20 Oktyabr 2026 16:13
158
CƏMİYYƏT
A- A+
Azərbaycan və Mərkəzi Asiya qadın sahibkarlarının regional əməkdaşlığı müzakirə olunub  

Azərbaycan və Mərkəzi Asiya qadın sahibkarlarının regional əməkdaşlığı müzakirə olunub  


Oktyabrın 20-də Mərkəzi Asiya və Azərbaycan Qadın Liderlərinin Dialoqu çərçivəsində “Mərkəzi Asiya və Azərbaycanda qadın sahibkarlığı: iqtisadi inteqrasiya, yeni imkanlar və davamlı regional əməkdaşlıq” mövzusunda onlayn biznes-forum keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Forumda çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qadınların iqtisadi fəaliyyətə cəlb olunmasının inklüziv və davamlı inkişaf üçün əhəmiyyətini vurğulayıb, qadın sahibkarlığının yeni iş yerlərinin yaradılmasına töhfə verdiyini bildirib. Komitə sədri Azərbaycanda bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, qadınların maliyyə resurslarına çıxışının asanlaşdırılması, təlim və mentorluq proqramlarının həyata keçirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında qadın sahibkarlığı sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Biznes-forumda “İdeyadan qlobal bazara: qadın sahibkarlığının yeni imkanları” və “Qadın sahibkarların əməkdaşlığı: birgə layihələr və dayanıqlı iqtisadi tərəfdaşlıq” mövzularında sessiyalar keçirilib. Sessiyalarda qadın sahibkarların beynəlxalq bazarlara çıxışı, birgə biznes layihələrinin həyata keçirilməsi və regional iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Özbəkistan Ali Məclisi Senatının Gənclər, qadınlar, mədəniyyət və idman məsələləri komitəsinin sədri Orziqul Kozixonova, Qazaxıstan Qurultayının İqtisadi siyasət, sahibkarlıq və energetika komitəsinin sədri Natalya Qodunova, Qırğızıstan Joqorku Keneşinin deputatı Mavlyuda Kalberdiyeva, Tacikistan Ali Məclisi Milli Məclisinin üzvü Ruxşona Vosifconzoda və Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqının İdarə Heyətinin üzvü Ayna Durdılıyeva, sahibkarlar və digər rəsmi şəxslər çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Katalon separatçılarının liderinə İspaniyaya qayıtmağa icazə verilib  

16:53
20 Oktyabr

Şabranda gələcəyin bacarıqları və ömürboyu öyrənmə gündəmə gəlib  

16:49
20 Oktyabr

Milli Məclisin sədri TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib

16:45
20 Oktyabr

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 6 məsələni plenar iclasa tövsiyə edib

16:41
20 Oktyabr

Səbinə Əliyeva Almaniya səfirinə Ombudsman Aparatının fəaliyyəti barədə məlumat verib  

16:38
20 Oktyabr

Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM

16:25
20 Oktyabr

Abbas Əraqçi: İran-Rusiya münasibətləri heç vaxt bu qədər yaxın olmayıb  

16:23
20 Oktyabr

“Şahinlərin Görüşü-2026” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” təşkil olunub  VİDEO

16:14
20 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya qadın sahibkarlarının regional əməkdaşlığı müzakirə olunub  

16:13
20 Oktyabr

Eston deputat: Estoniya ilə Azərbaycan arasında dialoq və mədəni əlaqələr dərinləşir  

16:01
20 Oktyabr

Bakıda keçirilən dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VIII Zirvə Toplantısı başa çatıb

15:47
20 Oktyabr

Regiona barış gətirən qətiyyətli siyasət  

15:46
20 Oktyabr

Bakının qış mövsümünə hazırlıq işləri ilə bağlı hesabatlar dinlənilib  

15:41
20 Oktyabr

İndoneziyada “ASAN xidmət” təcrübəsi əsasında 300-dən çox mərkəz fəaliyyət göstərir  

15:28
20 Oktyabr

Fransanı xaosa sürükləyən yarıtmaz siyasət    

15:26
20 Oktyabr

Növbəti üç gündə bəzi yerlərdə yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

15:14
20 Oktyabr

“Şərqi Azəri” platformasından 20 il ərzində 645 milyon bareldən çox neft hasil edilib  

15:01
20 Oktyabr

Prezident Sadır Japarov Azərbaycanla müttəfiqlik münasibətlərinin əhəmiyyətini vurğulayıb

14:49
20 Oktyabr

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşı saxlanılıb  

14:48
20 Oktyabr

Zəngilanda Şəhər Günü qeyd olunur

14:36
20 Oktyabr

Qazaxıstan Qurultayının sədri: Azərbaycan parlamenti ilə əlaqələrin inkişafında maraqlıyıq  

14:35
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!