18 Noyabr 2026 08:10
83
SİYASƏT
A- A+
Bakıya olan yüksək etimad Prezident İlham Əliyevin güclü siyasi iradəsinin nəticəsidir

Bakıya olan yüksək etimad Prezident İlham Əliyevin güclü siyasi iradəsinin nəticəsidir


2026-cı il noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı Avropa məkanında vahid inteqrasiya bloklarına üzv olmayan, lakin qitənin təhlükəsizlik və iqtisadi arxitekturasında həlledici rol oynayan dövlətlərlə Aİ arasında bərabərhüquqlu siyasi-diplomatik platforma kimi çıxış edərək Azərbaycanın müasir xarici siyasət tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu. Prezident İlham Əliyevin sammit çərçivəsində "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" mövzusunda "dəyirmi masa"da iştirakı və yüksəksəviyyəli ikitərəfli görüşləri ölkəmizin Avropa ilə münasibətlərinin ikitərəfli təchizat müqavilələri çərçivəsini aşaraq, ümum-Avropa strateji tərəfdaşlığı müstəvisinə keçdiyini təsdiqlədi. Əvvəlki illərdə Avropanın Cənubi Qafqaza yanaşması daha çox klassik Şərq tərəfdaşlığı mexanizmləri və qeyri-müəyyən siyasi şərtlərlə xarakterizə olunurdusa, hazırkı mərhələdə münasibətlər praqmatizm, qarşılıqlı maraqların uzlaşdırılması və realpolitik prinsipləri üzərində qurulur.

Milli Məclisin deputatı Bəhruz MƏHƏRRƏMOV qəzetimizə açıqlamasında dedi ki, Avropa liderlərinin və Aİ-nin yüksəkvəzifəli rəsmilərinin Bakıya intensivləşən diqqətini bir neçə fundamental geosiyasi və iqtisadi amil şərtləndirir: "İlk növbədə, qlobal enerji bazarlarında yaranmış struktur böhranı fonunda Avropanın enerji mənbələrinin şaxələndirilməsinə kəskin ehtiyacı yaranıb. 2022-ci ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu ilə hüquqi-normativ bazası möhkəmlənən bu əməkdaşlıq nəticəsində Azərbaycanın qaz təchizatının 8 milyard kubmetrdən 13 milyard kubmetrə çatdırılması, bu prosesin 10 Avropa İttifaqı ölkəsini əhatə etməsi, TAP kəmərinin ötürmə gücünün Yunanıstan və İtaliya istiqamətində 11,2 milyard kubmetrə yüksəldilməsi və bərpaolunan mənbələrdən Avropaya elektrik enerjisi ixracı layihələri ölkəmizi qitənin enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirib. Digər mühüm amil Avropa ilə Asiya arasında ən qısa və təhlükəsiz quru yolunu təmin edən Orta dəhlizin strateji əhəmiyyətinin artması və Azərbaycanın öz suverenliyini tam bərpa etməsi ilə regionda yaratdığı yeni geosiyasi reallıqdır. Eyni zamanda Azərbaycanın 2028-ci ilin mayında "Avropa Siyasi Birliyi"nin Sammitinə evsahibliyi edəcəyi fonunda Dublin görüşləri Bakı Sammitinin gündəliyini formalaşdırmaq və Avropa liderləri ilə birbaşa koordinasiya yaratmaq üçün mühüm diplomatik zəmin hazırladı".

Deputat bildirdi ki, Dublin zirvəsinin ən mühüm tarixi-hüquqi nəticələrindən biri Prezident İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin imzalanması olub. 30 ildən artıq enerji əməkdaşlığına söykənən münasibətləri rəsmən strateji müttəfiqlik səviyyəsinə yüksəldən bu sənəd müdafiə və təhlükəsizlik sahəsində birgə təlimləri, müdafiə sənayesi üzrə təşəbbüsləri, sərhəd təhlükəsizliyi və hüquq-mühafizə orqanları arasında əməkdaşlığı rəsmiləşdirdi. Bundan əlavə, Azərbaycanda ən böyük Avropa investoru olan Böyük Britaniya ilə süni intellekt, rəqəmsal idarəetmə, maliyyə və kapital bazarları, "yaşıl maliyyələşdirmə" və universitetlərarası elmi əməkdaşlıq üzrə yeni institusional mexanizmlər yaradıldı. Orta dəhlizin inkişafına isə həm London, həm də Brüssel tərəfindən siyasi-iqtisadi dəstək təsdiqləndi.

