21 Sentyabr 2026 13:07
627
SİYASƏT
A- A+
Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının XI Konfransı keçirilib  

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının XI Konfransı keçirilib  


Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının XI konfransı keçirilib. Konfransda Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rəşad Mahmudov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, YAP Astara rayon təşkilatının ərazi partiya təşkilat sədrləri, partiya veteranları və fəalları iştirak ediblər.

Konfrans iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Astara şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda müasir müstəqil Azərbaycanın banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov rayon təşkilatının son beş ildə gördüyü işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edərək bildirib: “1992-ci ilin 21 noyabrı Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş, yaddaşlarda yaşayan unudulmaz bir günə çevrilmişdir. Yeni Azərbaycan Partiyası xalqımızın Ümummilli Lideri Heydər Əliyevin nurlu zəkasından, xalqın dahi Heydər Əliyevə olan sevgisindən və inamından, zamanın zəruri tələbindən yaranmışdır.  

Azərbaycanı zəfərlərdən-zəfərlərə qovuşduran, Ulu Öndər Heydər Əliyevin siyasi ideyalarının əsas daşıyıcısı, Heydər Əliyev məktəbi olan Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin qətiyyətli fəaliyyəti ilə daha da güclənərək ölkəmizin qurtuluş simvoluna çevrilib. Sıralarında 800 minə yaxın partiya üzvünü birləşdirən Yeni Azərbaycan Partiyası Azərbaycanın qazandığı uğurların, yetişdiyi hədəflərin siyasi qərargahı, ideoloji iqamətgahı, alternativsiz və yeganə siyasi güc mənbəyidir. Yeni Azərbaycan Partiyasının 34 illik yüksəliş yolu ölkəmizin yaxın keçmişinin şərəf salnaməsi, vətənə, xalqa, dövlətə xidmət nümunəsidir.

Yeni Azərbaycan Partiyasının qazandığı uğurlarda, əldə etdiyi nailiyyətlərdə 1993-cü ilin iyul ayında təsis olunan, sıralarında 7 min 883 nəfər partiya üzvünü  birləşdirən YAP Astara rayon təşkilatının özünəməxsus rolu vardır”.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası müasir, müstəqil, suveren Azərbaycanın həyatında mühüm yer tutan, ölkəmizin iqtisadi-siyasi inkişafında əvəzsiz xidmətləri olan böyük siyasi qüvvədir. Ölkənin ağır günlərində, mürəkkəb bir siyasi şəraitdə yaranmış partiyanın rəhbərliyi ilə ötən dövr ərzində Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızın qorunması və xalqımızın rifahının yüksəldilməsi istiqamətində mühüm işlər görülmüşdür. Görkəmli və mahir siyasətçi olan Heydər Əliyev Azərbaycanın dövlətçiliyini xilas etmək, xalqı mövcud fəlakətdən qurtarmaq üçün müraciətləri qəbul edərək Yeni Azərbaycan Partiyasının yaradılmasına və bu partiyaya rəhbərlik etməyə razılıq verməklə əslində bugünkü güclü Azərbaycanın təməlini qoymuş oldu.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının sədri olan, Ulu Öndərimizin varisçilik ənənələrinə daim sadiq qalan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə müstəqil Azərbaycan dövləti dünyanın ən sabit, ən mütərəqqi və sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılması, Azərbaycanla bağlı həqiqətlərin ən mötəbər səviyyədə qəbul etdirilməsi dövlətimizin başçısının diplomatiyasının məntiqi nəticəsidir. 

Bu gün tam əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyasının keçdiyi yol müasir Azərbaycanın inkişaf yolu ilə sıx bağlıdır. Ölkəmizin siyasi sabitliyinin qorunması, iqtisadi qüdrətinin artırılması, regionların sosial-iqtisadi inkişafının təmin olunması və Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət öz müsbət nəticələrini verməkdədir. Ölkəmizin əldə etdiyi nailiyyətlərin əsasında güclü dövlətçilik siyasəti, xalq-iqtidar birliyi və cəmiyyətimizin sabitliyə, inkişafa və tərəqqiyə olan inamı dayanır.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yoluna və ideyalarına sadiq olan astaralılar  möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti ürəkdən bəyənir və dəstəkləyirlər. Bu inam və sədaqət astaralıların dövlətimizə və Azərbaycanın parlaq gələcəyinə olan sarsılmaz bağlılığının ifadəsidir. Yeni Azərbaycan Partiyasının sıralarında birləşən çoxsaylı üzvlər Ulu Öndərin siyasi irsinə sədaqətlə xidmət etməyi özlərinin vətəndaşlıq borcu hesab edir, ölkəmizin və rayonun ictimai-siyasi həyatında həmişə fəallıq göstərirlər. Ölkədə keçirilmiş Prezident, Milli Məclis və bələdiyyə seçkilərində seçicilərin mütəşəkkilliklə Yeni Azərbaycan Partiyasının  namizədlərinə səs verməsi buna sübutdur.

