17 Noyabr 2026 18:31
76
DÜNYA
A- A+
Vergi xidmətlərində 10 ayın mənzərəsi

Vergi xidmətlərində 10 ayın mənzərəsi


Vergi ödəyicilərinin elektron və ənənəvi xidmətlərə marağı artmaqda davam edir. 2026-cı ilin yanvar-oktyabr aylarında xidmət mərkəzlərində 454 838 müraciət qəbul edilib, müraciətlər üzrə 752 331 xidmət göstərilib.

Vergi ödəyiciləri ilə dövlət qurumları arasında əlaqə artıq təkcə xidmət mərkəzlərindəki müraciətlərlə məhdudlaşmır. SMS bildirişlər, elektron məlumatlandırma, ünvanlı xidmətlər və Asan İmza sertifikatları vergi xidmətlərinin gündəlik həyatımızdakı rolunu daha da genişləndirir.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, 2026-cı ilin yanvar-oktyabr aylarında vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 454 838 müraciət qeydə alınıb. Bu müraciətlər əsasında 752 331 xidmət göstərilib. Vətəndaşların və sahibkarların məlumatlandırılması istiqamətində də geniş iş aparılıb. Belə ki, hesabat dövründə vergi ödəyicilərindən daxil olan 22,7 min yazılı müraciət cavablandırılıb, onlara 18,6 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş və məktub göndərilib.

Maarifləndirmə və birbaşa ünsiyyət də diqqətdən kənarda qalmayıb. 4 348 vergi ödəyicisinin iştirakı ilə 318 görüş keçirilib, 5 379 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Bundan əlavə, preventiv tədbirlər və vaxtında məlumatlandırma məqsədilə vergi ödəyicilərinin mobil telefonlarına 3,6 milyon SMS göndərilib.

Rəqəmsal xidmətlərə tələbatın göstəricilərindən biri isə Asan İmza sertifikatlarının verilməsi ilə bağlı statistikadır. Yanvar-oktyabr aylarında 253 774 müraciət üzrə ümumilikdə 401 349 Asan İmza sertifikatı təqdim edilib.

Rəqəmlərin dili ilə desək, 10 ay ərzində vergi xidmətləri yüz minlərlə müraciəti əhatə etməklə yanaşı, milyonlarla məlumatlandırma mesajı vasitəsilə vergi ödəyiciləri ilə davamlı əlaqə yaradıb. Bu göstəricilər vergi xidmətlərinin əlçatanlığının, məlumatlandırma və rəqəmsal həllərin əhəmiyyətini bir daha ön plana çıxarır.

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vergi xidmətlərində 10 ayın mənzərəsi

18:31
17 Noyabr

“Apple süni intellekt əsaslı sağlamlıq tətbiqi istifadəyə verib

18:16
17 Noyabr

Avropa İttifaqının beş ölkəsi Ruandada miqrant mərkəzi açacaq

18:09
17 Noyabr

Çində lotus gövdələrindən elektrik enerjisi istehsal edən qurğu hazırlanıb

17:57
17 Noyabr

Microsoft bir sıra proqramlarında yaranan nasazlığın səbəbini tapıb  

17:56
17 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi gürcüstanlı həmkarı ilə görüşüb  

17:54
17 Noyabr

Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub

17:53
17 Noyabr

Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub

17:48
17 Noyabr

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

17:47
17 Noyabr

Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

17:46
17 Noyabr

Qarabağ həqiqətlərini dünyaya çatdıran türk jurnalistinə “Zəfər” mükafatı verildi

17:45
17 Noyabr

Çin qlobal sammitə hazırlaşır

17:43
17 Noyabr

İltihabi xəstəliklərin 3D diaqnostikası üçün yeni rəqəmsal platforma yaradılıb  

17:40
17 Noyabr

Paleolit dövründə Ərəbistanda insanlar silahlarını zəhərləyirdilərmi?  

17:34
17 Noyabr

Aktyorlara rəqəmsal surətləri ilə bağlı daha çox hüquqlar veriləcək

17:29
17 Noyabr

Vadden dənizi təhlükədə olan ümumdünya irsi siyahısına düşə bilər  

17:21
17 Noyabr

İş adamlarının diqqəti Azərbaycana yönəldi

17:17
17 Noyabr

Florensiyada Azərbaycan imzası   

17:14
17 Noyabr

Bəşəriyyətin iqlim sınağı

17:09
17 Noyabr

ABŞ-də bir sıra banklarda problem yaranıb

17:00
17 Noyabr

Azərbaycanın müdafiə naziri Gürcüstanın nümayəndə heyəti ilə görüşüb

16:31
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!