04 Sentyabr 2026 09:20
72
CƏMİYYƏT
A- A+
Tibb işçilərinin minnətdarlığında dövlət qayğısının əks-sədası

Tibb işçilərinin minnətdarlığında dövlət qayğısının əks-sədası


Tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı mühüm qərar səhiyyə sistemində çalışan insanların sosial rifahının yüksəldilməsi ilə yanaşı, onların əməyinə verilən yüksək dövlət qiymətinin ifadəsi kimi qarşılanıb. İnsan sağlamlığının keşiyində dayanan, ən çətin və məsuliyyətli məqamlarda vətəndaşların yanında olan tibb əməkdaşları bu qərarı böyük rəğbət və minnətdarlıq hissi ilə dəyərləndirirlər. Onların fikirlərində həm göstərilən diqqətə görə təşəkkür, həm də bundan sonra öz peşə vəzifələrini daha böyük məsuliyyət və ruh yüksəkliyi ilə yerinə yetirmək əzmi ifadə olunur.

Gülxarə Qurbanlı, Göyçay Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya, anesteziologiya və intensiv terapiya şöbəsinin tibb bacısı: 

- Bu qərarın qəbulunu böyük sevinc və minnətdarlıq hissi ilə qarşıladıq. Tibb işçisinin əməyi böyük məsuliyyət, səbir və fədakarlıq tələb edir. Əməkhaqlarının artırılması dövlətimizin səhiyyə işçilərinə, onların sosial rifahının yüksəlməsinə və əməyinə verdiyi yüksək dəyərin göstəricisidir. Bu qayğı bizi həm maddi baxımdan dəstəkləyir, həm də öz işimizə daha böyük ruh yüksəkliyi və məsuliyyətlə yanaşmağa stimul verir. Xüsusilə səhiyyə sisteminin inkişafına və tibb işçilərinin rifahının yaxşılaşdırılmasına göstərdiyi diqqətə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və bu təşəbbüsü dəstəkləyərək müvafiq qərarı qəbul edən Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu qayğını öz fəaliyyətimizlə doğrultmaq, insan sağlamlığının keşiyində daha böyük əzmlə dayanmaq bizim üçün həm məsuliyyət, həm də mənəvi borcdur.

Günel Bəbirova, Ağciyər Xəstəlikləri Mərkəzinin Qobustan Regional Xəstəxanasının baş tibb bacısı: 

- Əməkhaqlarının artırılması xəbərini böyük sevinc və minnətdarlıq hissi ilə qarşıladıq. Bu qərar bizim üçün yalnız maddi təminatın yaxşılaşdırılması deyil, gündəlik fəaliyyətimizin, məsuliyyətli əməyimizin və səhiyyə sisteminə verdiyimiz töhfənin dövlət tərəfindən yüksək qiymətləndirilməsi deməkdir. Xüsusilə tibb bacılarının üzərinə düşən vəzifələr çoxşaxəli və böyük məsuliyyət tələb edir. Xəstəyə qayğının, müalicə prosesinin düzgün təşkilinin və tibbi xidmətin keyfiyyətinin təmin olunmasında tibb bacılarının mühüm rolu var. İnanıram ki, bu addım kollektivimizdə işə daha böyük həvəs və məsuliyyət yaradacaq, hər birimizi öz vəzifəmizi daha vicdanla və yüksək peşəkarlıqla yerinə yetirməyə ruhlandıracaq. Səhiyyə işçilərinə göstərilən bu diqqət və qayğıya görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Bu təşəbbüsün dəstəklənməsi və həyata keçirilməsi ilə bağlı qərarına görə Prezident İlham Əliyevə minnətdarıq. Dövlətimizin bizə göstərdiyi etimadı bundan sonra da keyfiyyətli və məsuliyyətli əməyimizlə doğrultmağa çalışacağıq.

