25 Noyabr 2026 08:10
78
SİYASƏT
A- A+
Azərbaycançılıq - keçmişimizin mənəvi irsi, bu günümüzün birləşdirici gücü 

Azərbaycançılıq - keçmişimizin mənəvi irsi, bu günümüzün birləşdirici gücü 


"Bizim bir Vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi. Azəbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Azərbaycançılıq ideologiyası xalqımızın əsrlər boyu formalaşmış tarixi-mədəni dəyərlərini, milli kimliyini və dövlətçilik ənənələrini özündə birləşdirən ən ali məfkurədir. Bu ideya ölkə daxilində yaşayan bütün etnik qrupları və xaricdəki soydaşlarımızı vahid Azərbaycan dövləti və milli maraqlar ətrafında birləşdirən əsas ideoloji dayağa çevrilmişdir. 

Bu gün ölkəmizin strateji inkişaf kursunun davamlılığının təmin olunması, qazanılmış nailiyyətlərin qorunması, yürüdülən müstəqil xəttin, cəmiyyətdə ictimai-siyasi sabitliyin dayanıqlığı, vətəndaş cəmiyyəti quruculuğu, ölkənin insan kapitalı ilə gələcəyə hazırlanması kimi mütərəqqi çağırışlarla həmahəng addımlaması və mütləq çoxluğun mənafeyini dolğun şəkildə əks etdirən amillərin qlobal səciyyə daşıması ictimai şüurda həm möhkəmlənib, həm də milli ideya səviyyəsinə yüksəlib. Bu ideyalar ilk növbədə iqtisadiyyatın müəyyən gözləntilərini təcəssüm etdirib, zamanla inkişaf edib, yenilənib, fərqli hədəf və məqsədləri özündə birləşdirib. Bütün bunların kökündə isə azərbaycançılıq ideologiyasının əsasını şərtləndirən vətənə məhəbbət, yurda, torpağa bağlılıq hissi dayanıb. Xalqın milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, bir sözlə, özünəməxsusluğunu göstərən dəyərləri qorumağa yönələn fəaliyyət üstünlük təşkil edib.

Vətənpərvərlik ilk növbədə insanın öz ölkəsinə və xalqına olan sevgisidir. Azərbaycançılıq ruhu bu sevgidən başlanır. Mənəviyyat abidəmiz olan "Kitabi-Dədə Qorqud"un az qala hər sətrindən bunları oxuyur və görürük, ən qədim dövrlərdən üzü bəri yazıb-yaradan klassiklərimizin, şair və yazıçılarımızın əsərlərindən əxz edirik. Bu irsin aşıladığı düşüncə bizi vətənpərvərlik anlayışına milli zəmində qarşıdurma yaradan ziyanlı ideologiya kimi deyil, bu torpaqları özünə vətən bilən bütün soydaşlarımızın ümummilli maraqlarının müdafiəsi yönündə birləşməsini təmin edən sistem kimi yanaşmağı öyrədir. Bu gün Azərbaycanın bütün dünyaya təlqin etdiyi multikultural dəyərlər, fərqli mədəniyyətlərə hörmət hissi, tolerantlıq eyni zamanda öz vətənimizə də məhəbbət hisslərini gücləndirir. 

Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü milli dövlətçilik kursunu uğurla həyata keçirən Prezident İlham Əliyevin inkişaf strategiyasının nailiyyətləri sayəsində bu gün tarixinin ən qüdrətli dövrünə gəlib çatmış Azərbaycan dövləti üçün də hazırda əsas məsələlələrdən biri xalqımızın milli kimliyini qorumaq, eyni zamanda onu qapalı və dəyişməz anlayışa çevirmədən bəşəri dəyərlərlə uzlaşdırmaqdır. Bu baxımdan Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı, VII Dünya Mədəniyyətlərarası Dialoq Forumumdakı çıxışları zamanı ideoloji məsələlərə, azərbaycançılıq ideologiyasına xüsusi yer ayırması təsadüfi deyildir.


"Fəxr edirəm ki, mən azərbaycanlıyam"


Tariximizin ən böyük vətənpərvəri olan Ulu Öndər Heydər Əliyevin təlqin etdiyi düşüncə, yaratdığı nümunə hər birimiz üçün mükəmməl vətənpərvərlik məktəbi, vətənə sədaqət dərsidir. Ümummilli Lider öz mənəvi irsi ilə insanın vətəninə sevgisinin həm də onun mənəviyyat göstəricisi olduğunu təlqin edirdi. Bildirirdi ki, vətənpərvərlik insanın daxilindəki duyğulardır. "Əgər bunlar yoxdursa, o insanın mənəviyyatından danışmağa dəyməz. Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs həyatın heç bir hadisəsinə laqeyd qalmır". Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir. Onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir.