B.Məhərrəmov vurğuladı ki, sammit həm də Cənubi Qafqazdakı postmünaqişə dinamikasının Avropa təhlükəsizlik arxitekturası ilə uzlaşdırılması baxımından həlledici rol oynayıb: "40-dan çox dövlət və hökumət başçısını birləşdirən platformada Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən ikitərəfli görüşün, qarşı tərəfin xahişi ilə Çexiya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Litva və Ukrayna liderləri ilə aparılan işgüzar danışıqlarla eyni formatda baş tutması regionda münaqişə səhifəsinin bağlandığını və sülh prosesinin kənar vasitəçilərin ssenariləri üzrə deyil, məhz ikitərəfli razılaşmalar və 2025-ci il avqustun 8-də imzalanmış Vaşinqton Birgə Bəyannaməsinin yaratdığı yeni hüquqi-siyasi reallıqlar çərçivəsində inkişaf etdiyini göstərdi. Sammit çərçivəsində beynəlxalq hüququn ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin vurğulanması yekun sülh müqaviləsinin imzalanması üçün fundamental hüquqi şərt olan Ermənistan konstitusiyasının dəyişdirilməsi və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması tələbinə beynəlxalq dəstək yaratdı. Eyni zamanda "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu"nun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz tranzit bağlantısının beynəlxalq gündəlikdə prioritet kimi təsbit edildiyini göstərdi. Transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasının alqışlanması Oxçuçay və Araz çaylarının çirkləndirilməsi ilə bağlı ekoloji hüquq iddialarının praktiki həll müstəvisinə keçməsinə şərait yaratdı. Ötən ilin noyabrından bəri Azərbaycan ərazisindən Ermənistana 105 min ton yükün tranzit daşınmasının müsbət hal kimi qeyd olunması isə rəsmi Bakının regional logistik mərkəz rolunu möhkəmləndirdi".

Deputat qeyd etdi ki, Vaşinqtonda paraflanmış sülh sazişi mətni və Dublin görüşünün gündəliyi Azərbaycan-Ermənistan normallaşma prosesinin artıq konseptual razılaşmalar mərhələsindən hüquqi-institusional icra və praktiki inteqrasiya fazasına keçdiyini və 2027-ci ilin bu istiqamətdə həlledici dönüş ili olacağını göstərir. Hüquqi baxımdan sülh müqaviləsinin ratifikasiyası qarşısındakı əsas maneə olan Ermənistan konstitusiyasının preambulasındakı ərazi iddialarının 2027-ci ildə referendum yolu ilə aradan qaldırılması beynəlxalq hüququn "pacta sunt servanda" prinsipinə uyğun olaraq yekun Sülh Sazişinin imzalanmasına və BMT Katibliyində qeydiyyata alınmasına yol açacaq. Paralel olaraq, 2027-ci ildə Tramp marşrutunun layihələndirmə mərhələsindən bilavasitə tikinti-bərpa işlərinə, gömrük-sərhəd keçid protokollarının unifikasiyasına və beynəlxalq tranzit rejiminin hüquqi tənzimlənməsinə başlanılması gözlənilir. "1991-ci il Almatı Bəyannaməsi bazasında aparılan sərhədlərin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində anklavlar, eksklavlar və strateji yüksəkliklərlə bağlı sahələr üzrə yeni protokolların imzalanması sərhədboyu ərazilərdə üçüncü tərəflərin müşahidə missiyalarına hüquqi cəhətdən ehtiyac qalmaması məsələsini də həll edəcək. Bundan başqa, tərəflər arasında de-fakto formalaşmış iqtisadi etimadın ikitərəfli ticarət rejiminin hüquqi tənzimlənməsi, elektrik enerjisi şəbəkələrinin sinxronlaşdırılması, transsərhəd su ehtiyatlarının bölgüsü üzrə dövlətlərarası sazişlərin imzalanması, eləcə də ikitərəfli icra komissiyasının formalaşdırılması və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması kimi humanitar tədbirlərin sistemli xarakter alması 2027-ci ildə diplomatik münasibətlərin qurulmasını təmin edə bilər", - deyə o əlavə etdi.

