18 Noyabr 2026 08:00
121
SİYASƏT
A- A+
Çoxqütblü dünyada müstəqil siyasət

Çoxqütblü dünyada müstəqil siyasət


Azərbaycan güc mərkəzləri ilə qarşılıqlı hörmət və etimad əsasında tərəfdaşlıq qurmağı bacaran nadir ölkələrdəndir


"...Bizim xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır. Nüfuzumuz artır. Biz bir çox yeni formatlara qoşuluruq. Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, deyə bilərəm ki, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu bir nadir təcrübədir". 

Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlərdə olduğu kimi, dünyanın kəskin qütbləşməyə məruz qaldığı, dövlətlərin fərqli geosiyasi bloklar arasında seçim etmək məcburiyyətində qaldığı bir dövrdə rəsmi Bakı öz milli maraqlarını hər şeydən üstün tutaraq tamamilə müstəqil güc kimi çıxış edir. 

Bəli, ərazisi və əhalisi böyük olmasa da, Azərbaycan heç bir hərbi-siyasi düşərgəyə qoşulmadan bütün güc mərkəzləri ilə qarşılıqlı hörmət və etimad əsasında tərəfdaşlıq qurmağı bacaran nadir ölkələrdəndir.


Artan nüfuzun göstəricisi


Azərbaycanın qlobal müstəvidə artan nüfuzunun təməlində ilk növbədə bölgədə yaratdığı yeni geostrateji reallıqlar dayanır. İkinci Qarabağ müharibəsindən dərhal sonra Bakının irəli sürdüyü beş təməl prinsip əsasında formalaşan sülh gündəliyi artıq real nəticələr verir. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda Ermənistanla Birgə Bəyannamənin imzalanması, sülh sazişi layihəsinin paraflanması Cənubi Qafqazda dayanıqlı sabitliyin əsasını qoyub. Zəngəzur dəhlizinin (TRIPP) açılması istiqamətində əldə olunan razılaşmalar isə bölgəni vahid nəqliyyat-kommunikasiya məkanına çevirir.

Qətiyyətli və uzaqgörən siyasəti Azərbaycanı dünyanın iki əsas supergücü - ABŞ və Çin üçün əvəzsiz tərəfdaşa çevirib. Prezident İlham Əliyevin ötən ilin avqustunda Vaşinqtona səfəri zamanı ABŞ lideri Donald Trampın "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəlişin icrasını dayandırması, Ağ Evin rəmzi açarını dövlətimizin başçısına təqdim etməsi bu super gücün Bakıya olan dostluq münasibətini özündə əks etdirirdi. 

Bu il fevralın 10-da paytaxtımızda imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası" isə xüsusi əhəmiyyət kəsb etdi. Çünki, bu sənəd iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi ilə yanaşı, regionun gələcək taleyinə təsir göstərə biləcək mühüm siyasi hadisə oldu. 

Tarixi İpək yolunun birləşdirdiyi Azərbaycan və Çin hər zaman bir-birilərinin suverenliyini dəstəkləyiblər. Bakı hər zaman bəyan edir ki, Azərbaycan daim "Vahid Çin" siyasətini dəstəkləyir. Son dövrlər iki ölkə arasında əlaqələr daha da şaxələnərək dinamik inkişaf edir. Prezident İlham Əliyevin bu ölkəyə dövlət və işgüzar səfərləri, iki ölkə arasında mühüm sənədlərin imzalanması münasibətlərin dərinliyini göstərir.

Dünyanın iki supergücü arasında rəqabətin mövcud olduğu bir şəraitdə hər ikisi ilə eyni səviyyədə əlaqələr yaratmağın, strateji sənədlər imzalamağın sirrini Prezident İlham Əliyev belə izah edib: "Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi imzalanmışdır, Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur. O da həqiqətdir, bu ölkələr arasında təbii ki, məsələlər müzakirə edilir və müəyyən rəqabət də var... ...Bax bu iki supergüclə Azərbaycan strateji tərəfdaşdır... ...Nədir bu? Bax bizə olan inam, bizə olan münasibət, bizim sözümüzə olan inam. Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir. Nəyi deyiriksə, onun üstündə dururuq".


Avropa ilə enerji və siyasi dialoq körpüsü


Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunda Avropa İttifaqı (Aİ) və qitənin aparıcı dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur. Bu gün Azərbaycan təbii qazı dünyanın 14 ölkəsinə, o cümlədən Aİ-yə üzv olan 10 dövlətə ixrac edilir. Ənənəvi karbohidrogen resursları ilə yanaşı, ölkəmiz külək və günəş enerjisi potensialı ilə də Avropanın "yaşıl enerji" keçidində açar rol oynayır.

Ölkəmizin Aİ-nin 10 üzv dövləti ilə strateji tərəfdaşlıq sənədləri mövcuddur. 2020-ci ildə İtaliya ilə imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamənin ardınca bu ilin iyul ayında Prezident İlham Əliyevin Berlində Almaniya Federal Kansleri Fridrix Mertslə imzaladığı "İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" Avropanın əsas siyasi-iqtisadi mərkəzləri ilə münasibətlərin yeni yol xəritəsini müəyyənləşdirdi. 

