20 Oktyabr 2026 17:16
247
DÜNYA
A- A+
Cavanlaşmağın sirri “ölümsüz meduza”da ola bilər? 

Cavanlaşmağın sirri “ölümsüz meduza”da ola bilər? 


“Ölümsüz meduza” öz həyat dövrünü geriyə çevirərək yenidən cavanlaşmaq qabiliyyətinə malikdir. Alimlər insan hüceyrələrinin də cavanlaşması yollarını tapmaq üçün bu canlının hüceyrə səviyyəsindəki sirləri üzə çıxarmağa çalışırlar.

“Turritopsis dohrnii” adlı kiçik, şəffaf meduzanı ilə bağlı təcrübə aparan Texas A&M Universitetinin dəniz bioloqu Mariya Miglietta bu canlıların hər dəfə ölümə qalib gəldiyini bacardığını bildirir. Stressə məruz qaldıqda onlar hərəkətlərini dayandırır və saxlandıqları qabın dibinə çökürlər. Daha sonra bu canlılar hüceyrə yığınlarına çevrilirlər, belə ki, yetkin meduzalara xas olan, qolları və çətirvari forması ilə seçilən quruluşdan əsər-əlamət qalmır. Bir-üç gün ərzində bu hüceyrə yumağından polip adlanan bir quruluş — meduzanın həyat dövrünün erkən mərhələsi  tumurcuqlanaraq ayrılır və sonradan koloniyaya çevrilir və bu koloniya isə zaman keçdikcə yeni meduzalar əmələ gətirir.

Miglietta deyir ki, ölməyən tək bir meduzadan yüzlərlə yenisini yarada bilən bir koloniya əmələ gəlir.  Üstəlik, bu yeni meduzaların hər biri prinsipcə eyni şəkildə cavanlaşa bilir, yəni zamanı geriyə, gənclik dövrünə qaytarmaq üçün sanki tükənməz bir qabiliyyət nümayiş etdirirlər. 

Miglietta və digər alimlər hazırda “Turritopsis dohrnii” növünün ölümü məğlub etməsini mümkün edən genetik və molekulyar prosesləri tədqiq edirlər. Bu sirləri açmaqla, alimlər gələcəkdə insanlarda da oxşar prosesləri işə salmağın mümkün olub-olmadığını araşdırmağa ümid edirlər. Məqsəd yaşlı insanları tamamilə elmi fantastika sahəsinə aid olan bir fikir kimi "Benjamin Batton" tərzində yenidən körpəyə çevirmək deyil, əksinə, hüceyrə və toxumaları daha gənc vəziyyətə qaytararaq yaraların sağalmasına və yaşla bağlı xəstəliklərin müalicəsinə nail olmaqdır.

Johns Hopkins Universitetinin uşaq onkoloqu, alimi Maykl Koldobski düşünür ki, bu sahədəki ən ali məqsəd regenerativ biologiya ola bilər, yəni qocalıqla əlaqəli degenerasiya və ya tənəzzül proseslərini geri çevirməyə çalışmaq: “Bunu insanların xeyrinə tətbiq etməkdən hələ çox uzağıq, lakin hesab edirəm ki, milyonlarla il əvvəl bu cür prosesləri təkamül yolu ilə qazanmış canlıları öyrənmək gələcəkdə həqiqətən böyük fayda verə bilər".

Qeyd edək ki, “Turritopsis dohrnii” növünün regenerasiya qabiliyyətləri ilk dəfə 1992-ci ildə bu canlıları laboratoriyada saxlayan və həftəsonu onları yemləməyi unudan bir italyan alim tərəfindən aşkar edilib. Miqlietta bildirir ki, alim geri qayıdanda canlıların ölmüş olacağını gözləsə də, əvəzində qabın içində yeni poliplər aşkar edib. Çox keçmədən, İtaliyanın Salento Universitetindən olan bioloq Stefano Piraino bu cavanlaşma möcüzəsinin necə mümkün olduğuna maraq göstərməyə başlayıb. Embrionlar inkişaf etdikcə "kök hüceyrələr" adlanan hüceyrələr çoxalır və bədəni təşkil edən sinir, əzələ və digər müxtəlif növ hüceyrələrə çevrilirlər. Adətən bu hüceyrələr yaşlanıb ölənə qədər həmin xüsusi hüceyrə növü kimi qalırlar. Lakin Piraino aşkar edib ki, "ölümsüz meduza" cavanlaşarkən, onun bədənindəki müəyyən toxumalar transdifferensiasiya (növ dəyişməsi) prosesindən keçir, onlar yenidən kök hüceyrəyə bənzər vəziyyətə qayıdır, daha sonra isə başqa növ hüceyrələrə çevrilirlər.

“Turritopsis dohrnii”nin cavanlaşmaq qabiliyyəti ona "ölməz meduza" ləqəbini qazandırıb. Alimlərin bildiyinə görə, o, heyvanlar aləmində unikaldır. Bəzi kərtənkələlər, qurdlar və suda-quruda yaşayanlar itirilmiş və ya zədələnmiş bədən hissələrini bərpa edə bilsələr də, heç biri yetkin orqanizmi yenidən körpə mərhələsinə qaytarmaq baxımından onunla müqayisə oluna bilməz. “Turritopsis dohrnii” qocalma və ölümün həmişə bioloji qaçılmazlıq olmadığını göstərən diqqətçəkən bir nümunə olsa da,  alimlər onun sonda təbii yolla ölmə ehtimalını tam istisna edə bilmirlər.