Ulu Öndər deyirdi: "Xalqımız böyük xalqdır. Böyük tarixə, böyük mədəniyyətə malikdir. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu hər kəsə nə qədər dərindən anlada bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik, vətəndaşlıq hissini, azərbaycançılığı yüksəldərik".

Ümummilli Liderin hələ sovetlər zamanında respublikaya rəhbərliyinin bütün qayəsi,  fəlsəfəsi xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışı məramına hesablanmışdır. İdarəçilikdə bütün addımlar, o cümlədən iqtisadi inkişafın sürətli strategiyasının həyata keçirilməsi milli şüurun yüksəlməsinə təkan verməli, milli dirçəlişin etibarlı təməlinə çevrilməli idi. Bu məqsədə yetişmək üçün Heydər Əliyev azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına nəinki imkan verməmiş, eyni zamanda milli məfkurə və düşüncə sahibi olan ziyalıları qorumuşdur.

Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində - kifayət qədər gərgin və taleyüklü bir zamanda ölkəyə rəhbərlik missiyasını öz üzərinə götürən Ulu Öndərin yürütdüyü siyasət yenə də xalqın tarixi ənənələrinin, mənəvi dəyərlərinin, özünəməxsusluğunun müdafiəsinə, qloballaşmanın mənfi təsirlərinin aradan qaldırılmasına xidmət etmişdir. Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə yürütdüyü siyasətlə milli dəyərlərin, əxlaq normalarının ictimai şüurda möhkəmlənməsinə, eyni zamanda milli-mədəni sərvətin mühafizəsinə və yaradılmasına çalışmışdır. Qərbin kosmopolit ideyalarının sürətlə yayıldığı bir dövrdə milli məfkurənin qorunması, habelə azərbaycançılığın mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi, dini dəyərlərin, adət-ənənələrin gənc nəslə aşılanması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Azərbaycan xalqının milli düşüncəsində, şüurunda tarixi ənənələrə söykənmiş əxlaq kateqoriyası dərin kök salmışdır. Mərdlik, iradə, dosta sadiqlik, prinsiplərə sədaqət, əməldə birlik hər bir azərbaycanlı üçün tarixən ən vacib və vicdanlı yaşam atributları olmuşdur. Böyük rəhbər sadəlik, düzgünlük, vicdanlılıq, ləyaqətlilik, məğrurluq, mərdlik, cəsarətlilik kimi normaları daha uca tutmuş, irəli çəkdiyi, etimad göstərdiyi kadrların da bu keyfiyyətlərə malik olmasına ciddi yanaşmışdır. Ulu Öndərin idarəçiliyinin bütün mərhələlərində qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması da, əslində, onun zəngin mənəviyyatından rişələnmişdir. Heydər Əliyev güc siyasətinə qarşı qanunun gücünü qoyaraq "haqlı həmişə güclüdür" amilindən çıxış etmişdir.

Ulu Öndər müxtəlif dövlət tədbirlərində gəncləri mənəviyyat, əxlaq, təlim-tərbiyə məsələlərinə xüsusi həssaslıqla yanaşmağa çağırırdı. Bu da təsadüfi deyildi. Ötən əsrin 90-cı illərinin sonuna doğru Azərbaycan gəncliyi müxtəlif yad təsirlərə, neqativ dəyərlərin, ictimai şüurda həzm olunmayan "ənənələr"in hücumuna məruz qalırdı. Həmin dövrdə xalqın qəlibləşmiş milli-mənəvi, əxlaqi dəyərlərini sıradan çıxarmağa yönələn "universal" və ya "kosmopolit" halların gənclər arasında təbliği də geniş vüsət almışdı.

Sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, dünya iqtisadiyyatının təmərküzləşməsi, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı bəzən mütərəqqi mahiyyətindən uzaqlaşır, milli mədəniyyətə, mənəvi dəyərlər sisteminə təhlükəyə çevrilir. Bəşəri və milli ideallar, zəngin mənəvi dəyərlər ifrat praqmatikləşmiş kapital münasibətləri fonunda müəyyən aşınmaya məruz qalır. Belə bir şəraitdə gənclərdə milli mənlik şüurunu qoruyub saxlamaq, milli özünüdərki gücləndirmək son dərəcə vacib və aktual problem kimi önə çıxır. Azərbaycanın da belə bir vəziyyətlə üzləşmək təhlükəsində olduğunu görən Ulu Öndər xüsusilə də gənclərə milli-mənəvi dəyərlərə, adət-ənənələrə hörmətlə yanaşmağı tövsiyə edirdi, onları mənəvi ucalığa çağırırdı. Bu örnəklər göstərir ki, vətənpərvərlik, əslində, ötürülən ideologiyadır. Onun gənc nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlərdə, tədbirlərdə verilən belə məlumatlar gənclərin vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə etməsinə şərait yaradır. Bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır. 