Xalq-iqtidar birliyinin nəticəsi idi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman oğullarımızın fədakarlığı ilə 30 il işğalda olan torpaqlarımız cəmi 44 gün ərzində düşmən tapdağından azad edildi. İndi xalqımız böyük Zəfərin sevincini yaşayır. Azad Qarabağımızın hər tərəfində şərəflə dalğalanan Azərbaycan Bayrağı bizə sonsuz qürur verir. Vəhşi düşmən tərəfindən dağıdılaraq, xarabalığa çevrilmiş, talan edilmiş torpaqlarda sürətli quruculuq işlərini görəndə ürəyimiz dağa dönür. Bu gün qazanılan hər bir uğur bizi hədsiz sevindirir, daha böyük nailiyyətlərin əldə edilməsinə ruhlandırır. 

Əminəm ki, Yeni Azərbaycan Partiyasının üzvləri və bütün xalqımız həmişə olduğu kimi bundan sonra da partiyanın sədri, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək səmərəli fəaliyyətləri ilə dövlətimizin inkişafına və cəmiyyətimizin tərəqqisinə layiqli töhfələr verəcəklər”.

YAP rayon təşkilatının Astara Pedaqoji Kolleci ərazi partiya təşkilat sədri professor, şəhid atası Kamran Kazımov, Astara Təhsil Sektoru ərazi partiya təşkilat sədri Xədicə Əliyeva, Astara rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov konfransda çıxış etmiş, rayon təşkilatının 2021-2026-cı illər üzrə fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov VII Qurultaydan ötən dövr ərzində görülmüş işlərdən danışaraq, möhtərəm Prezidentimiz İlham Əliyevin  müdrik rəhbərliyi ilə ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirildiyini bildirmişdir. Bu poseslərdə Yeni Azərbaycan Partiyasının daim ön sırada olduğunu və bundan sonra da ön sıralarda olacağını qeyd edən Əli Axundov növbəti dövr üçün qarşıda duran vəzifələrdən danışmış, YAP Astara rayon təşkilatına fəaliyyətində uğurlar arzulamışdır.   

Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələrin seçilməsi ilə konfrans işini başa çatdırmışdır.


Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT xəbərdarlıq edir: 800 milyon gənc işsiz qala bilər  

19:56
20 Oktyabr

Almaniya hərbi təlimlərə başlayıb

19:11
20 Oktyabr

Pekində yaşlı əhali sürətlə artır  

18:54
20 Oktyabr

Xorvat iş adamları Qarabağın bərpası istiqamətində reallaşdırılan layihələrdə iştiraka dəvət olunub  

18:37
20 Oktyabr

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb  

18:36
20 Oktyabr

 Yeni ağıllı tərəzi təqdim edilib

18:34
20 Oktyabr

Avropa süni intellekt yarışında ABŞ və Çindən geridə qalır

18:26
20 Oktyabr

BMT: Əfqanıstanda 19 milyondan çox insan qış mövsümündə aclıq təhlükəsi ilə üzləşə bilər  

18:15
20 Oktyabr

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

18:09
20 Oktyabr

Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb  

18:05
20 Oktyabr

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

18:03
20 Oktyabr

Kaliforniyada təhlükəli virus yayılır

18:03
20 Oktyabr

Kolumbiyada helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər xəsarət alıb  

17:53
20 Oktyabr

ABŞ Korporasiyası ilə Azərbaycanda süni intellekt məlumat mərkəzlərinin yaradılması müzakirə edilib  

17:52
20 Oktyabr

Sirkənin qaraciyəri qorumaq qabiliyyətinin olduğu ortaya çıxıb  

17:46
20 Oktyabr

İngiltərənin şərqində 2 min il yaşı olan kiçik ev itinin skeleti aşkar edilib  

17:21
20 Oktyabr

“Google Cloud”da problem yaranıb

17:17
20 Oktyabr

Cavanlaşmağın sirri “ölümsüz meduza”da ola bilər? 

17:16
20 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək  

17:15
20 Oktyabr

Bakıda “Rəqəmsal Maliyyə Ekosistemi” mövzusunda konfrans keçiriləcək  

17:14
20 Oktyabr

Alberta Kanadanın tərkibində qalacaq  

17:11
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!