Aysel Daşdəmirova, Suraxanı Tibb Mərkəzinin həkim-pediatrı:

- Pediatr olaraq uşaqların sağlamlığı və onların gələcəyi üçün böyük məsuliyyət daşıyırıq. Tibb işçilərinin əməyinə göstərilən diqqəti və əməkhaqlarının artırılması ilə bağlı qərarı yalnız maddi dəstək kimi deyil, səhiyyə işçilərinə verilən yüksək dəyərin ifadəsi kimi qəbul edirəm. Bu qərar bizim üçün həm sevindirici, həm də məsuliyyətimizi daha dərindən hiss etdirən bir addımdır. Dövlətin tibb işçilərinin sosial rifahına göstərdiyi qayğı əminlik yaradır ki, səhiyyənin inkişafı və insan sağlamlığının qorunması daim diqqət mərkəzindədir. Bu mühüm təşəbbüsə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Bizim borcumuz isə göstərilən bu etimadı öz əməyimizlə doğrultmaq, xüsusilə də uşaqların sağlamlığının qorunmasına bundan sonra da bütün bilik və bacarığımızla xidmət etməkdir.

Anar Məmmədov, Ağciyər Xəstəlikləri Mərkəzinin İsmayıllı Regional Xəstəxanasının baş həkimi: 

- Əməkhaqlarının artırılması ilə bağlı qərarı böyük məmnunluq və minnətdarlıq hissi ilə qarşıladıq. Səhiyyə müəssisəsinə rəhbərlik edən bir həkim kimi bu qərarın kollektivimizin fəaliyyətinə verəcəyi müsbət təsiri xüsusilə yüksək qiymətləndirirəm. Tibb işçisinin əməyinə verilən dəyər həm onun sosial rifahının yaxşılaşdırılmasına, həm də peşə fəaliyyətinə münasibətdə əlavə məsuliyyət və ruh yüksəkliyinin formalaşmasına xidmət edir. Xüsusilə regionlarda çalışan səhiyyə işçilərinin əməyinin stimullaşdırılması burada tibbi xidmətin daha da inkişaf etdirilməsi, peşəkar kadrların sistemdə möhkəmlənməsi və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu mühüm təşəbbüsə və tibb işçilərinə göstərilən davamlı diqqətə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Qərarı dəstəkləyən və onun həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verən Prezident İlham Əliyevə dərin minnətdarlığımı ifadə edirəm. Əminəm ki, dövlətimizin bu qayğısı səhiyyə kollektivlərini daha böyük əzmlə çalışmağa, öz fəaliyyətlərini daim təkmilləşdirməyə və insan sağlamlığının qorunmasına layiqli töhfələr verməyə ruhlandıracaq.

Gülgəz Şərifova, 2 saylı Yasamal Təcili Tibbi Yardım Bölməsinin həkimi:

- Bizim işimizdə hər çağırışın arxasında bir insanın həyatı, bir ailənin narahatlığı dayanır. Təcili tibbi yardım həkimi olaraq bəzən saniyələrin belə böyük əhəmiyyət daşıdığı məqamlarda qərar verməli və xəstəyə mümkün olan ən qısa zamanda yardım göstərməli oluruq. Tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı qərarı böyük sevinc və minnətdarlıq hissi ilə qəbul edirəm. Bu addım dövlətimizin insan sağlamlığına və onun keşiyində dayanan səhiyyə əməkdaşlarının əməyinə verdiyi yüksək qiymətin daha bir göstəricisidir. Bu bizim üçün həm sosial baxımdan mühüm dəstək, həm də gündəlik fəaliyyətimizə əlavə stimul deməkdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tibb işçilərinin rifahının yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsünə görə dərin təşəkkürümü bildirirəm. Bu təşəbbüsü dəstəkləyən Prezident İlham Əliyevə minnətdaram. Biz tibb işçiləri üçün dövlət qayğısının ən gözəl cavabı ona layiq olmaq, hər çağırışa ciddi məsuliyyətlə yanaşmaq və insan həyatının qorunması naminə öz vəzifəmizi vicdanla yerinə yetirməkdir.