Bir faktı da qeyd edək ki, mükəmməl təhsilin ölkələrin əsas güc faktoruna çevrildiyi müasir dövrümüzdə əsl vətənpərvərlik həm də vətənin sabahı üçün elmli, təhsilli insan kimi yetişməkdir. Yüksək bilik və səriştə ilə, innovasiyalara bələdliklə onun inkişafına töhfə verməkdir. Azərbaycan dövləti bu istiqamətdə də gənclərimizə dəstək verir, yol göstərir, onların inkişafına şərait yaradır. Vətənpərvərlik əzmi diplomatik səngərlərdə də Azərbaycana mühüm zəfərlər qazandırır.


Azərbaycançılığın əsas prinsipləri və dəyərləri


Azərbaycançılıq ideologiyası bir neçə fundamental sütun üzərində dayanır. Bu, ilk növbədə vətəndaş həmrəyliyi və multikulturalizmdir. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün xalqların bərabərhüquqlu vətəndaş kimi vahid Vətən uğrunda birləşməsidir. İkincisi, ana dili və milli-mənəvi irsin yaşadılması, Azərbaycan dilinin dövlət dili kimi qorunması, zəngin ədəbiyyat, musiqi və incəsənət ənənələrinin gələcək nəsillərə ötürülməsidir. Daha bir fundamental sütun dövlət müstəqilliyi və suverenlikdir. Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və milli təhlükəsizliyinin üstün tutulmasıdır. Ən nəhayət, dünya azərbaycanlılarının birliyi - müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə azərbaycançılıq ideologiyası yeni məzmun və daha böyük güc qazanmışdır. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və ölkənin suverenliyinin tam bərpa olunması azərbaycançılıq məfkurəsinin real həyatdakı təntənəsi kimi tarixə düşmüşdür. Savaş günlərində ölkədəki bütün xalqların və siyasi qüvvələrin "Dəmir yumruq" ətrafında birləşməsi bu ideologiyanın cəmiyyətdə nə qədər dərin kök saldığını sübut etdi.

Azərbaycançılıq keçmişimizin mənəvi irsi, bu günümüzün birləşdirici gücü və gələcəyimizin inkişaf strategiyasıdır. Bu ideologiya Azərbaycanın müstəqil, güclü və multikultural dəyərlərə sadiq bir dövlət kimi daim tərəqqi etməsinin əsas təminatıdır.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TRIPP layihəsi reallığa çevrilir

08:15
25 Noyabr

Azərbaycançılıq - keçmişimizin mənəvi irsi, bu günümüzün birləşdirici gücü 

08:10
25 Noyabr

"Maraqlar toqquşması haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı 

08:05
25 Noyabr

Kəlbəcər Zəfərin işığında yenidən qurulur

08:00
25 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 22 sentyabr tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyət Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:38
25 Noyabr

“Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”nin təsdiq edilməsi və “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli Qərarının ləğv edilməsi barədə 

00:37
25 Noyabr

Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

22:49
24 Noyabr

Türkiyədə qəzaya uğrayan helikopterdə beş hərbçi həlak olub 

22:38
24 Noyabr

İngiltərədə 3,8 milyon nəfər ifrat yoxsulluq şəraitində yaşayır

21:39
24 Noyabr

“Fitch Ratings” 2027-ci il üçün qlobal kredit reytinqləri üzrə proqnozunu “neytral” müəyyənləşdirib

21:25
24 Noyabr

Azərbaycan-Monteneqro iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib  

20:48
24 Noyabr

Ceyhun Bayramov: TRIPP layihəsi ilə bağlı Azərbaycanın mövqeyi nəzərə alınmalıdır 

19:41
24 Noyabr

Gürcüstanın Baş nazirinin müavini: Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr Avropa üçün strateji əhəmiyyət daşıyır

19:31
24 Noyabr

Gürcüstanın xarici işlər nazirinə Ermənistanla sülh prosesinin gedişi barədə məlumat verilib  

19:23
24 Noyabr

Maka Boçorişvili: 2026-cı il Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişafında mühüm mərhələ olub 

19:09
24 Noyabr

Nazir: Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir

19:01
24 Noyabr

İspaniyada Roma dövrünə aid yaxşı qorunmuş divar rəsmləri aşkarlanıb  

18:51
24 Noyabr

Nazir: Azərbaycan Gürcüstan iqtisadiyyatına 4 milyard dollar investisiya yatırıb 

18:47
24 Noyabr

Ceyhun Bayramov: Gürcüstan Azərbaycan üçün dost və strateji tərəfdaş ölkədir 

18:37
24 Noyabr

Azərbaycan və Gürcüstan XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər  

18:22
24 Noyabr

Zelenski: ABŞ sülh sazişinin yanvar ayına qədər imzalanmasını istəyir

18:21
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!