19 Noyabr 2026 08:00
188
SİYASƏT
A- A+
Azərbaycan-Almaniya əlaqələrində yeni səhifə

Azərbaycan-Almaniya əlaqələrində yeni səhifə


Bakı və Berlin arasında qarşılıqlı etimada dayanan əlaqələr bütün Avrasiya məkanının sabitliyinə və rifahına xidmət edir


Bu gün Avrasiya məkanında nəqliyyat qovşağı və etibarlı enerji təchizatçısı kimi mövqeyini tam möhkəmləndirən Azərbaycanla Avropanın aparıcı iqtisadi gücü olan Almaniya arasındakı münasibətlər yeni müstəviyə qədəm qoyub. Təkcə 2026-cı ilin yanvarında Azərbaycan qazının birbaşa Almaniya bazarına çıxarılması və iyulda Berlində imzalanan strateji sənədlər ikitərəfli əlaqələrin diplomatik çərçivədən çıxaraq real geosiyasi və iqtisadi ittifaqa çevrildiyini göstərir. Almaniyanın xarici işlər naziri Yohann David Vadefulun noyabrın 17-də Bakıya etdiyi səfər isə bu tərəfdaşlığın həm regional sülhə, həm də Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrin növbəti təsdiqi oldu.


İkitərəfli münasibətlər daha da genişlənib


Almaniya 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa dövlətlərindən biri olub. O zamandan qurulan diplomatik əlaqələr və hər iki ölkədə açılan səfirliklər otuz ildən artıq müddətdə davamlı siyasi dialoqa zəmin yaradıb. 2027-ci ildə diplomatik münasibətlərin 35-ci ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan və Almaniya bu yubileyə artıq sadə tərəfdaş kimi deyil, strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş dövlətlər kimi gedir. İnkişaf edən əlaqələr bu ilin iyul ayında Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri ilə daha da dinamiklik qazandı.

Berlində keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan strateji sənədlər və verilən bəyanatlar Azərbaycan ilə Almaniya arasında tərəfdaşlığın yalnız regional deyil, qlobal geosiyasi çəkiyə malik olduğunu bir daha sübut etdi. Səfər çərçivəsində Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts tərəfindən imzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" münasibətlərin gələcək inkişaf istiqamətlərinin yol xəritəsi oldu. Bəyannamə siyasi dialoq, iqtisadiyyat, enerji, təhlükəsizlik, müdafiə, texnologiya, elm və təhsil sahələrini vahid strateji çərçivədə birləşdirir. Sənəddə nazirlərarası məsləhətləşmələrin və Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyəti vasitəsilə əməkdaşlığın davamlılığını təmin etmək əksini tapıb. Bu vacib sənəd iki ölkə arasında əlaqələrə yeni nəfəs verdi. 

Prezident İlham Əliyev Berlindəki bəyanatında bu tarixi anın əhəmiyyətini belə ifadə etmişdi: "Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda iqtisadi əlaqələrin genişləndirilməsi üçün bu gün imzalanmış Birgə Bəyannamə əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir".

Kansler Fridrix Mertsin bu sənədi "ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin təməl daşı" adlandırması isə rəsmi Berlinin Bakı ilə əməkdaşlığa nə qədər ciddi yanaşdığını göstərdi: "Biz Almaniya ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsinə ciddi yanaşırıq. Hazırkı böhran şəraitində xam neftin və "Cənub qaz dəhlizi" ilə təbii qazın təchizatında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir".


Enerji sahəsində genişmiqyaslı əməkdaşlıq 


2022-ci ildən - Rusiya-Ukrayna müharibəsinin başlamasından etibarən Avropada dəyişən enerji xəritəsi qitənin enerji təhlükəsizliyində Azərbaycanın rolunu vazkeçilməz etdi. Almaniya kimi nəhəng sənaye ölkəsi üçün etibarlı enerji təchizatçıları ilə işləmək həyati əhəmiyyət daşıyır. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 1,4 milyard dollara çatması bu marağın iqtisadi göstəricisidir. Lakin 2026-cı ilin yanvar ayı bu sahədə yeni bir səhifə açdı, Azərbaycan təbii qazının birbaşa Almaniyaya ixracına başlanıldı. Prezident İlham Əliyev Berlin səfəri zamanı səsləndirdiyi fikirlərlə bu əməkdaşlığın miqyasını aydın şəkildə ortaya qoymuşdu: "Bu ildən başlayaraq, Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Beləliklə, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə "yaşıl enerji"sini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır".

Göründüyü kimi, Bakı və Berlin münasibətləri yalnız ənənəvi enerji ehtiyatları ilə məhdudlaşmır, həm də alternativ enerji və gələcəyin "yaşıl texnologiya"ları üzərində qurulur. İyul ayında yaradılan Azərbaycan-Almaniya Biznes Şurası isə iki ölkənin iş adamlarını bir araya gətirərək bu potensialı real layihələrə çevirmək üçün effektiv platforma rolunu oynayır.

