17 Noyabr 2026 19:26
191
CƏMİYYƏT
A- A+
COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib  

COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib  


Türkiyənin Antalya şəhərində davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) fəaliyyət göstərən Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xəzər dənizini əhatə edən 5 dövlət - Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstanın rəsmiləri ilə yanaşı, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen də iştirak edib.

COP28-dən etibarən Xəzər dənizi ilə bağlı ardıcıl dördüncü yüksəksəviyyəli görüşün keçirildiyini qeyd edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev bildirib ki, dünyanın böyük bir hissəsi dəniz səviyyəsinin yüksəlməsi problemi ilə üzləşdiyi bir vaxtda, Xəzər dənizi tam əks təhlükə ilə – su səviyyəsinin davamlı və narahatedici şəkildə aşağı düşməsi tendensiyası ilə qarşı-qarşıyadır. Belə ki, 2016–2025-ci illər ərzində Xəzərdə su səviyyəsi 1,33 metr enib.

Təkcə 2025-ci ildə su səviyyəsinin 14 santimetr azaldığını qeyd edən Muxtar Babayev, həmçinin temperatur və yağıntı göstəricilərində də əhəmiyyətli dəyişikliklər olduğunu ifadə edib.

COP29-un prezidentinin sözlərinə görə, 2025-ci ildə müşahidə olunan ərazidə illik yağıntı miqdarı 198,3 millimetrə çataraq son on ilin ən yüksək göstəricisi olsa da, dəniz səviyyəsi enməyə davam edib.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi bildirib ki, Xəzər dənizinin geri çəkilməsi nəticəsində, təkcə Azərbaycan sektorunda təxminən 30 min hektar ərazi üzə çıxıb. “Bu dəyişikliklər infrastruktur və iqtisadi fəaliyyət üçün yeni çətinliklər yaradır. Limanlar və gəmiçilik artan xərclərlə üzləşir, balıqçılıq, balıq miqrasiyası yolları və biomüxtəliflik isə artan təhlükələrlə üzləşir. Bu, bütün regionumuz üçün ekoloji, iqtisadi və sosial bir çağırışdır”,- deyən M. Babayev, Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən ilk Xəzər Ekoloji Sammitini xatırladıb.

Prezident İlham Əliyevin Türkmənbaşıda keçirilən sammitdə dəniz səviyyəsinin sürətlə enməsinin fəlakətli nəticələr verə biləcəyi barədə xəbərdarlıq etdiyini vurğulayan M.Babayev Xəzər dənizinə beynəlxalq diqqətin artmasının vacibliyini qeyd edib: “Biz bu çağırışı BMT proseslərində, beynəlxalq iqlim və ətraf mühit forumlarında, həmçinin inkişaf və elmi qurumlarla əməkdaşlıqda daha qabarıq şəkildə gündəmə gətirməliyik. Beş sahilyanı dövləti birlikdə hərəkət etməyə, qərarları həyata keçirməyə və zərərin geridönməz hala gəlməsindən əvvəl konkret irəliləyiş nümayiş etdirməyə çağırıram”.

Tədbir iştirakçıları Xəzəryanı dövlətlərin su səviyyəsinin enməsinə qarşı birgə elmi tədqiqatları və məlumat mübadiləsi təşəbbüslərini gücləndirdiyini qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar  

21:29
17 Noyabr

Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

21:11
17 Noyabr

Ulu Öndər Heydər Əliyevin Naxçıvanda ucaltdığı bayraq İndi Azərbaycanın bütün ərazisində qürurla dalğalanır

20:58
17 Noyabr

Göyçayda aqrar təsərrüfatlara növbəti baxış keçirilib  

20:36
17 Noyabr

2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib

20:12
17 Noyabr

Muxtar Babayev: Azərbaycan üçün su təhlükəsizliyi strateji milli prioritetdir  

20:04
17 Noyabr

COP31 çərçivəsində “Antalya Okeanlar və Dənizlər Razılaşması” əldə olunub

19:36
17 Noyabr

COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib  

19:26
17 Noyabr

Mask Starship-in təkrar uçuşa hazır olduğunu deyib 

19:24
17 Noyabr

ABŞ Soyuq müharibədən bəri ilk dəfə yeni nüvə bombası yaradacaq  

19:18
17 Noyabr

Qaraciyəri qoruyan meyvə  

18:58
17 Noyabr

Danışıq qabiliyyətinin zəifləməsi insanda yox olmaq hissi yaradır

18:49
17 Noyabr

Azərbaycan Aİ-nin Brüsseldə keçirilən nazirlər toplantısında təmsil olunub

18:43
17 Noyabr

Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

18:42
17 Noyabr

Vergi xidmətlərində 10 ayın mənzərəsi

18:31
17 Noyabr

“Apple süni intellekt əsaslı sağlamlıq tətbiqi istifadəyə verib

18:16
17 Noyabr

Avropa İttifaqının beş ölkəsi Ruandada miqrant mərkəzi açacaq

18:09
17 Noyabr

Çində lotus gövdələrindən elektrik enerjisi istehsal edən qurğu hazırlanıb

17:57
17 Noyabr

Microsoft bir sıra proqramlarında yaranan nasazlığın səbəbini tapıb  

17:56
17 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi gürcüstanlı həmkarı ilə görüşüb  

17:54
17 Noyabr

Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub

17:53
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!