17 Noyabr 2026 20:58
197
SİYASƏT
A- A+
Ulu Öndər Heydər Əliyevin Naxçıvanda ucaltdığı bayraq İndi Azərbaycanın bütün ərazisində qürurla dalğalanır

Ulu Öndər Heydər Əliyevin Naxçıvanda ucaltdığı bayraq İndi Azərbaycanın bütün ərazisində qürurla dalğalanır


Tarixən formalaşmış ənənələr, mental baxışlardan qaynaqlanan milli-mənəvi dəyərlər hər bir etnosun kimliyinin, kamillik səviyyəsinin təcəssümü olmaqla yanaşı, həm də bəşər sivilizasiyasına dəyərli töhfədir. Milli kimliyi ifadə edən bu dəyərlər eyni zamanda hər bir xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsi, özünütəsdiq faktıdır. 

Tarixdən məlum olduğu kimi, Azərbaycan öz müstəqilliyini əldə etdiyi dövrlərdə  xalqın milli kimliyinin pasportu hesab edilən dövlət atributları da yaradıldı. Azərbaycanlı milli düşüncəsində də əsas dövlət rəmzlərindən olan bayrağa münasibət tarixboyu özünü qabarıq göstərmiş, xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır. Müasir anlamda isə bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvolizə edir. Azərbaycan Respublikasının müstəqil, suveren dövlət kimi mövcudluğunu dövlətçilik rəmzlərindən olan dövlət bayrağı bütün dünyaya göstərir. Zəngin tarixi irsdən yaranaraq uğrunda on minlərlə insanın canından keçdiyi üçrəngli bayrağımız tarixi yolumuzun, milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir.

1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti iki ilə yaxın mövcudluqdan sonra öz dövlət müstəqilliyini itirsə də, milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol oynamışdır. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və sovet hakimiyyətinin qurulması ilə bu bayraq aradan götürülmüşdür. 

Tarix dəfələrlə sübut edib ki, xalqın vahid məqsədlər uğrunda birləşməsi üçün zəruri olan milli birlik böyük siyasi dühaların yaratdığı ideologiyalarda reallaşır. XX əsrdə xalqımızla bağlı bu şərəfli missiyanı Ümummilli Lider Heydər Əliyev həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyev həyatının bütün dövrlərində milli ideologiyanın formalaşması və möhkəmlənməsi naminə müstəsna xidmətlər göstərmiş, milli şüurun inkişafına nail olmuş, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmış, azərbaycançılığı milli ideologiyaya çevirməyə nail olmuşdur. Sovet İttifaqının dağılması ərəfəsində Ulu Öndər Heydər Əliyev siyasi bacarığı ilə Azərbaycan xalqını bəlalardan qorudu. Ümummilli Liderimiz 1990-cı il iyulun 22-də Naxçıvana gələrək burada xalqın dərdinə şərik çıxdı. Müdrik siyasətçinin rəhbərliyi altında Naxçıvanda dövlət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm işlər görüldü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il avqustun 4-də Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli mərasimdə söylədiyi geniş nitqində bu barədə demişdir: "Demək olar ki, ölkəmizin müstəqilliyinin bünövrəsi məhz o illərdə qoyulmuşdur. 1990-cı ildə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi". 

36 il əvvəl - 1990-cı il iyulun 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıtması və siyasi fəaliyyətini davam etdirməsi respublikamızda milli dirçəliş hərəkatını yeni mərhələyə yüksəltdi. Naxçıvandan başlanan bu proses qısa vaxtda ölkəmizin ictimai-siyasi mühitində böyük hərəkata çevrilməklə Azərbaycanın dövlət müstəqilliyinin bərpası istiqamətində mühüm tarixi hadisələrin baş verməsinə səbəb oldu. Azərbaycanın müstəqilliyinin qazanılmasında, onun qorunub saxlanmasında böyük əmək sərf edən dahi rəhbər Heydər Əliyev Azərbaycanın  dövlət  müstəqilliyi elan  edilməmişdən hələ  bir  il əvvəl,  yəni  1990-cı  il  noyabrın 17-də  üçrəngli  Azərbaycan  bayrağını  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisində qaldırdı. Həmin sessiya tariximizdə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələnin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olmuşdur. Ali Məclisin 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün tarixi qərarlar qəbul edildi. Ulu Öndər bu barədə demişdir: "Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ kommunist partiyası da var idi, Sovet hakimiyyəti də. qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından "sovet sosialist" sözləri çıxarılsın. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunsun - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır". 

