23 Oktyabr 2026 14:00
438
SİYASƏT
A- A+
Qubadlının bərpası Şərqi Zəngəzurun iqtisadi potensialının inkişafına töhfə verir

Qubadlının bərpası Şərqi Zəngəzurun iqtisadi potensialının inkişafına töhfə verir


2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad etməklə Vətən müharibəsinin gedişində mühüm strateji üstünlük qazandı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi, “Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Bu,  bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı”.

1993-cü il avqustun 31-də işğal edilmiş Qubadlı 27 ildən artıq müddətdə düşmən tapdağında qaldı. Rayonun yaşayış məntəqələri, sosial infrastrukturu, tarixi-mədəni abidələri dağıdıldı, minlərlə sakin doğma yurdlarından didərgin düşdü. Lakin xalqımız Qubadlıya qayıdacağına inamını heç vaxt itirmədi.

2020-ci ilin oktyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi Qubadlı əməliyyatı hərb tariximizin ən mühüm səhifələrindən birinə çevrildi. Mürəkkəb relyef şəraitində strateji yüksəkliklərin ələ keçirilməsi, düşmənin müdafiə mövqelərinin yarılması və şəhərin azad olunması Azərbaycan hərbçilərinin yüksək peşəkarlığını və qəhrəmanlığını nümayiş etdirdi. Qubadlı zəfəri Şuşaya aparan yolu daha da yaxınlaşdırdı və müharibənin taleyində mühüm rol oynadı.

Cənab Prezident də bəyan etmişdir ki, Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, bizim növbəti istiqamətimiz Qubadlı rayonu idi və şəhərdə ermənilər güclü istehkam qurmuşdular. Şəhərin girəcəyində isə düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. 

Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı nümayiş etdirərək ilk növbədə şəhərə hakim olan strateji yüksəklikləri ələ keçirdi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girərək, Qubadlını tam azad etdi.

Qubadlı artıq 6 ildir ki, azaddır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində rayonda müasir yaşayış məhəllələri salınır, kəndlər yenidən qurulur, yollar, enerji və sosial infrastruktur yaradılır.

Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təsdiqlənməsi rayonun gələcəyinə hesablanmış strateji yanaşmanın göstəricisidir. Yeni yaşayış kompleksləri, Mahruzlu və Zilanlı kəndlərinin bərpası, Qubadlı–Eyvazlı və Qubadlı–Laçın avtomobil yolları, müasir enerji infrastrukturu bölgənin iqtisadi və sosial dirçəlişinə xidmət edir.

Qubadlının bərpası Şərqi Zəngəzurun iqtisadi potensialının inkişafı,  tarixi məskunlaşmanın bərpası və regionun Azərbaycanın ümumi  sisteminə inteqrasiyası deməkdir. Zəngin təbii sərvətləri, münbit torpaqları və əlverişli coğrafi mövqeyi Qubadlının gələcəkdə mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsi üçün geniş imkanlar yaradır.

25 Oktyabr – Qubadlı Şəhəri Günü həm Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə ehtiramın, həm də azad torpaqlarımızda qurulan yeni həyatın təntənəsidir.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!