04 Sentyabr 2026 12:20
94
SİYASƏT
A- A+
Fərid Şəfiyev Avropa-Azərbaycan gündəliyində əsas prioritetləri açıqlayıb

Fərid Şəfiyev Avropa-Azərbaycan gündəliyində əsas prioritetləri açıqlayıb


Cənubi Qafqazın geosiyasi mənzərəsi əhəmiyyətli dərəcədə dəyişib. İlk növbədə, bu, Azərbaycan-Ermənistan münaqişəsinin geridə qalması və bölgədə yaranan sülh mühiti ilə bağlıdır. Lakin ehtiyatlı olmalıyıq. Çünki həm Avropa İttifaqından (Aİ) kənarda, həm də Aİ daxilində sülh prosesini pozmağa çalışan qüvvələr var.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Avropa-Azərbaycan münasibətləri: Tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda keçirilən dəyirmi masada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, sülhü pozmağa çalışan qüvvələrin geniş lobbiçilik şəbəkələri və “ictimai vəkillik” adlandırılan mexanizmləri mövcuddur. “Müxtəlif Avropa təsisatlarında və bəzi hallarda media qurumlarında bu cür hallarla hələ də qarşılaşırıq. Bəzi şəxslər humanitar məsələlər pərdəsi altında Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışırlar. Halbuki hər iki ölkənin, Azərbaycanın və Ermənistanın liderləri davamlı sülhün və barışığın təmin olunması niyyətlərini dəfələrlə vurğulayıblar”, - deyə İdarə heyətinin sədri bildirib.

Fərid Şəfiyev digər mühüm məsələnin nəqliyyat, logistika və Orta Dəhlizlə bağlı olduğuna diqqət çəkərək deyib: “Cənubi Qafqazın şimal və cənub perimetrlərində iki qaynar münaqişənin mövcudluğunu nəzərə alsaq, yükdaşımalar və nəqliyyat üçün təhlükəsiz marşrutların əhəmiyyəti daha da artır. Bilirəm ki, Avropa İttifaqı da Mərkəzi Asiya və Azərbaycanla tərəfdaşlıq çərçivəsində bu istiqamətdə daha fəal əməkdaşlıq edəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xüsusi tapşırıqlar üzrə səfir: “Cənubi Qafqazda münaqişə gündəliyini sülh gündəliyi əvəz edir“

12:27
04 Sentyabr

Mariyana Kuyundziç: “Aİ-Azərbaycan münasibətləri dinamik inkişaf edir“

12:25
04 Sentyabr

Fərid Şəfiyev Avropa-Azərbaycan gündəliyində əsas prioritetləri açıqlayıb

12:20
04 Sentyabr

Güzəştli mənzil layihəsindən yararlanan ailələrin sayı açıqlanıb

12:17
04 Sentyabr

Macarıstanda kommunist dövrünə aid məxfi xidmət arxivlərindən 80 minədək şəxsin adı açıqlana bilər

12:15
04 Sentyabr

Azərbaycan və Özbəkistan arasında mədəni körpülər Buxarada möhkəmlənir

12:13
04 Sentyabr

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

12:10
04 Sentyabr

İçərişəhərdə “Keçmişin sədası” adlı sərgi təşkil olunacaq

12:07
04 Sentyabr

Bakıda Azərbaycan-Avropa münasibətlərinin perspektivləri müzakirə olunur

12:05
04 Sentyabr

Son sutka ərzində ölkədə 93 cinayətin açılması təmin edilib 

12:03
04 Sentyabr

Uşağın anadan olmasına görə müavinət alanların sayı açıqlanıb

12:00
04 Sentyabr

Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb

11:57
04 Sentyabr

Seneqallı nazir ölkəsində “ASAN xidmət” modeli əsasında dövlət xidmətləri mərkəzlərinin qurulacağını bildirib 

11:55
04 Sentyabr

“IRONMAN 70.3” yarışı ilə əlaqədar Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək

11:53
04 Sentyabr

Azərbaycan neftinin qiyməti 105 dollara çatır

11:50
04 Sentyabr

Papa XIV Leonun səfəri üçün 15 min təhlükəsizlik əməkdaşı səfərbər ediləcək

11:47
04 Sentyabr

Gömrükçülər nəqliyyat vasitəsində külli miqdarda qurudulmuş marixuana aşkar ediblər

11:45
04 Sentyabr

Qızıl və gümüş ucuzlaşıb 

11:43
04 Sentyabr

Xırdalan şəhərində obyektdə yanğın baş verib

11:40
04 Sentyabr

Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib

11:38
04 Sentyabr

Bu gün Ümumdünya Leykemiya Günüdür

11:36
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!