01 Sentyabr 2026 18:41
136
SİYASƏT
A- A+
Geosiyasi gücün və uğurlu diplomatiyanın təzahürü

Geosiyasi gücün və uğurlu diplomatiyanın təzahürü


Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub 


Ötən illər ərzində böyük inkişaf yolu keçərək milli maraqlarını qətiyyətlə təmin edən Azərbaycan Prezident İlham Əliyevin yürütdüyü müstəqil və uzaqgörən siyasət  sayəsində dünyanın hər yerindən görünən, beynəlxalq səviyyədə hər addımı maraq və diqqətlə izlənilən, əksər ölkələrin qarşılıqlı hərtərəfli əlaqələr qurmağa səy göstərdiyi nüfuzlu ölkəyə çevrilib. Bu gün Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş, regional güc mərkəzi və Qlobal Şimal ilə Qlobal Cənub arasında mühüm korpü rolunu oynayır. Avropa və Asiyanın kəsişməsində strateji mövqeyi, yaratdığı nəqliyyat-logistika qovşaqları ölkəmizin beynəlxalq siyasətdəki çəkisini və dövlətimizin  başçısının qlobal ehtiramını daha da artırıb.

Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən 25 illik yubiley Zirvə toplantısında iştirakı və burada keçirdiyi ikitərəfli yüksək səviyyəli görüşlər də bunun bariz göstəricisidir. 


Beynəlxalq əməkdaşlıq əlaqələri 


Azərbaycanın həyata keçirdiyi düzgün xarici siyasət kursu ona mühüm beynəlxalq əməkdaşlıq əlaqələri qurmağa geniş imkanlar açıb. Ölkəmiz BMT, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi aparıcı qurumların fəal üzvü olmaqla yanaşı, Qoşulmama Hərəkatına uğurla sədrliyi və COP29 kimi qlobal tədbirlərə yüksək səviyyəli evsahibliyi etməsi ilə özünü dünyada etibarlı platforma kimi təsdiqləyib. 

Regionda yaratdığı sülh şəraiti ilə, həm də Avrasiya məkanında təhlükəsizlik, sabitlik və iqtisadi inteqrasiyanın möhkəmlənməsinə töhfə verən Azərbaycan müxtəlif beynəlxalq platformalarda öz milli maraqlarını qətiyyətlə qoruyur, eyni zamanda sivilizasiyalararası dialoqun inkişafına şərait yaradır.

Yürüdülən balanslı və çoxşaxəli diplomatiyanın məntiqi nəticəsi kimi, Azərbaycanın Avrasiya regionunun ən nüfuzlu siyasi-iqtisadi bloklarından biri olan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin də son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyması təəccüblü deyil. Təşkilatın iqtisadi, təhlükəsizlik və nəqliyyat gündəliyi ilə ölkəmizin strateji hədəflərinin üst-üstə düşməsi bu platforma daxilindəki əməkdaşlığı daha da aktuallaşdırır.

Adıçəkilən təşkilatla 2016-cı ildən dialoq tərəfdaşı olan ölkəmiz, 2025-ci il Tiencin Sammitində qəbul edilən qərara əsasən rəsmi olaraq “ŞƏT tərəfdaşı” statusunu alıb. Bu məanada təşkilatın Bişkekdə keçirilən Zirvə toplantısında Prezident İlham Əliyevin iştirakı mühüm əhəmiyyət kəsb etdi. Həmçinin burada keçirdiyi ikitərəfli yüksək səviyyəli görüşlər Azərbaycan diplomatiyasının növbəti böyük uğuru oldu. 

Avqustun 31-də Prezident İlham Əliyevin Bişkekdə ŞƏT Zirvə toplantısı çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian və Ermənistan baş naziri Nikol Paşinyanla görüşü olub. Ölkəmizin rəhbəri həmçinin sentyabrın 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.  