Dahi şəxsiyyətin işləyib hazırladığı və Ali Məclisdə yekdilliklə qəbul olunan "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" qərar müstəqil Azərbaycan Respublikasının dövlətçilik tarixində ilk və mühüm dövlət sənədi kimi özünəməxsus yerə malikdir. Həmin qərarda deyilirdi: "Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır: 1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin. 2. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi - Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin. 3. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının bütövlükdə Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin". 

Həmin gün üçrəngli bayrağımız zala gətirilmiş, beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuşdur. Bununla da milli dövlətçiliyimizin dirçəliş prosesinin hüquqi əsaslarının yaradılmasına məhz Ulu Öndərin rəhbərliyi ilə Naxçıvandan başlanmışdı. O dövrdə dahi şəxsiyyətin Naxçıvanda həyata keçirdiyi tədbirlər müstəqillik tariximizdə mühüm mərhələ təşkil edir. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həmin sessiyada "Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında", "Naxçıvan Muxtar Respublikası ali dövlət hakimiyyəti orqanı haqqında" tarixi qərarlar qəbul edilmişdir. "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuş, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi  Azərbaycan SSR Ali Soveti  qarşısında üçrəngli bayrağın Azərbaycanın dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırmışdır. Həmin dövrdə Ulu Öndər Heydər Əliyevin Naxçıvan parlamentində qəbul etdiyi qərarlar təkcə muxtar respublika üçün yox, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edirdi. 

Bəli, müstəqillik yolunda ilkin addımlar Ümummilli Lider tərəfindən Naxçıvanda atılmışdı və bu, o vaxt baş verirdi ki, SSRİ kimi imperiya hələ tarix səhnəsindən silinməmişdi. Bununla Naxçıvanda başlanan demokratik proseslər tezliklə Azərbaycanı ayağa qaldırdı. Həmin vaxt Naxçıvan artıq Azərbaycanın siyasi mərkəzinə çevrilmişdi. Bakıda oturaraq ölkənin müstəqilliyi barədə qərar qəbul etməyə tərəddüd göstərən ovaxtkı iqtidar bütün bu addımları düzgün qiymətləndirə bilmir, ya da qiymətləndirmək istəmirdi. Lakin Naxçıvan Ali Məclisi Heydər Əliyevin rəhbərliyi ilə artıq milli dövlətçilik ənənələrinin təşəkkül tapmasına istiqamətlənmiş mühüm tarixi qərarları qəbul edirdi.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında 30 dekabr 2023-cü il tarixli sərəncamında bu hadisənin nə qədər tarixi əhəmiyyətə malik olduğu bir daha vurğulanmışdır: "Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərmiş və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırmışdır".

1991-ci il  oktyabrın 18-də dövlət müstəqilliyi bərpa edilsə də, ölkə olum və ya ölüm dilemması ilə üz-üzə qalmışdır. Belə çətin bir vaxtda xalq nicat yolunu ancaq Ulu Öndərin timsalında görürdü. Milyonlarla insanın ümidli baxışları ona dikilmişdir. 1993-cü ildə xalq haqlı olaraq müdrik dövlət xadiminə üz tutdu və onun timsalında həqiqi xilaskarını tapdı. Heydər Əliyev bu təhlükələrə baxmadan xalqına dar gündə kömək etmək qərarına gəldi və tərəddüd etmədən 1993-cü ilin iyununda Bakıya qayıtdı. "Mən ömrümün qalan hissəsini də bundan sonra xalqıma həsr edəcəyəm" deyən dahi rəhbər siyasi hakimiyyətə qayıdışından dərhal sonra müstəqilliyimizin qorunub möhkəmləndirilməsi üçün ən vacib tədbirləri həyata keçirdi. Mühüm siyasi-iqtisadi islahatlara başlandı və müstəqil dövlətçiliyin inkişafına maneə törədən daxili və xarici qüvvələrə qarşı kəskin mübarizə aparıldı. Beləliklə, ölkəmizdə aparılan bütün islahatlar xalqın milli düşüncə tərzinin, vahid azərbaycançılıq ideologiyasının inkişafına zəmin yaratdı. Xalqımız öz dahi rəhbərinin ətrafında sıx birləşməklə möhkəm iradə nümayiş etdirdi və bütün sınaqlardan üzüağ çıxdı. 

Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Azərbaycan dövləti, Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə, yüksəlişə və inkişafa doğru dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu yolla inamla irəliləyir və hər bir ölkə vətəndaşının fəxr edəcəyi, qürur duyacağı bir məkana çevrilib. Ötən illər aşkar şəkildə göstərdi ki, cənab İlham Əliyev öz fəaliyyət dövrünü bu amalın reallaşmasına həsr etmiş, Ulu Öndərin müstəqillik və azadlıq ideyalarını dönmədən həyata keçirmiş, Azərbaycanı sosial-iqtisadi inkişaf, demokratik hüquqi dövlət quruculuğu və siyasi sabitlik baxımından dünyanın sayılıb-seçilən dövlətlərindən bi-rinə çevirmişdir. Azərbaycan Prezidentinin dövlət rəmzlərinə verdiyi yüksək dəyərin nəticəsidir ki, şanlı tariximizdən gələn milli dəyərlərə hörmət və ehtiram  dövlətimizin təməl prinsipləri sırasında xüsusi yeri və mövqeyi ilə seçilir. Müstəqil Azərbaycan üçrəngli bayrağımız altında müstəqillik yolu ilə inamla irəliləyir, iqtisadi və siyasi gücünü getdikcə artırır. Ölkəmizin rəhbərinin Azərbaycan bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildiyi gündə - 2009-cu il noyabrın 17-də imzaladığı tarixi sərəncamla təsis edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə, Naxçıvanda formalaşdırılan tarixi dövlətçilik ənənələrinə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək səviyyədə göstəricisidir.

Bu gün üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanır. Qürurvericidir ki, illər öncə Prezidentimizin dediyi "Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq" ifadələri bu gün real həyatda təsdiqini tapıb. 

36 il əvvəl - 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin Naxçıvanda ucaltdığı bayrağımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əsl sərkərdə qətiyyəti ilə Qarabağda, Şərqi Zəngəzurda, bütün Azərbaycanda qürurla dalğalanmaqdadır. 


Arzu ABDULLAYEV,

Naxçıvan Muxtar Respublikası 

Ali Məclisinin sədr müavini


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar  

21:29
17 Noyabr

Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

21:11
17 Noyabr

Ulu Öndər Heydər Əliyevin Naxçıvanda ucaltdığı bayraq İndi Azərbaycanın bütün ərazisində qürurla dalğalanır

20:58
17 Noyabr

Göyçayda aqrar təsərrüfatlara növbəti baxış keçirilib  

20:36
17 Noyabr

2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib

20:12
17 Noyabr

Muxtar Babayev: Azərbaycan üçün su təhlükəsizliyi strateji milli prioritetdir  

20:04
17 Noyabr

COP31 çərçivəsində “Antalya Okeanlar və Dənizlər Razılaşması” əldə olunub

19:36
17 Noyabr

COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib  

19:26
17 Noyabr

Mask Starship-in təkrar uçuşa hazır olduğunu deyib 

19:24
17 Noyabr

ABŞ Soyuq müharibədən bəri ilk dəfə yeni nüvə bombası yaradacaq  

19:18
17 Noyabr

Qaraciyəri qoruyan meyvə  

18:58
17 Noyabr

Danışıq qabiliyyətinin zəifləməsi insanda yox olmaq hissi yaradır

18:49
17 Noyabr

Azərbaycan Aİ-nin Brüsseldə keçirilən nazirlər toplantısında təmsil olunub

18:43
17 Noyabr

Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

18:42
17 Noyabr

Vergi xidmətlərində 10 ayın mənzərəsi

18:31
17 Noyabr

“Apple süni intellekt əsaslı sağlamlıq tətbiqi istifadəyə verib

18:16
17 Noyabr

Avropa İttifaqının beş ölkəsi Ruandada miqrant mərkəzi açacaq

18:09
17 Noyabr

Çində lotus gövdələrindən elektrik enerjisi istehsal edən qurğu hazırlanıb

17:57
17 Noyabr

Microsoft bir sıra proqramlarında yaranan nasazlığın səbəbini tapıb  

17:56
17 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi gürcüstanlı həmkarı ilə görüşüb  

17:54
17 Noyabr

Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub

17:53
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!