubi Qafqazda sülh gündəliyinin iqtisadi əməkdaşlıqla möhkəmləndirilməsinin nümunəsidir. Azərbaycanın əlverişli coğrafi mövqeyini müasir infrastrukturla birləşdirərək irəli sürdüyü regional inteqrasiya siyasəti bu dəhliz vasitəsilə həm Orta dəhlizin ötürücülük qabiliyyətini artırır, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına real zəmin yaradır. Qarşıdakı dövrdə İrəvanın konstruktiv mövqe sərgiləməsi və Vaşinqtonun regional balansı qoruyan hüquqi təminat mexanizmlərini işə salması nəticəsində TRIPP marşrutu regionun rifah və sabitlik xəttinə çevriləcək.


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Rumıniya "Yaşıl Enerji Dəhlizi" layihəsinin icrasını dəyərləndirib

08:25
25 Noyabr

2027-ci ilin dövlət büdcəsi zərfi: maliyyə təhlükəsizliyindən fiskal dayanıqlığa

08:20
25 Noyabr

TRIPP layihəsi reallığa çevrilir

08:15
25 Noyabr

Azərbaycançılıq - keçmişimizin mənəvi irsi, bu günümüzün birləşdirici gücü 

08:10
25 Noyabr

"Maraqlar toqquşması haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı 

08:05
25 Noyabr

Kəlbəcər Zəfərin işığında yenidən qurulur

08:00
25 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 22 sentyabr tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyət Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:38
25 Noyabr

“Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”nin təsdiq edilməsi və “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli Qərarının ləğv edilməsi barədə 

00:37
25 Noyabr

Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

22:49
24 Noyabr

Türkiyədə qəzaya uğrayan helikopterdə beş hərbçi həlak olub 

22:38
24 Noyabr

İngiltərədə 3,8 milyon nəfər ifrat yoxsulluq şəraitində yaşayır

21:39
24 Noyabr

“Fitch Ratings” 2027-ci il üçün qlobal kredit reytinqləri üzrə proqnozunu “neytral” müəyyənləşdirib

21:25
24 Noyabr

Azərbaycan-Monteneqro iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib  

20:48
24 Noyabr

Ceyhun Bayramov: TRIPP layihəsi ilə bağlı Azərbaycanın mövqeyi nəzərə alınmalıdır 

19:41
24 Noyabr

Gürcüstanın Baş nazirinin müavini: Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr Avropa üçün strateji əhəmiyyət daşıyır

19:31
24 Noyabr

Gürcüstanın xarici işlər nazirinə Ermənistanla sülh prosesinin gedişi barədə məlumat verilib  

19:23
24 Noyabr

Maka Boçorişvili: 2026-cı il Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişafında mühüm mərhələ olub 

19:09
24 Noyabr

Nazir: Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir

19:01
24 Noyabr

İspaniyada Roma dövrünə aid yaxşı qorunmuş divar rəsmləri aşkarlanıb  

18:51
24 Noyabr

Nazir: Azərbaycan Gürcüstan iqtisadiyyatına 4 milyard dollar investisiya yatırıb 

18:47
24 Noyabr

Ceyhun Bayramov: Gürcüstan Azərbaycan üçün dost və strateji tərəfdaş ölkədir 

18:37
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!