Cari il ərzində Avropa İttifaqının ali rəsmiləri - Antonio Koşta, Kaya Kallas və Ursula fon der Lyayenin Bakıya ardıcıl səfərləri, Aİ ilə 2026-2030-cu illər üzrə Tərəfdaşlıq Prioritetlərinin razılaşdırılması və noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən "Avropa Siyasi Birliyinin" 9-cu Zirvə Toplantısında diplomatik fəallıq Azərbaycanın Avropa siyasətindəki yerini daha da möhkəmləndirdi.

Prezident İlham Əliyev Dublin Sammiti çərçivəsində gün ərzində Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta, həmçinin Ukrayna, Moldova, Bolqarıstan, Yunanıstan, Çexiya, Rumıniya, Litva, Böyük Britaniya və Ermənistanın dövlət və hökumət başçıları da daxil olmaqla, ümumilikdə 10 ikitərəfli görüş keçirdi. Qarşı tərəflərin istəyi ilə keçirilən bu görüşlər Azərbaycan liderinə və dövlətimizə göstərilən qlobal etimadın, həmçinin ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi idi. 

Bununla yanaşı, Dublində Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə keçirilən görüşdə "Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin mübadilə olunması 30 ildən artıq davam edən enerji əməkdaşlığını yüksək texnologiyalar və süni intellekt müstəvisinə keçirdi.

Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan qlobal təchizat zəncirinin ən təhlükəsiz halqası olan Orta dəhlizin  əsas təminatçısıdır. Bu logistik üstünlük və siyasi etimad ölkəmizə qonşu regionlarla da unikal inteqrasiya imkanları yaradıb. Ötən ilin noyabrında Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv qəbul edilməsi tarixi zərurətdir. 

Ölkəmizin MDB üzvləri, o cümlədən Rusiya ilə də sıx əlaqələri var. 2022-ci ilin fevralında Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində ölkəmizin rəhbəri ilə Rusiya Prezidenti Vladimir Putin tərəfindən "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb. Bu, şimal qonşumuzla əlaqələrin sabit inkişafına xidmət edir.

Türk Dövlətləri Təşkilatının aparıcı gücü olan ölkəmizin xarici siyasətində islam dünyası ilə həmrəylik də dəyişməz prioritetdir. Azərbaycanın 30 il ərzində heç bir yeni üzv qəbul etməyən D-8 təşkilatına üzv seçilməsi və İslam Əməkdaşlıq Təşkilatının qarşıdakı Zirvə görüşünə evsahibliyi etməyə hazırlaşması ölkəmizin birləşdirici missiyasının göstəricisidir.

Gətirdiyimiz nümunələrdən də göründüyü kimi, müxtəlif qütblər arasında məharətlə tarazlıq yaradan, yalnız milli maraqlara və beynəlxalq hüquqa söykənən Azərbaycan diplomatiyası artıq regional çərçivələri aşaraq qlobal miqyasda qəbul edilən müstəqil dövlətçilik modelinə çevrilib. Bu fəalyönümlü və uzaqgörən siyasət ölkəmizin gələcək tərəqqisinin və beynəlxalq arenadakı sarsılmaz mövqeyinin ən böyük təminatıdır.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dublin Sammiti Azərbaycanın yüksək beynəlxalq nüfuzunu bir daha təsdiqlədi

08:20
18 Noyabr

İlham Əliyevin güclü Azərbaycan strategiyası

08:15
18 Noyabr

Bakıya olan yüksək etimad Prezident İlham Əliyevin güclü siyasi iradəsinin nəticəsidir

08:10
18 Noyabr

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və sosial perspektivlər

08:05
18 Noyabr

Çoxqütblü dünyada müstəqil siyasət

08:00
18 Noyabr

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:23
18 Noyabr

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin təsdiq edilməsi barədə

00:20
18 Noyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:19
18 Noyabr

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:18
18 Noyabr

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və "Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:16
18 Noyabr

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

00:14
18 Noyabr

“Bir pəncərə” informasiya sistemi haqqında ƏSASNAMƏ

00:13
18 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:11
18 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

00:10
18 Noyabr

MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar  

21:29
17 Noyabr

Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

21:11
17 Noyabr

Ulu Öndər Heydər Əliyevin Naxçıvanda ucaltdığı bayraq İndi Azərbaycanın bütün ərazisində qürurla dalğalanır

20:58
17 Noyabr

Göyçayda aqrar təsərrüfatlara növbəti baxış keçirilib  

20:36
17 Noyabr

2027-ci ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda qəbul edildi 

20:12
17 Noyabr

Muxtar Babayev: Azərbaycan üçün su təhlükəsizliyi strateji milli prioritetdir  

20:04
17 Noyabr

COP31 çərçivəsində “Antalya Okeanlar və Dənizlər Razılaşması” əldə olunub

19:36
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!