17 Noyabr 2026 18:09
76
DÜNYA
A- A+
Avropa İttifaqının beş ölkəsi Ruandada miqrant mərkəzi açacaq

Avropa İttifaqının beş ölkəsi Ruandada miqrant mərkəzi açacaq


Almaniya, Danimarka, Avstriya, Yunanıstan və Niderland qeyri-qanuni miqrantların ölkədən çıxarılmasını sürətləndirmək üçün 2027-ci ildə Ruandada deportasiya mərkəzi açmağı planlaşdırır.

“Euronews” telekanalının məlumatına görə, Niderland və Danimarka hökumətlərinin məlumatına görə, bu mərkəzə həmin beş ölkədə qanunsuz yaşayan və qalmaq üçün bütün hüquqi imkanlarını tükətmiş şəxslər göndəriləcək. Öz ölkələrinə qayıda bilməyən miqrantlara Ruandada yaşamaq, işləmək və təhsil almaq hüququ veriləcək. İlkin mərhələdə mərkəzə hər ölkədən 20 nəfər olmaqla, ümumilikdə 100-ə yaxın tənha kişi qəbul ediləcək.

Avstriya kansleri Kristian Ştoker bu addımın Avropanın sığınacaq sistemindəki yükü azaltmaq və Aralıq dənizindəki təhlükəli insan alverinin qarşısını almaq məqsədi daşıdığını bildirib. Ruanda hökuməti isə miqrantlar üçün təhlükəsiz və qanuni şərait yaradacağını açıqlayıb. Böyük Britaniya da gələcəkdə bu layihəyə qoşula biləcəyini istisna etməyib. Lakin bu plan ciddi tənqidlərlə qarşılanıb. İspaniyanın Baş naziri Pedro Sançes təşəbbüsü qeyri-humanist adlandırıb. Hüquq müdafiəçiləri isə Ruandada insan haqlarının pozulması hallarına diqqət çəkərək, bu addımın miqrantlar üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, Avropa Sərhəd Agentliyinin məlumatına görə, 2026-cı ilin ilk 10 ayında Avropa İttifaqına qeyri-qanuni giriş halları ötən illə müqayisədə 29 faiz azalaraq 110 minə düşüb.


Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Apple süni intellekt əsaslı sağlamlıq tətbiqi istifadəyə verib

18:16
17 Noyabr

Avropa İttifaqının beş ölkəsi Ruandada miqrant mərkəzi açacaq

18:09
17 Noyabr

Çində lotus gövdələrindən elektrik enerjisi istehsal edən qurğu hazırlanıb

17:57
17 Noyabr

Microsoft bir sıra proqramlarında yaranan nasazlığın səbəbini tapıb  

17:56
17 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi gürcüstanlı həmkarı ilə görüşüb  

17:54
17 Noyabr

Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub

17:53
17 Noyabr

Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub

17:48
17 Noyabr

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

17:47
17 Noyabr

Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

17:46
17 Noyabr

Qarabağ həqiqətlərini dünyaya çatdıran türk jurnalistinə “Zəfər” mükafatı verildi

17:45
17 Noyabr

Çin qlobal sammitə hazırlaşır

17:43
17 Noyabr

İltihabi xəstəliklərin 3D diaqnostikası üçün yeni rəqəmsal platforma yaradılıb  

17:40
17 Noyabr

Paleolit dövründə Ərəbistanda insanlar silahlarını zəhərləyirdilərmi?  

17:34
17 Noyabr

Aktyorlara rəqəmsal surətləri ilə bağlı daha çox hüquqlar veriləcək

17:29
17 Noyabr

Vadden dənizi təhlükədə olan ümumdünya irsi siyahısına düşə bilər  

17:21
17 Noyabr

İş adamlarının diqqəti Azərbaycana yönəldi

17:17
17 Noyabr

Florensiyada Azərbaycan imzası   

17:14
17 Noyabr

Bəşəriyyətin iqlim sınağı

17:09
17 Noyabr

ABŞ-də bir sıra banklarda problem yaranıb

17:00
17 Noyabr

Azərbaycanın müdafiə naziri Gürcüstanın nümayəndə heyəti ilə görüşüb

16:31
17 Noyabr

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 314 manat olacaq 

16:26
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!