25 Noyabr 2026 21:36
126
SİYASƏT
A- A+
İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi olub  

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi olub  


Noyabrın 25-də İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova forum çərçivəsində keçirilən panel müzakirələrinin parlamentlərimizin müvafiq komitələrinin fəaliyyəti və Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın əsas sahələri ilə bağlı geniş məsələləri əhatə etdiyini deyib. Onun sözlərinə görə, bu formatın xüsusi dəyəri parlament üzvləri arasında birbaşa ünsiyyət, qanunvericilik təcrübəsi mübadiləsi üçün yaratdığı imkanlarla bağlıdır.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun Bakı Bəyannaməsinin razılaşdırılmış layihəsini təqdim edib. Bəyannamə qəbul olunub.

Sahibə Qafarova bildirib ki, Bakı Bəyannaməsinin qəbul edilməsi parlamentlərarası dialoqun davamlılığının təmin olunması və daha məzmunlu olması baxımından vacibdir. Onun müddəalarının həyata keçirilməsi ikitərəfli əməkdaşlığın qanunvericilik bazasının möhkəmləndirilməsinə və dövlətlərimizin rəhbərlikləri səviyyəsində əldə edilmiş razılaşmaların yerinə yetirilməsinə töhfə verəcək.

Qeyd olunub ki, Forumun əsas nəticələrindən biri Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi arasında Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın ilk iclası olacaq.

Sahibə Qafarova Komissiyanın işinin prioritet sahələrdə sistemli əməkdaşlığı təmin edəcəyinə, yeni təşəbbüslər irəli sürəcəyinə və birgə fəaliyyət imkanlarını genişləndirəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Bağlanış mərasimində çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva bildirib ki, forum çərçivəsində aparılan müzakirələr əsası prezidentlərimiz tərəfindən qoyulmuş müttəfiqliyin daha da möhkəmlənməsinə və ölkələrimiz arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına töhfə verəcək. O, hüquqi və beynəlxalq əməkdaşlıq, iqtisadi və texnoloji layihələr, humanitar və gənclər siyasəti sahəsində əlaqələrin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın önəmli rol oynadığını və ölkələrarası münasibətlərin inkişafına töhfə verdiyini söyləyib. Bildirib ki, qanunverici orqanlar arasında qarşılıqlı dialoq etimadın möhkəmlənməsinə və ortaq təşəbbüslərin icrasına zəmin yaradır.

Tənzilə Narbayeva İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun yekunları ilə bağlı qəbul edilmiş Bakı Bəyannaməsinin mühüm əhəmiyyətini vurğulayıb.

Foruma yekun vuran Sahibə Qafarova Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisi arasında imzalanmış 2027-2028-ci illər üçün yeni “Yol xəritəsi”nin birgə işin mühüm nəticəsi olduğunu qeyd edib.

Bununla da İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclis və Özbəkistan Ali Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının birinci iclası keçirilib  

21:51
25 Noyabr

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi olub  

21:36
25 Noyabr

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun panel müzakirələri keçirilib  

21:17
25 Noyabr

Bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:39
25 Noyabr

Xalq artisti Elmira Şabanova vəfat edib

19:16
25 Noyabr

Nazir Məcnun Məmmədov Culfada vətəndaşlarla görüşüb  

19:03
25 Noyabr

ABŞ iqtisadiyyatı 4,3 faiz böyüyüb  

18:48
25 Noyabr

Azərbaycan-Özbəkistan parlamentlərarası komissiyasının fəaliyyəti strateji tərəfdaşlığı gücləndirəcək 

18:34
25 Noyabr

Nazir: Sosial ödənişlərdə artım dinamikası gələn il də davam edəcək  

18:16
25 Noyabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin dekabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:09
25 Noyabr

Bakı Bəyannaməsi qəbul edilib

18:02
25 Noyabr

“Gazprom” Çinə qaz nəqli üçün obyektlərin tikintisini yekunlaşdırır

17:59
25 Noyabr

Uşaqlıqda az şəkər yeyənlər daha gec qocalır

17:42
25 Noyabr

UEFA “Sabah” – “Barselona” oyunu ilə bağlı paylaşım edib

17:39
25 Noyabr

Yaponiya bir neçə ehtiyat paytaxt yaratmağı planlaşdırır

17:33
25 Noyabr

Altsgeymer xəstəliyinin inkişafını ləngidən preparat  

17:21
25 Noyabr

Hörmüz boğazında iki neft tankeri minaya çırpılaraq yanıb  

17:14
25 Noyabr

ABŞ Yaponiyadan Amerika qoşunlarının saxlanılması xərclərini üç dəfə artırmağı istəyib  

17:06
25 Noyabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin dekabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

17:03
25 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tacikistanın hərbi nümayəndə heyəti ilə görüşüb

16:52
25 Noyabr

Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılışı olub YENİLƏNİB  

16:44
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!