B.Məhərrəmov bildirdi ki, əldə olunan bütün bu nailiyyətlər bilavasitə Prezident İlham Əliyevin uzunmüddətli, çoxvektorlu xarici siyasət kursunun, tarixi zamanlama hissinin və strateji uzaqgörənliyinin məntiqi nəticəsidir. Dövlət başçısı hələ bir neçə il əvvəl "Cənub qaz dəhlizi"nin zərurəti ilə bağlı müəyyən dairələrdə mövcud olan tərəddüdlərə baxmayaraq, layihənin hüquqi-maliyyə mexanizmlərini dəqiqliklə quraraq Azərbaycanı regional təchizatçıdan ümumAvropa enerji və nəqliyyat təhlükəsizliyinin sistemyaradıcı aktoruna çevirdi. Beynəlxalq münasibətlər sistemində artan qütbləşmə şəraitində İlham Əliyevin suveren bərabərlik və milli maraqların qorunması prinsipindən çıxış etməsi, sammitdə əlavə hüquqi-siyasi öhdəliklər yaradan bəzi sənədlərə qoşulmayaraq, məhz qarşılıqlı etimada və konkret iqtisadi-enerji layihələrinə fokuslanması müstəqil qərar qəbuletmə iradəsinin və siyasi realizminin bariz nümunəsidir. Avropa liderlərinin Bakıya artan etimadı təkcə Azərbaycanın coğrafi mövqeyi və təbii resursları ilə deyil, həm də Prezident İlham Əliyevin şəxsində təcəssüm edən güclü siyasi iradə, sabit dövlət idarəçiliyi və verilən bütün öhdəliklərin vaxtında icra olunması zəmanəti ilə bilavasitə bağlıdır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dublin Sammiti Azərbaycanın yüksək beynəlxalq nüfuzunu bir daha təsdiqlədi

08:20
18 Noyabr

İlham Əliyevin güclü Azərbaycan strategiyası

08:15
18 Noyabr

Bakıya olan yüksək etimad Prezident İlham Əliyevin güclü siyasi iradəsinin nəticəsidir

08:10
18 Noyabr

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və sosial perspektivlər

08:05
18 Noyabr

Çoxqütblü dünyada müstəqil siyasət

08:00
18 Noyabr

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:23
18 Noyabr

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin təsdiq edilməsi barədə

00:20
18 Noyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:19
18 Noyabr

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:18
18 Noyabr

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və "Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:16
18 Noyabr

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

00:14
18 Noyabr

“Bir pəncərə” informasiya sistemi haqqında ƏSASNAMƏ

00:13
18 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:11
18 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

00:10
18 Noyabr

MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar  

21:29
17 Noyabr

Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

21:11
17 Noyabr

Ulu Öndər Heydər Əliyevin Naxçıvanda ucaltdığı bayraq İndi Azərbaycanın bütün ərazisində qürurla dalğalanır

20:58
17 Noyabr

Göyçayda aqrar təsərrüfatlara növbəti baxış keçirilib  

20:36
17 Noyabr

2027-ci ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda qəbul edildi 

20:12
17 Noyabr

Muxtar Babayev: Azərbaycan üçün su təhlükəsizliyi strateji milli prioritetdir  

20:04
17 Noyabr

COP31 çərçivəsində “Antalya Okeanlar və Dənizlər Razılaşması” əldə olunub

19:36
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!