Bu gün Miglietta və digərləri hüceyrələrin zaman etibarilə geriyə qayıtmasına imkan verən genetik prosesləri araşdırırlar. Koldobskinin sözlərinə görə, əsas məqsəd bu prosesi idarə edən molekulyar açarı müəyyən etməkdir. Əgər eyni idarəedici mexanizm insanlarda da mövcuddursa, onu işə salmaqla insan hüceyrələrini daha gənc vəziyyətə qaytarmaq mümkün olar. Əgər bu reallaşarsa, yaraların və ya insult, yaxud ürək tutması nəticəsində zədələnmiş toxumaların sağalması sürətlənə bilər, hətta yaşla bağlı görmə itkisi və ya Altsheymer xəstəliyində müşahidə olunan neyrodegenerasiya nəticəsində yaranan problemlər aradan qaldırıla bilər.  

Tədqiqat hələ yeni mərhələdədir, lakin artıq bəzi ipuclarını üzə çıxmağa başlayıb. İspaniyanın Oviedo Universitetindən molekulyar bioloq və bioinformatik Viktor Kesada bildirir ki, 2022-ci ildə aparılan bir araşdırmada tədqiqatçılar qrupu  “Turritopsis dohrnii” növünün genlərini cavanlaşma qabiliyyəti məlum olmayan, lakin onunla qohum olan başqa bir növün genləri ilə müqayisə ediblər. Bununla belə həmin növün cavanlaşma qabiliyyətinin olmadığını dəqiq söyləmək çətindir, çünki bir çox meduza növü hələ tam öyrənilməyib.

Hazırda alimlər məməli hüceyrələrində cavanlaşmaya bənzər prosesləri stimullaşdırmaq üçün müəyyən üsullar aşkar ediblər, lakin bunların insan toxumalarına tətbiqi çətinliklər yaradıb. Koldobski ümid edir ki, “Turritopsis dohrnii” növünün öyrənilməsi bu məqsədə çatmaq üçün başqa, daha effektiv yolların üzə çıxmasına səbəb ola bilər.

İspaniya Dəniz Elmləri İnstitutundan olan və 2022-ci ildə Kesada ilə birlikdə tədqiqat aparan Maria Paskual-Torner bildirir ki, “ölümsüz meduza” bizə mühüm bir dərs verir: "O, cavanlaşmaq və nəzəri cəhətdən qocalıqdan ölməmək qabiliyyətinə malik olsa da, eyni zamanda,  son dərəcə həssas bir orqanizmdir. Həmçinin bizə xatırladır ki, həyat və ölüm eyni reallığın ayrılmaz hissələridir. Başqa sözlə, təbiətin ən ölməz orqanizmi belə ölümlə üzləşməyə məhkumdur”.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

18:09
20 Oktyabr

Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb  

18:05
20 Oktyabr

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

18:03
20 Oktyabr

Kaliforniyada təhlükəli virus yayılır

18:03
20 Oktyabr

Kolumbiyada helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər xəsarət alıb  

17:53
20 Oktyabr

ABŞ Korporasiyası ilə Azərbaycanda süni intellekt məlumat mərkəzlərinin yaradılması müzakirə edilib  

17:52
20 Oktyabr

Sirkənin qaraciyəri qorumaq qabiliyyətinin olduğu ortaya çıxıb  

17:46
20 Oktyabr

İngiltərənin şərqində 2 min il yaşı olan kiçik ev itinin skeleti aşkar edilib  

17:21
20 Oktyabr

“Google Cloud”da problem yaranıb

17:17
20 Oktyabr

Cavanlaşmağın sirri “ölümsüz meduza”da ola bilər? 

17:16
20 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək  

17:15
20 Oktyabr

Bakıda “Rəqəmsal Maliyyə Ekosistemi” mövzusunda konfrans keçiriləcək  

17:14
20 Oktyabr

Alberta Kanadanın tərkibində qalacaq  

17:11
20 Oktyabr

Yaponiya ABŞ-dən bu məsələ ilə bağlı kömək istəyib  

17:09
20 Oktyabr

Süni intellekt əsaslı köməkçi hansı imkanları təqdim edir?

17:09
20 Oktyabr

Katalon separatçılarının liderinə İspaniyaya qayıtmağa icazə verilib  

16:53
20 Oktyabr

Şabranda gələcəyin bacarıqları və ömürboyu öyrənmə gündəmə gəlib  

16:49
20 Oktyabr

Milli Məclisin sədri TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib

16:45
20 Oktyabr

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 6 məsələni plenar iclasa tövsiyə edib

16:41
20 Oktyabr

Səbinə Əliyeva Almaniya səfirinə Ombudsman Aparatının fəaliyyəti barədə məlumat verib  

16:38
20 Oktyabr

Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM

16:25
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!