Bu gün dünyada baş verən mürəkkəb proseslər Avropa ilə Asiyanı birləşdirən ən etibarlı marşrut kimi Orta dəhlizin önəmini sürətlə artırır. Siyasi analitiklərin də vurğuladığı kimi, Rusiya-Ukrayna müharibəsi fonunda Şimal marşrutuna alternativ axtaran Avropa İttifaqı üçün Azərbaycanın coğrafi mövqeyi və qurduğu mühüm nəqliyyat infrastrukturu strateji əhəmiyyət kəsb edir. Məhz bu amillər Azərbaycanı Cənubi Qafqazın açar dövlətinə və "Avropa Siyasi Birliyi" kimi mühüm platformaların əsas iştirakçısına çevirib.

Noyabrın 17-də Prezident İlham Əliyev Almaniya xarici işlər naziri Yohann David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman da Orta dəhlizin inkişafındakı Azərbaycanın mühüm roluna toxunulub, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Digər tərəfdən, iqtisadi və nəqliyyat layihələrinin tam gücü ilə işləməsi üçün regionda davamlı sülhün təmin olunması əsas şərtdir. Almaniyanın xarici işlər nazirinin Bakıya səfəri ərəfəsində və səfər zamanı verdiyi mesajlar Berlinin bu prosesə balanslı və konstruktiv yanaşmasından xəbər verir. Ötən il sülh müqaviləsinin paraflanmasını mühüm mərhələ kimi qiymətləndirən nazir Cənubi Qafqazın dönüş nöqtəsində olduğunu vurğulayaraq bildirib ki, davamlı sülh və açıq sərhədlər təkcə region xalqları üçün deyil, bütövlükdə Avropa qonşuluğunun təhlükəsizliyi üçün faydalıdır.

Xarici işlər naziri Ceyhun Bayramovun almaniyalı həmkarı Yohann Vadeful ilə görüşdə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və mina təhlükəsinin yaratdığı çətinliklər barədə təqdim etdiyi faktlar, eləcə də Orta dəhlizin inkişafı, Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və inkişaf layihələrində alman şirkətləri üçün mövcud imkanları nəzərə çarpdırılması həm postmünaqişə dövrünün reallıqlarını beynəlxalq tərəfdaşların diqqətinə çatdırmaq, həm də real iqtisadi imkanları göstərmək  baxımından mühüm addımdır.

Almaniya xarici işlər nazirinin Bakı səfərindən sonra "X" sosial şəbəkəsində Azərbaycanı həm Avropa İttifaqı, həm də Almaniya üçün etibarlı tərəfdaş adlandırması artıq formalaşmış siyasi reallığın etirafıdır: "Strateji gündəliyimiz çərçivəsində münasibətlərimizi birlikdə daha da dərinləşdiririk". 

Azərbaycan ilə Almaniyanın münasibətləri bu gün enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, "yaşıl iqtisadiyyat" və regional sülh quruculuğu kimi qlobal əhəmiyyətli təməllər üzərində dayanır. Bakı və Berlin arasında qurulan və qarşılıqlı etimada dayanan bu əlaqələr təkcə iki ölkənin deyil, bütün Avrasiya məkanının sabitliyinə və rifahına xidmət edir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sosial siyasətin maliyyə təminatı

08:40
19 Noyabr

2027-ci ilin dövlət büdcəsi dayanıqlı inkişaf və sosial rifah fəlsəfəsinə söykənir

08:35
19 Noyabr

Azərbaycanın KSQT yanında daimi nümayəndəsi etimadnaməsini təqdim edib

08:30
19 Noyabr

Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb

08:25
19 Noyabr

Bakı-Berlin münasibətləri yeni inkişaf mərhələsindədir  

08:20
19 Noyabr

Parlamentdə Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüş 

08:15
19 Noyabr

2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb

08:10
19 Noyabr

Səngərdən quruculuq meydanına

08:05
19 Noyabr

Azərbaycan-Almaniya əlaqələrində yeni səhifə

08:00
19 Noyabr

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:03
19 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 dekabr tarixli 485 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:02
19 Noyabr

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin təsdiq edilməsi haqqında

01:01
19 Noyabr

Zelenski: Ukrayna Donald Trampın Çindəki danışıqları barədə məlumat gözləyir  

23:39
18 Noyabr

Gənclər və idman naziri “Eurosport”un nümayəndələri ilə görüşüb

22:37
18 Noyabr

Putin və Trampın görüşü noyabrın 19-na planlaşdırılıb

22:29
18 Noyabr

Latviya səfiri: Azərbaycan təbiəti, tarixi və qonaqpərvərliyi ilə heyran edir  

21:56
18 Noyabr

Səfir: İçərişəhər hər zaman insana ilham verir

21:34
18 Noyabr

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub  

21:18
18 Noyabr

Milli Məclisin sədri Türkmənistanda işgüzar səfərdədir

20:54
18 Noyabr

Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq layihələri nəzərdən keçirilib  

20:07
18 Noyabr

“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi olub 

19:56
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!