17 Noyabr 2026 17:17
135
CƏMİYYƏT
A- A+
İş adamlarının diqqəti Azərbaycana yönəldi

İş adamlarının diqqəti Azərbaycana yönəldi


Azərbaycanın iqtisadi potensialı, əlverişli investisiya mühiti və sahibkarlara təqdim olunan dəstək mexanizmləri İstanbulda Türkiyə iş dünyasının nümayəndələrinə tanıdılıb. Görüşdə yeni əməkdaşlıq imkanları və birgə layihələrin perspektivləri müzakirə olunub.Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. 

Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələr yeni əməkdaşlıq istiqamətləri və investisiya perspektivləri ilə daha da genişlənir. Bu baxımdan İstanbulda təşkil olunan “Azərbaycana investisiya: təşviqlər və dəstək mexanizmləri” mövzusunda tədbir iki ölkənin işgüzar dairələrini bir araya gətirərək Azərbaycanın investisiya potensialının tanıdılması üçün mühüm platformaya çevrilib.

Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsinin aparatı, İstanbul Anadolu Yaxası Sənaye Zonası (İAYOSB) və İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) təşkilatçılığı, Azərbaycanın İstanbul Baş Konsulluğunun iştirakı ilə baş tutan tədbirə Türkiyənin müxtəlif iqtisadi sektorlarını təmsil edən iş adamları qatılıblar.

Tədbirdə Azərbaycanın investisiya imkanları, ölkədə biznes fəaliyyəti üçün yaradılmış şərait, investorlar üçün nəzərdə tutulan təşviq və dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Keçirilən təqdimat iştirakçıların marağına səbəb olub, Türkiyəli iş adamlarını düşündürən suallar cavablandırılıb, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Görüşün diqqətçəkən məqamlarından biri də Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyevin İAYOSB-nin İdarə Heyətinin sədri Murat Çökmezlə keçirdiyi görüş olub. Söhbət zamanı iki tərəf arasında iqtisadi əməkdaşlığın inkişafı, sənaye və investisiya sahələrində birgə həyata keçirilə biləcək layihələr müzakirə edilib.

Əslində bu cür görüşlər yalnız Azərbaycanın iqtisadi imkanlarının təqdimatı ilə məhdudlaşmır. Onlar həm də Türkiyə iş dünyasının Azərbaycan bazarını daha yaxından tanımasına, potensial tərəfdaşların bir araya gəlməsinə və yeni biznes təşəbbüslərinin formalaşmasına zəmin yaradır.

İstanbulda keçirilən tədbir bir daha göstərir ki, Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsi iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsi üçün də geniş imkanlar açır. İndi əsas hədəf bu imkanları konkret layihələrə, qarşılıqlı sərmayələrə və uzunmüddətli biznes tərəfdaşlıqlarına çevirməkdir.

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağ həqiqətlərini dünyaya çatdıran türk jurnalistinə “Zəfər” mükafatı verildi

17:45
17 Noyabr

Çin qlobal sammitə hazırlaşır

17:43
17 Noyabr

İltihabi xəstəliklərin 3D diaqnostikası üçün yeni rəqəmsal platforma yaradılıb  

17:40
17 Noyabr

Paleolit dövründə Ərəbistanda insanlar silahlarını zəhərləyirdilərmi?  

17:34
17 Noyabr

Aktyorlara rəqəmsal surətləri ilə bağlı daha çox hüquqlar veriləcək

17:29
17 Noyabr

Vadden dənizi təhlükədə olan ümumdünya irsi siyahısına düşə bilər  

17:21
17 Noyabr

İş adamlarının diqqəti Azərbaycana yönəldi

17:17
17 Noyabr

Florensiyada Azərbaycan imzası   

17:14
17 Noyabr

Bəşəriyyətin iqlim sınağı

17:09
17 Noyabr

ABŞ-də bir sıra banklarda problem yaranıb

17:00
17 Noyabr

Azərbaycanın müdafiə naziri Gürcüstanın nümayəndə heyəti ilə görüşüb

16:31
17 Noyabr

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 314 manat olacaq 

16:26
17 Noyabr

Parlament “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib  

16:23
17 Noyabr

DSMF-nin 2027-ci il üzrə gəlirləri 9,2 milyard manatı ötəcək - büdcə layihəsi birinci oxunuşda təsdiqlənib  

16:15
17 Noyabr

DSMF respublika üzrə birdəfəlik müavinətlərin ödənişini başa çatdırıb  

16:06
17 Noyabr

Kiberhücumçular qlobal veb-saytlara zərərli kod yeridiblər  

16:00
17 Noyabr

Anar Əliyev: Dövlət və icmal büdcə layihələri gələn il də öz sosialyönümlülüyünü saxlayacaq

15:41
17 Noyabr

Sergey Lavrov: Rusiya-ABŞ-Çin sammitinin gündəliyi formalaşdırılıb

15:32
17 Noyabr

Zəfəran mövsümü: yığımın optimal vaxtı və keyfiyyətə təsir edən amillər

15:19
17 Noyabr

Soltanlı kəndində daha 17 ailəyə evlərinin açarları təqdim olunub  

15:15
17 Noyabr

Alimlərin yeni ixtirası neft hasilatını 3 dəfə artırır  

14:54
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!