20 Oktyabr 2026 14:35
234
SİYASƏT
A- A+
Qazaxıstan Qurultayının sədri: Azərbaycan parlamenti ilə əlaqələrin inkişafında maraqlıyıq  

Qazaxıstan Qurultayının sədri: Azərbaycan parlamenti ilə əlaqələrin inkişafında maraqlıyıq  


Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfəri çərçivəsində Qazaxıstan Respublikası Qurultayının sədri Aybek Dadebay ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Aybek Dadebay, ilk növbədə, Qurultayın sədri seçilməsi münasibətilə Sahibə Qafarovanın ünvanladığı təbrikə görə təşəkkürünü bildirib.

Söhbət zamanı Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin gündən-günə inkişaf etdiyi bildirilib. Ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının rolunun mühüm olduğu vurğulanıb, onların birgə səyləri nəticəsində əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdiyi diqqətə çatdırılıb. Tərəflər parlamentlərimizin TÜRKPA çərçivəsində əməkdaşlığının əhəmiyyətini vurğulayıblar.

Aybek Dadebay Azərbaycan parlamenti ilə əlaqələrin bundan sonra da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. O, parlamentlərarası əməkdaşlığın həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində genişləndirilməsinin vacibliyini vurğulayıb.

Sahibə Qafarova Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin möhkəm tarixi köklərə, ortaq mədəni-mənəvi dəyərlərə və xalqlarımızı birləşdirən qardaşlıq bağlarına əsaslandığını bildirib. O, dövlət başçıları arasında mövcud dostluq münasibətlərinin ölkələrimiz arasındakı əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Milli Məclisin sədri Aybek Dadebayı Qurultayın sədri seçilməsi münasibətilə bir daha təbrik edib və parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində birgə işləməyə hazır olduqlarını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Sadır Japarov Azərbaycanla müttəfiqlik münasibətlərinin əhəmiyyətini vurğulayıb

14:49
20 Oktyabr

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşı saxlanılıb  

14:48
20 Oktyabr

Zəngilanda Şəhər Günü qeyd olunur

14:36
20 Oktyabr

Qazaxıstan Qurultayının sədri: Azərbaycan parlamenti ilə əlaqələrin inkişafında maraqlıyıq  

14:35
20 Oktyabr

Hafiz Səfixanov: Vətən müharibəsindən sonra 443 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub  

14:34
20 Oktyabr

DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

14:33
20 Oktyabr

Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub  

14:32
20 Oktyabr

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq 

14:31
20 Oktyabr

Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

14:30
20 Oktyabr

ARDNF dövlət büdcəsinə 9,6 milyard manat köçürüb

14:29
20 Oktyabr

ARDNF-nin investisiya portfelində ABŞ dollarının payı 3 faizdən çox artıb  

14:25
20 Oktyabr

ARDNF-nin “Şahdəniz” yatağından əldə etdiyi gəlirlər açıqlanıb

14:18
20 Oktyabr

Nazir: “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” Avropaya ildə 20 teravat-saat elektrik enerjisi ötürə bilər  

14:11
20 Oktyabr

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları ötüb

14:10
20 Oktyabr

Zəngilan doğma sakinlərinin qayıdışı ilə yeni inkişaf dövrünü yaşayır  

14:04
20 Oktyabr

Yaxın Şərq problemi həll olunmasa Avropada problemlər daha da artacaq

14:01
20 Oktyabr

“Azəri-Çıraq-Günəşli” yatağından ARDNF-yə daxil olan gəlirlər 6 faizdən çox artıb

13:51
20 Oktyabr

Kiyev-Odessa avtomagistralına dron hücumu nəticəsində 3 nəfər ölüb  

13:39
20 Oktyabr

Azərbaycan nefti 118 dollara satılır 

13:36
20 Oktyabr

Milli Məclisin sədri: TÜRKPA çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk  

13:23
20 Oktyabr

Nazir: Bu il Azərbaycanda bərpaolunan enerjinin elektrik istehsalında payı 20 faizə yüksəlib  

13:09
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!