17 Noyabr 2026 15:41
125
CƏMİYYƏT
A- A+
Anar Əliyev: Dövlət və icmal büdcə layihələri gələn il də öz sosialyönümlülüyünü saxlayacaq

Anar Əliyev: Dövlət və icmal büdcə layihələri gələn il də öz sosialyönümlülüyünü saxlayacaq


Dövlət və icmal büdcə layihələri gələn il də öz sosialyönümlülüyünü saxlayacaq, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının daha da gücləndirilməsi üçün ciddi maliyyə təminatı yaradacaq. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, sayca altıncı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcə layihələrində müvafiq maliyyə təminatı yaradılıb.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin noyabrın 17-də keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir vurğulayıb ki, son səkkiz ildə 4 milyon vətəndaşı əhatə edən beş böyük sosial islahat zərfi icra olunub və bu islahatların illik əlavə maliyyə tutumu 8 milyard manat təşkil edib. Aparılan islahatlar nəticəsində isə minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2,2 dəfə, minimum pensiya və orta pensiya 2,9 dəfə artıb. Sosial müavinət və təqaüd xərclərinin maliyyələşməsinə ayrılan vəsait beş dəfə yüksəlib.

“Əlavə olaraq, yaşayış minimumu 73 faiz, ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ehtiyac meyarının həddi isə 2,3 dəfə artıb. İslahatlar əmək bazarına da öz müsbət təsirini göstərib. Belə ki, 2018-ci ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 597 min və ya 48 faiz artıb. Ölkə üzrə əməkhaqqı fondu isə 3,5 dəfə artaraq əhalinin rifah halının yaxşılaşdırılmasına təsir göstərib.

Qeyd etmək lazımdır ki, əhalinin sosial müdafiəsi və məşğulluğu istiqamətində həyata keçirilən islahatlar cari ildə də konkret nəticələrlə özünü göstərir. Belə ki, cari ilin 10 ayı üzrə pensiya ödənişləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 6,5 milyard manat, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər isə 7,9 faiz artaraq 2,1 milyard manat təşkil edib.

Bu dövrdə orta aylıq pensiya 10,3 faiz artaraq 596 manat, yaşa görə orta aylıq pensiya isə 10,1 faiz artaraq 634 manat olub. Pensiya ödənişlərinin orta aylıq əməkhaqqına nisbəti 51 faiz, yaşa görə pensiyada isə 54 faiz təşkil edib ki, bu da beynəlxalq əmək təşkilatının tövsiyə etdiyi 40 faizlik göstəricini üstələyib. Cari dövr üçün orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 1173 manata çatıb”, - deyə nazir bildirib.

Anar Əliyev əmək və məşğulluq alt sisteminin məlumatlarına əsasən, ölkə üzrə əmək müqavilələrinin sayının ötən ilin eyni dövrünə nisbətən 1,2 faiz artdığına da diqqət çəkib: “Burada xüsusi vurğulamaq istədiyim məsələ məşğulluğun strukturunda özəl sektorun xeyrinə davamlı olaraq dəyişikliklərin baş verməsidir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə özəl sektorda əmək müqavilələrinin sayı 5,8 faiz və ya 59 min artıb. Həmçinin əmək və məşğulluq alt sisteminin məlumatına əsasən, ölkə üzrə əməkhaqqı fondu da cari il 8,5 faiz yüksəlib”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiberhücumçular qlobal veb-saytlara zərərli kod yeridiblər  

16:00
17 Noyabr

Anar Əliyev: Dövlət və icmal büdcə layihələri gələn il də öz sosialyönümlülüyünü saxlayacaq

15:41
17 Noyabr

Sergey Lavrov: Rusiya-ABŞ-Çin sammitinin gündəliyi formalaşdırılıb

15:32
17 Noyabr

Zəfəran mövsümü: yığımın optimal vaxtı və keyfiyyətə təsir edən amillər

15:19
17 Noyabr

Soltanlı kəndində daha 17 ailəyə evlərinin açarları təqdim olunub  

15:15
17 Noyabr

Alimlərin yeni ixtirası neft hasilatını 3 dəfə artırır  

14:54
17 Noyabr

Nazir Rəşad Nəbiyev Sabirabadda vətəndaşlarla görüşüb

14:49
17 Noyabr

Xalqımız müstəqillik uğrunda çətin, keşməkeşli və şərəfli yol keçib

14:27
17 Noyabr

2027-ci il üzrə əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək  

14:16
17 Noyabr

Xocavənddə daha 48 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:56
17 Noyabr

Alman ekspert: Azərbaycan iqtisadi və geosiyasi baxımdan Aİ üçün vacib ölkəyə çevrilib  

13:03
17 Noyabr

Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqləyib 

12:47
17 Noyabr

Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub

12:36
17 Noyabr

İrlandiyalı boksçu 3 aylıq komadan sonra vəfat edib  

12:29
17 Noyabr

Sabahın hava proqnozu açıqlanıb 

12:16
17 Noyabr

DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub

12:07
17 Noyabr

Səfir: Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır 

12:03
17 Noyabr

Böyük Britaniya səfiri: Strateji Tərəfdaşlıq təhsil və elm sahəsində əlaqələri daha da gücləndirəcək

12:01
17 Noyabr

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

12:00
17 Noyabr

Anemiya ilə mübarizədə xalq təbabətinin unudulmuş reseptləri

11:54
17 Noyabr

Dankan Norman: Enerji əlaqələri tərəfdaşlığımızın əsas sütunudur 

11:46
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!