Vaqif Nəsirov, 1 saylı Yasamal Təcili Tibbi Yardım Bölməsinin həkimi: 

- Əməkhaqlarının artırılması ilə bağlı qərar tibb işçiləri üçün böyük əhəmiyyət daşıyan bir addımdır. Həkimlik yalnız bir peşə deyil, insan həyatına və sağlamlığına görə böyük məsuliyyət tələb edən bir missiyadır. Bu baxımdan, dövlətimizin səhiyyə əməkdaşlarının əməyinə verdiyi qiymətin belə mühüm qərarla ifadə olunması bizdə xüsusi məmnunluq hissi yaradır. İnanıram ki, bu diqqət tibb işçilərinin sosial rifahına müsbət təsir göstərməklə yanaşı, səhiyyə sistemində peşəkarlığın və işə bağlılığın daha da güclənməsinə xidmət edəcək. Bizə göstərilən dövlət qayğısını yalnız maddi dəstək kimi deyil, həm də əməyimizə verilən yüksək etimad kimi qəbul edirik. Bu mühüm təşəbbüsə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümü, səhiyyə işçilərinin sosial rifahının yüksəldilməsinə yönəlmiş qərarın verilməsinə görə, Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, bu addım tibb işçilərinin gələcəyə inamını daha da artıracaq və bizə insanlara xidmət kimi müqəddəs vəzifəmizi daha böyük əzmlə davam etdirmək üçün yeni güc verəcək.

Bizimlə söhbət edən tibb işçilərinin fikirlərində ifadə olunan ümumi məqam isə birdir: göstərilən dövlət qayğısı səhiyyə əməkdaşları tərəfindən yalnız sosial dəstək kimi deyil, onların əməyinə verilən yüksək qiymətin və dövlətin insan sağlamlığına münasibətinin bariz ifadəsi kimi dəyərləndirilir. Əməkhaqlarının artırılması tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, onların peşə fəaliyyətinə əlavə stimul verəcək, səhiyyə sahəsində insan kapitalının möhkəmlənməsinə və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək. Bu gün səhiyyə əməkdaşlarının dilə gətirdikləri minnətdarlıq hissi, əslində, dövlətlə vətəndaş arasında qarşılıqlı etimadın daha bir ifadəsidir. Tibb işçiləri üçün bu diqqətin ən layiqli cavabı isə bundan sonra da insan sağlamlığının keşiyində fədakarlıqla dayanmaq, öz peşələrinə sədaqətlə xidmət etmək və göstərilən yüksək etimadı əməli fəaliyyətləri ilə doğrultmaqdır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tibb işçilərinin əməkhaqlarının artırılması əhalinin sağlamlığının təmin olunmasına qoyulan mühüm sərmayədir 

09:30
04 Sentyabr

Tibb işçilərinin minnətdarlığında dövlət qayğısının əks-sədası

09:20
04 Sentyabr

Çin enerji sahəsində Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür

09:10
04 Sentyabr

7 ayda 2,5 milyard dollarlıq qeyri-neft məhsulları ixrac olunub

09:00
04 Sentyabr

Minatəmizləmə, yenidənqurma və geri qayıdış üzrə Azərbaycan modeli

08:50
04 Sentyabr

Cənubi Qafqazdakı yeni geosiyasi reallıq

08:40
04 Sentyabr

Azərbaycan-ŞƏT əlaqələri yeni iqtisadi imkan və perspektivlərə yol açır

08:20
04 Sentyabr

Parlament diplomatiyasının perspektivləri müzakirə olunub

08:10
04 Sentyabr

Azərbaycan-Çin münasibətləri: strateji tərəfdaşlığın və çoxşaxəli əməkdaşlığın yüksəliş mərhələsi

08:00
04 Sentyabr

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 

20:20
03 Sentyabr

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

20:14
03 Sentyabr

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

19:55
03 Sentyabr

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

19:50
03 Sentyabr

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

19:45
03 Sentyabr

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

19:40
03 Sentyabr

ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

19:35
03 Sentyabr

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb

19:30
03 Sentyabr

Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutacaq

19:29
03 Sentyabr

“Zirə” afrikalı futbolçu transfer edib

19:22
03 Sentyabr

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb

19:20
03 Sentyabr

Azərbaycan Avrasiyanın strateji bağlantı halqasına çevrilir

19:15
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!