04 Sentyabr 2026 16:48
866
SİYASƏT
A- A+
Professor: “ŞƏT plyus” formatı Azərbaycanın balanslaşdırma siyasəti üçün imkanları genişləndirir

Professor: “ŞƏT plyus” formatı Azərbaycanın balanslaşdırma siyasəti üçün imkanları genişləndirir


Mən Bişkek sammitini və “ŞƏT plyus” formatını rəsmi Bakının hansısa bir bloka doğru irəliləməsi kimi deyil, Azərbaycan üçün əlavə diplomatik və geoiqtisadi resurs kimi qiymətləndirərdim. Azərbaycan üçün burada əsas məsələ nəqliyyat coğrafiyasıdır. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu perspektivdə Xəzər və Azərbaycan üzərindən keçən Orta Dəhliz üçün əlavə yük bazası formalaşdıra bilər. Bişkekdə məhz nəqliyyat əlaqəliliyi, energetika və iqtisadi əməkdaşlıq getdikcə daha çox ön plana çıxırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər və beynəlxalq hüquq üzrə ekspert, Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğ¬rul İsmayıl bildirib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan üzərindən Orta Dəhlizin inkişafı istiqamətində iş aparıldığını birbaşa bəyan etməsi xüsusilə diqqətçəkəndir. Bu, əslində, Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Türkiyə–Avropa vahid zəncirinin formalaşdığını təsdiqləyir”, - deyə ekspert qeyd edib.

O, mühüm strateji məqama da diqqət çəkib: “Bakı “ŞƏT plyus” formatında iştirakını Şərqlə Qərb arasında seçimə çevirməməlidir. Əksinə, onun üstünlüyü məhz Çin, Rusiya, Mərkəzi Asiya, Türkiyə və Avropa dövlətləri ilə eyni vaxtda danışmaq bacarığındadır. Bu baxımdan “ŞƏT plyus” Azərbaycanın balanslaşdırma siyasəti üçün imkanları genişləndirir”.

Toğ¬rul İsmayılın sözlərinə görə, Bişkek Azərbaycanı hansısa geosiyasi blokun tərkibinə daxil etməyib, lakin Bakının müstəqil Avrasiya qovşağı kimi əhəmiyyətini artırıb: “Azərbaycanın qarşısında duran vəzifə indi coğrafi mövqeyini iqtisadi təsir imkanlarına çevirmək, yəni Ələt limanını, dəmir yollarını, Zəngəzur dəhlizini, rəqəmsal logistikanı və Orta Dəhlizin digər marşrutlarla əlaqələndirilməsini inkişaf etdirməkdir.

Başqa sözlə, Bakı üçün “ŞƏT plyus” daha çox üzvlük məsələsi deyil, marşrutlar, investisiyalar və strateji muxtariyyət məsələsidir. Avrasiya axınlarının nə qədəri Azərbaycan üzərindən keçərsə, Bakının çoxvektorlu xarici siyasət yürütmək imkanları bir o qədər artar və dünya güc mərkəzləri arasında danışıqlarda çəkisi bir o qədər yüksələr”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

Azərbaycan nefti 116 dollara satılır

11:29
17 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

10:35
17 Oktyabr

Bilmək istəyirəm

10:20
17 Oktyabr

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

10:17
17 Oktyabr

Nə əkərsən...

10:10
17 Oktyabr

Hədəf məhsuldarlığı 50 sentnerə çatdırmaqdır

10:00
17 Oktyabr

Dövlət başçısının YAP-ın VIII qurultayındakı çıxışı yerlərdə müzakirə edilir

09:50
17 Oktyabr

ZƏFƏR gündəliyi

09:40
17 Oktyabr

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir

09:30
17 Oktyabr

Dünyəvi təhsil milli tərəqqinin və sivil gələcəyin təminatıdır

09:20
17 Oktyabr

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub

09:10
17 Oktyabr

Məzarsız atanın neftçi oğlu: "Qara qızıl"ın Vətən payı

09:00
17 Oktyabr

Xudafərin - daş tarixdən Zəfər zirvəsinə 

08:50
17 Oktyabr

Böyük Zəfər tarixinin qəhrəmanlıq səhifəsi

08:40
17 Oktyabr

Siyasi müstəqillik iqtisadi inkişafın təməlidir

08:30
17 Oktyabr

Əbədi müstəqillik, güclü dövlətçilik, sarsılmaz birlik 

08:20
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!