20 Oktyabr 2026 14:04
244
SİYASƏT
A- A+
Zəngilan doğma sakinlərinin qayıdışı ilə yeni inkişaf dövrünü yaşayır  

Zəngilan doğma sakinlərinin qayıdışı ilə yeni inkişaf dövrünü yaşayır  


20 Oktyabr – Zəngilan şəhəri günü xalqımızın tarixi yaddaşında mühüm yer tutan əlamətdar gündür. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün bərpasının, xalqımızın birliyinin və iradəsinin təntənəsi kimi xüsusi məna daşıyır.

2020-ci il oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Zəngilan şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edildiyini elan etdi. Bu tarixi müjdə uzun illər doğma yurd həsrəti ilə yaşayan zəngilanlılara böyük sevinc bəxş etdi. Zəngilanın azad olunması Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin qəhrəmanlığını və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirdi.

1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunan Zəngilanın sakinləri ağır sınaqlarla üzləşdilər. Rayon əhalisi 67 gün mühasirə şəraitində mübarizə apardıqdan sonra doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldı. Lakin zəngilanlılar Vətənə qayıdacaqlarına olan inamlarını itirmədilər. 2020-ci ildə qazanılan tarixi Qələbə bu arzunun gerçəkləşməsi üçün şərait yaratdı.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri Zəngilanın həyatında yeni mərhələnin əsasını qoydu. Böyük Qayıdış proqramı çərçivəsində şəhərdə və kəndlərdə yaşayış evləri tikilir, yollar və kommunikasiya xətləri yenilənir, sosial infrastruktur yaradılır. Məqsəd insanların doğma yurdlarında təhlükəsiz və rahat yaşaması, işləməsi və gələcəyini qurması üçün zəruri şərait yaratmaqdır.

Ağalı kəndində yaradılmış müasir “Ağıllı kənd” modeli bu istiqamətdə həyata keçirilən işlərin uğurlu nümunəsidir. Müasir texnologiyaların tətbiqi, yaşayış evlərinin və sosial obyektlərin inşası kəndin dayanıqlı inkişafına imkan yaradır. Ağalı təcrübəsi Zəngilanın müasir yaşayış məkanına çevrilməsi istiqamətində atılan addımların əhəmiyyətini göstərir.

Zəngilanın inkişafında nəqliyyat və logistika layihələri də mühüm rol oynayır. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və avtomobil yolu layihələri bölgənin nəqliyyat imkanlarını genişləndirir, iqtisadi əlaqələrin inkişafına şərait yaradır. 

Rayonun iqtisadi potensialının reallaşdırılması üçün kənd təsərrüfatı, turizm və sahibkarlıq sahələrində də layihələr həyata keçirilir. “Dost Aqropark” kənd təsərrüfatının inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə verir. Turizm infrastrukturunun genişləndirilməsi isə Zəngilanın bu sahədə imkanlarının artırılmasına xidmət edir.

Böyük Qayıdış proqramı çərçivəsində ailələrin doğma yurda qayıtması Zəngilanın yenidən canlanmasının ən mühüm göstəricilərindəndir. Hər yeni yaşayış məntəqəsinin istifadəyə verilməsi və hər ailənin doğma torpağında məskunlaşması tarixi qələbəmizin real nəticələrini əks etdirir.

Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər və həyata keçirilən layihələr Zəngilanın iqtisadi potensialının daha da güclənməsinə, əhalinin rifahının yüksəlməsinə və rayonun ölkəmizin inkişafına töhfəsinin artmasına imkan verəcək.

20 Oktyabr – Zəngilan şəhəri günü münasibətilə bütün zəngilanlıları və xalqımızı ürəkdən təbrik edirəm. Doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm.


Fatma Yıldırım,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Sadır Japarov Azərbaycanla müttəfiqlik münasibətlərinin əhəmiyyətini vurğulayıb

14:49
20 Oktyabr

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşı saxlanılıb  

14:48
20 Oktyabr

Zəngilanda Şəhər Günü qeyd olunur

14:36
20 Oktyabr

Qazaxıstan Qurultayının sədri: Azərbaycan parlamenti ilə əlaqələrin inkişafında maraqlıyıq  

14:35
20 Oktyabr

Hafiz Səfixanov: Vətən müharibəsindən sonra 443 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub  

14:34
20 Oktyabr

DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

14:33
20 Oktyabr

Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub  

14:32
20 Oktyabr

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq 

14:31
20 Oktyabr

Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

14:30
20 Oktyabr

ARDNF dövlət büdcəsinə 9,6 milyard manat köçürüb

14:29
20 Oktyabr

ARDNF-nin investisiya portfelində ABŞ dollarının payı 3 faizdən çox artıb  

14:25
20 Oktyabr

ARDNF-nin “Şahdəniz” yatağından əldə etdiyi gəlirlər açıqlanıb

14:18
20 Oktyabr

Nazir: “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” Avropaya ildə 20 teravat-saat elektrik enerjisi ötürə bilər  

14:11
20 Oktyabr

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları ötüb

14:10
20 Oktyabr

Zəngilan doğma sakinlərinin qayıdışı ilə yeni inkişaf dövrünü yaşayır  

14:04
20 Oktyabr

Yaxın Şərq problemi həll olunmasa Avropada problemlər daha da artacaq

14:01
20 Oktyabr

“Azəri-Çıraq-Günəşli” yatağından ARDNF-yə daxil olan gəlirlər 6 faizdən çox artıb

13:51
20 Oktyabr

Kiyev-Odessa avtomagistralına dron hücumu nəticəsində 3 nəfər ölüb  

13:39
20 Oktyabr

Azərbaycan nefti 118 dollara satılır 

13:36
20 Oktyabr

Milli Məclisin sədri: TÜRKPA çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk  

13:23
20 Oktyabr

Nazir: Bu il Azərbaycanda bərpaolunan enerjinin elektrik istehsalında payı 20 faizə yüksəlib  

13:09
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!