04 Sentyabr 2026 11:57
87
CƏMİYYƏT
A- A+
Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb

Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb


Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Füzuli rayonunun 1 nömrəli Qayıdış qəsəbəsində fəaliyyət göstərən İbişov Taryel Kazım oğluna məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb.

Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan iki ədəd yanacaqsaxlama çəninin üzərində çənin nömrəsi, çəndə saxlanılan neft məhsulunun adı və markası, maksimal doldurulma hündürlüyü və baza hündürlüyünü göstərən lövhənin olmadığı, texniki pasport hazırlanmadığı və təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi, çənlərin texniki təhlükəsizlik ekspertizasından keçirilməklə sertifikatlaşdırılmadığı, çənlərin saxlandığı ərazidə ildırımötürücü qurğunun vəziyyətinin yoxlanılmadığı və müqavimətinin ölçülmədiyi məlum olub. Həmçinin yanacaqdoldurma məntəqəsinin texniki sazlığına və təhlükəsiz istismarına cavabdeh şəxsin təyin edilmədiyi, yanacaqdoldurma məntəqəsinin fəaliyyət növünə uyğun olaraq lisenziya alınmadan istismar olunduğu, məntəqənin texniki təhlükəsizlik bəyannaməsinin olmadığı, həmçinin məntəqədə baş verə biləcək qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlər planının hazırlanmadığı, təhlükə potensiallı qurğu və avadanlıqların istismarı ilə məşğul olan bir nəfər operatorun attestasiyadan keçirilmədiyi müəyyən edilib.

Aşkar olunan pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

12:10
04 Sentyabr

İçərişəhərdə “Keçmişin sədası” adlı sərgi təşkil olunacaq

12:07
04 Sentyabr

Bakıda Azərbaycan-Avropa münasibətlərinin perspektivləri müzakirə olunur

12:05
04 Sentyabr

Son sutka ərzində ölkədə 93 cinayətin açılması təmin edilib 

12:03
04 Sentyabr

Uşağın anadan olmasına görə müavinət alanların sayı açıqlanıb

12:00
04 Sentyabr

Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb

11:57
04 Sentyabr

Seneqallı nazir ölkəsində “ASAN xidmət” modeli əsasında dövlət xidmətləri mərkəzlərinin qurulacağını bildirib 

11:55
04 Sentyabr

“IRONMAN 70.3” yarışı ilə əlaqədar Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək

11:53
04 Sentyabr

Azərbaycan neftinin qiyməti 105 dollara çatır

11:50
04 Sentyabr

Papa XIV Leonun səfəri üçün 15 min təhlükəsizlik əməkdaşı səfərbər ediləcək

11:47
04 Sentyabr

Gömrükçülər nəqliyyat vasitəsində külli miqdarda qurudulmuş marixuana aşkar ediblər

11:45
04 Sentyabr

Qızıl və gümüş ucuzlaşıb 

11:43
04 Sentyabr

Xırdalan şəhərində obyektdə yanğın baş verib

11:40
04 Sentyabr

Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib

11:38
04 Sentyabr

Bu gün Ümumdünya Leykemiya Günüdür

11:36
04 Sentyabr

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

11:35
04 Sentyabr

ABŞ-nin maliyyə naziri Aİ-nin İrana qarşı iqtisadi təzyiq kampaniyasına qoşulduğunu elan edib  

11:31
04 Sentyabr

Neftçalada qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib

11:23
04 Sentyabr

Tramp 100 il ərzində sikkə üzərində təsvir edilən ilk sağ ABŞ Prezidenti oldu

11:20
04 Sentyabr

Norveç Arktikada Rusiya gəmisini həbs edib

11:18
04 Sentyabr

Miqrant böhranı: humanizm və reallıq arasındakı uçurum

10:45
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!