Yüksək səviyyəli görüşlər


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə keçirilən görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub, münasibətlərimizin dərinləşdirilməsində yüksək səviyyədə qarşılıqlı səfərlərin və təmasların önəmi vurğulanıb. Nəqliyyat-logistika məsələləri müzakirə olunub, Orta Dəhlizin əhəmiyyətinə toxunulub, bu istiqamətdə Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısının İran Prezidenti Məsud Pezeşkian ilə görüşü zamanı İran Prezidenti ölkəsinin üzləşdiyi bu çətin vəziyyətdə Prezident İlham Əliyevin mövqeyinin, nümayiş etdirdiyi dəstəyin, verdiyi başsağlığının, həmçinin Azərbaycan tərəfindən göstərilən humanitar yardımın İran dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayıb. 

Əlaqələrimizin inkişaf etdirilməsi üçün çox yaxşı imkanların olduğunu deyən İran Prezidenti Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlı olduqlarını qeyd edib.

Dövlətimizin başçısı da öz növbəsində İranın üzləşdiyi bu şəraitdə Azərbaycanın yardımının qardaşlıq nümunəsi olduğunu vurğulayıb və ölkəmizin İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. 

Ermənistan Baş naziri Nikol Paşinyanla  görüş zamanı liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.

 Sentyabrın 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı vurğulanaraq, bütün istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsindən məmnunluq ifadə olunub.

Ölkələrimizin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanında olduğu xüsusi qeyd edilib. Eyni zamanda regional sülhün və sabitliyin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi nəhəng platformada fəal təmsil olunması sadəcə diplomatik uğur deyil, həm də ölkəmizin milli maraqlarının, iqtisadi və geosiyasi gələcəyinin parlaq təminatıdır. 

Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu uzaqgörən xarici siyasət Azərbaycanı təkcə regionda deyil, qlobal arenada söz sahibi olan, hörmət edilən və qərarları ilə hesablaşılan güclü siyasi mərkəzə çevirib. Bu yolda atılan hər bir addım dövlətimizin qüdrətinin və xalqımızın rifahının daha da artmasına xidmət edir.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda dəniz, atlar və polo həyəcanı

19:19
01 Sentyabr

Bakıdakı Formula 1 tribunaları 21 mini keçdi  

19:03
01 Sentyabr

89 uşaq ailə sevgisinə qovuşub

19:00
01 Sentyabr

Naxçıvanda taxıl istehsalı 22 faiz artıb

18:58
01 Sentyabr

Moskvada kilsənin qarşısında qanlı olay

18:55
01 Sentyabr

İllərlə davam edən gözləntiyə son

18:53
01 Sentyabr

Azərbaycanda innovasiya ekosisteminin formalaşdırılması üçün yeni qanunvericilik layihələri hazırlanıb

18:51
01 Sentyabr

Balıqçı torları və tilovları yenidən suya atılır

18:49
01 Sentyabr

Azərbaycanın uğurları ŞƏT platformasından dünyaya bəyan olundu

18:43
01 Sentyabr

Geosiyasi gücün və uğurlu diplomatiyanın təzahürü

18:41
01 Sentyabr

Bakı-Bişkek: ortaq maraqlar Orta dəhlizdə kəsişir   

18:37
01 Sentyabr

Azad olunmuş ərazilərdə təhlükəsizliyi artırmaq üçün minaaxtaran itlər cəlb olunacaq

17:27
01 Sentyabr

“Azəralüminium”un ixrac gəlirləri 46 faizədək artıb  

17:25
01 Sentyabr

Azərbaycanda 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

17:22
01 Sentyabr

Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib

17:20
01 Sentyabr

Milli Qəhrəman Kazımağa Kərimovun 75 illik yubileyi məzarı başında qeyd olunub 

17:17
01 Sentyabr

Britaniyalı ekspert: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı mərkəzinə çevrilir 

17:15
01 Sentyabr

Avrasiyanın yeni bağlantı xəritəsində Azərbaycanın strateji rolu

17:12
01 Sentyabr

Nikol Paşinyan: Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq edirik

16:25
01 Sentyabr

Azərbaycan-ŞƏT münasibətləri: yeni mərhələnin siyasi və geoiqtisadi məzmunu  

16:22
01 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək

16:20
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!