20 Oktyabr 2026 16:53
160
DÜNYA
A- A+
Katalon separatçılarının liderinə İspaniyaya qayıtmağa icazə verilib  

Katalon separatçılarının liderinə İspaniyaya qayıtmağa icazə verilib  


İspaniya Ali Məhkəməsi 9 il əvvəl Kataloniyanın müstəqilliyini elan edən və o vaxtdan bəri Belçikada mühacirətdə yaşayan keçmiş "Kataloniya prezidenti" Karles Puçdemonun həbs qorxusu olmadan vətəninə qayıda biləcəyinə qərar verib.

Xatırladaq ki, 2024-cü ildə İspaniyada parlament və hökumət dəyişikliyindən sonra separatçı hərəkata və 2017-ci il referendumuna qatılan onlarla kataloniyalı siyasətçi və fəal əfv olunmuşdur. Lakin o vaxt Ali Məhkəmə əfvin Puçdemont və onun bir neçə tərəfdaşına qarşı irəli sürülən mənimsəmə ittihamlarına şamil edilmədiyi barədə qərar çıxarmışdır. Separatçılarla Rusiya arasında şübhəli gizli sövdələşməni araşdıran başqa bir hakim də əfvin Puçdemon daxil olmaqla, həmin işdə təqsirləndirilən şəxslərə şamil edilmədiyinə qərar vermişdir.

Bu günlər isə İspaniyanın Konstitusiya Məhkəməsi Puçdemon və onun tərəfdaşlarına əfvin tətbiq edilməməsi qərarını ləğv edib. Bu qərardan Kataloniyanın müstəqilliyinə və hətta muxtariyyətinə qarşı çıxan ifrat sağçı Vox partiyası apellyasiya şikayəti versə də,  Ali Məhkəmə onu rədd edib. Nəticədə Karles Puçdemon və onun 'hökumət”indəki iki “nazir” - Lyuis Puş və Toni Komin artıq İspaniyaya qayıda bilərlər.

Qeyd edək ki, Puçdemon və onun tərəfdaşları müstəqillik elan etdikdən sonra Madrid Kataloniyada birbaşa idarəetmə tətbiq etmiş, yerli parlamenti buraxmış və erkən seçkilər təyin etmişdir. Puçdemon isə Belçikaya qaçmışdır. Amma 2024-cü ildə o, gözlənilmədən vətənində peyda olmuş və Barselonada keçirilən mitinqdə çıxış etmişdir. Polisin onu tapmaq və həbs etmək səyləri isə nəticəsiz qalmışdır. O, gizli yolla İspaniyadan qaça bilmişdir. 

Məhkəmənin son qərarından sonra onun İspaniyaya qayıdıb-qayıtmayacağı hələ  məlum deyil. BBC telekanalının qeyd etdiyi kimi, ötən müddətdə İspaniyada Kataloniyanın müstəqilliyi məsələsi arxa plana keçib. İndi ispanları, o cümlədən katalonları daha çox miqrasiya və mənzil qiymətləri rahatsız edir. Hətta Kataloniyanın özündə Puçdemonun JxCat partiyası bir çox tərəfdarını itirib, baxmayaraq ki, sorğularda ikinci və ya üçüncü yerdə qalır.


Rizvan CƏFƏROV


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İngiltərənin şərqində 2 min il yaşı olan kiçik ev itinin skeleti aşkar edilib  

17:21
20 Oktyabr

“Google Cloud”da problem yaranıb

17:17
20 Oktyabr

Cavanlaşmağın sirri “ölümsüz meduza”da ola bilər? 

17:16
20 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək  

17:15
20 Oktyabr

Bakıda “Rəqəmsal Maliyyə Ekosistemi” mövzusunda konfrans keçiriləcək  

17:14
20 Oktyabr

Alberta Kanadanın tərkibində qalacaq  

17:11
20 Oktyabr

Yaponiya ABŞ-dən bu məsələ ilə bağlı kömək istəyib  

17:09
20 Oktyabr

Süni intellekt əsaslı köməkçi hansı imkanları təqdim edir?

17:09
20 Oktyabr

Katalon separatçılarının liderinə İspaniyaya qayıtmağa icazə verilib  

16:53
20 Oktyabr

Şabranda gələcəyin bacarıqları və ömürboyu öyrənmə gündəmə gəlib  

16:49
20 Oktyabr

Milli Məclisin sədri TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib

16:45
20 Oktyabr

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 6 məsələni plenar iclasa tövsiyə edib

16:41
20 Oktyabr

Səbinə Əliyeva Almaniya səfirinə Ombudsman Aparatının fəaliyyəti barədə məlumat verib  

16:38
20 Oktyabr

Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM

16:25
20 Oktyabr

Abbas Əraqçi: İran-Rusiya münasibətləri heç vaxt bu qədər yaxın olmayıb  

16:23
20 Oktyabr

“Şahinlərin Görüşü-2026” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” təşkil olunub  VİDEO

16:14
20 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya qadın sahibkarlarının regional əməkdaşlığı müzakirə olunub  

16:13
20 Oktyabr

Eston deputat: Estoniya ilə Azərbaycan arasında dialoq və mədəni əlaqələr dərinləşir  

16:01
20 Oktyabr

Bakıda keçirilən dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VIII Zirvə Toplantısı başa çatıb

15:47
20 Oktyabr

Regiona barış gətirən qətiyyətli siyasət  

15:46
20 Oktyabr

Bakının qış mövsümünə hazırlıq işləri ilə bağlı hesabatlar dinlənilib  

15:41
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!