17 Noyabr 2026 17:45
109
CƏMİYYƏT
A- A+
Qarabağ həqiqətlərini dünyaya çatdıran türk jurnalistinə “Zəfər” mükafatı verildi

Qarabağ həqiqətlərini dünyaya çatdıran türk jurnalistinə “Zəfər” mükafatı verildi


44 günlük Vətən müharibəsi yalnız döyüş meydanında deyil, informasiya cəbhəsində də böyük mübarizə idi. Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması, erməni yalanlarının ifşa edilməsi bu mübarizənin ən mühüm istiqamətlərindən biri idi.

Bu günlər Türkiyədə keçirilən təntənəli mərasimdə, o çətin və məsuliyyətli günlərdə peşə borcuna sadiq qalaraq Qarabağda baş verən hadisələri işıqlandıran, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün çalışan jurnalistlərin xidmətləri yüksək qiymətləndirilib. Mükafata layiq görülənlər arasında “SABAH” qəzetinin əməkdaşı Uğur Yıldırım da olub. İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) tərəfindən təsis edilən “Zəfər Media Medalı”na layiq görülən jurnalistlərə mükafatlar təntənəli mərasimdə təqdim olunub.

Mərasimdə çıxış edən Azərbaycanın İstanbul şəhərindəki baş konsulu Zaur Allahverdizadə və İSBAM-ın sədri Samir Adıgözəlli Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında göstərdikləri xidmətlərə görə jurnalistlərə minnətdarlıqlarını bildiriblər. Medal, əslində, təkcə bir jurnalistin əməyinə verilən qiymət deyil. Bu, həqiqətin tərəfində dayanmağın, çətin anlarda susmamağın, informasiya müharibəsində qələmi ilə mübarizə aparmağın təcəssümüdür.

Çünki müharibələr yalnız silahlarla aparılmır. Bəzən bir fotoşəkil, bir reportaj, bir həqiqi xəbər minlərlə sözün edə bilmədiyini edir. Tarix yazılan zaman həmin tarixin şahidi olan və onu dünyaya çatdıran jurnalistlərin də öz yeri olur. “Zəfər Media Medalı” məhz bu fədakar əməyə, peşə məsuliyyətinə və Azərbaycanın haqq işinə göstərilən dəstəyə verilən mənəvi ehtiramın ifadəsidir.

“Zəfər Media” ilə  Türkiyənin “Anadolu Agentliyi“, “TRT Haber”, “Haber Global”, “ATV”, “DHA”, “NTV“, “CNN Türk”, “A Haber”, “Habertürk”, “TRT”, “TV100”, “Süperhaber TV”, “Bengü Türk”, “Al Araby Tv” kanalları və “Hürriyət” qəzetlərinin əməkdaşları da təltif olunublar.

Mükafatçılardan “TV100” telekanalının əməkdaşı Ali Burak Ersemiz medalı şəhid jurnalistlər, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov adına aldığını bildirib.

Qələmi ilə həqiqətə xidmət edənlərin əməyi unudulmasın!

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

 

  


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusunun Baş Qərargah rəisi gürcüstanlı həmkarı ilə görüşüb  

17:54
17 Noyabr

Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub

17:53
17 Noyabr

Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub

17:48
17 Noyabr

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

17:47
17 Noyabr

Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

17:46
17 Noyabr

Qarabağ həqiqətlərini dünyaya çatdıran türk jurnalistinə “Zəfər” mükafatı verildi

17:45
17 Noyabr

Çin qlobal sammitə hazırlaşır

17:43
17 Noyabr

İltihabi xəstəliklərin 3D diaqnostikası üçün yeni rəqəmsal platforma yaradılıb  

17:40
17 Noyabr

Paleolit dövründə Ərəbistanda insanlar silahlarını zəhərləyirdilərmi?  

17:34
17 Noyabr

Aktyorlara rəqəmsal surətləri ilə bağlı daha çox hüquqlar veriləcək

17:29
17 Noyabr

Vadden dənizi təhlükədə olan ümumdünya irsi siyahısına düşə bilər  

17:21
17 Noyabr

İş adamlarının diqqəti Azərbaycana yönəldi

17:17
17 Noyabr

Florensiyada Azərbaycan imzası   

17:14
17 Noyabr

Bəşəriyyətin iqlim sınağı

17:09
17 Noyabr

ABŞ-də bir sıra banklarda problem yaranıb

17:00
17 Noyabr

Azərbaycanın müdafiə naziri Gürcüstanın nümayəndə heyəti ilə görüşüb

16:31
17 Noyabr

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 314 manat olacaq 

16:26
17 Noyabr

Parlament “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib  

16:23
17 Noyabr

DSMF-nin 2027-ci il üzrə gəlirləri 9,2 milyard manatı ötəcək - büdcə layihəsi birinci oxunuşda təsdiqlənib  

16:15
17 Noyabr

DSMF respublika üzrə birdəfəlik müavinətlərin ödənişini başa çatdırıb  

16:06
17 Noyabr

Kiberhücumçular qlobal veb-saytlara zərərli kod yeridiblər  

16:00
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!