20 Oktyabr 2026 16:41
163
İQTİSADİYYAT
A- A+
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 6 məsələni plenar iclasa tövsiyə edib

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 6 məsələni plenar iclasa tövsiyə edib


Oktyabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə 6 məsələ daxil edilib.

Komitənin sədri Azər Əmiraslanov birinci məsələnin Hafiz Mahir oğlu İsmayılbəylinin Azərbaycan Respublikası Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyinə dair rəy barəsində olduğunu bildirib. O, Hesablama Palatasının Milli Məclis tərəfindən yaradılan ali audit orqanı olduğunu, Palatanın auditorlarının Parlament sədrinin təqdimatı əsasında vəzifəyə təyin edildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, H.İsmayılbəylinin namizədliyinin yenidən irəli sürülməsi onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır. Onun Hesablama Palatasının auditorlarına dair müəyyən edilmiş tələb və meyarlara tamamilə cavab verdiyi söylənilib. Komitə onun peşəkarlığını və iş təcrübəsini nəzərə alaraq, Hesablama Palatasının auditoru vəzifəsinə təyin edilməsi barədə təqdimata müsbət rəyini bildirir.

Sonra iclasda “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) baxılıb. Təklif olunan dəyişikliklərin əsas məqsədi Qanunun 3.2.8-1-ci maddəsində sadalanan hüquqi şəxslər tərəfindən müəyyən maliyyə mənbələri istisna olmaqla digər maliyyə vəsaiti hesabına həyata keçirilən satınalmaları “Dövlət satınalmaları haqqında” Qanunun tətbiq dairəsindən çıxarmaqdır. Yeni 3.2.8-1-ci maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), həmin qurumun idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin satınalmalarını əhatə edir. İstisna, həmçinin onların təsisçisi və iştirakçısı olduqları hüquqi şəxslərin iştirak payına uyğun satınalmalarına şamil olunur. Qanunun tətbiq edilməməsi həmin satınalmaların digər maliyyə vəsaiti hesabına həyata keçirilməsi ilə şərtləndirilir.

Gündəliyin növbəti məsələsi – "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı komitə sədri bildirib ki, sənədə əsasən, Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək. Layihə Azərbaycan Respublikasında sekyuritizasiya fəaliyyətinin əsaslarını, sekyuritizasiya şirkətinə və xidmət agentinə dair tələbləri, aktivlərin sekyuritizasiya şirkətinə satılması, sekyuritizasiya planının tərtibi və təsdiqi, sekyuritizasiya olunmuş istiqrazların emissiyası, sekyuritizasiya fəaliyyəti üzrə risklərin idarə edilməsi və şəffaflıq üzrə tələbləri müəyyən edir.

İclasda, habelə “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi haqqında qanun layihəsi təqdim edilib. Məsələ barədə məlumat verən komitənin üzvü Zaur Şükürov bildirib ki, Radiorabitə Reqlamenti radiotezlik spektrindən və peyk orbitlərindən istifadəni beynəlxalq səviyyədə tənzimləyən müqavilədir. Onun əsas məqsədi radiotezliklərdən səmərəli və razılaşdırılmış istifadəni təmin etmək, radiorabitə xidmətlərinin işinə zərərli maneələrin qarşısını almaq və bu sahədə beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir.

Tədbirin sonunda “Elektron ticarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.

İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Kamran Əhmədov layihə barədə məlumat verərkən bildirib ki, təklif olunan dəyişikliklər sözügedən qanunda anlayış, prinsip və ödənişlərə dair bir sıra müddəaların müasir rəqəmsal ödəniş təcrübəsinə uyğunlaşdırılmasını nəzərdə tutur. Qeyd olunub ki, layihəyə əsasən, “Elektron ticarət haqqında” Qanunun yalnız ölkə ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan müddəası ləğv edilir.

Sənəddə, habelə “POS-terminal” anlayışı dəqiqləşdirilərək, nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) aparılması və nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq, o cümlədən lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihaz olaraq təqdim edilir. Bununla yanaşı, “texnoloji neytrallıq” anlayışı və müvafiq prinsip Qanuna daxil edilir. Həmçinin ödənişin həyata keçirilməsi ilə bağlı müddəalar təkmilləşdirilir. Yeni redaksiyaya uyğun olaraq, satıcı tərəfindən ödəniş üsulları (o cümlədən nağdsız ödənişlərin POS-terminal, elektron pul kisəsi və ya digər vasitələrlə aparılması) barədə məlumatların verilməsi təklif olunur. Digər dəyişikliyə əsasən, elektron ticarət çərçivəsində malların (işlərin, xidmətlərin) dəyərinin nağdsız ödənilməsi ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilir.

Aparılan müzakirələr zamanı çıxış edənlər sənəd barədə öz fikirlərini, qeyd və təkliflərini bildiriblər.

Komitədə müzakirəyə çıxarılan qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İngiltərənin şərqində 2 min il yaşı olan kiçik ev itinin skeleti aşkar edilib  

17:21
20 Oktyabr

“Google Cloud”da problem yaranıb

17:17
20 Oktyabr

Cavanlaşmağın sirri “ölümsüz meduza”da ola bilər? 

17:16
20 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək  

17:15
20 Oktyabr

Bakıda “Rəqəmsal Maliyyə Ekosistemi” mövzusunda konfrans keçiriləcək  

17:14
20 Oktyabr

Alberta Kanadanın tərkibində qalacaq  

17:11
20 Oktyabr

Yaponiya ABŞ-dən bu məsələ ilə bağlı kömək istəyib  

17:09
20 Oktyabr

Süni intellekt əsaslı köməkçi hansı imkanları təqdim edir?

17:09
20 Oktyabr

Katalon separatçılarının liderinə İspaniyaya qayıtmağa icazə verilib  

16:53
20 Oktyabr

Şabranda gələcəyin bacarıqları və ömürboyu öyrənmə gündəmə gəlib  

16:49
20 Oktyabr

Milli Məclisin sədri TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib

16:45
20 Oktyabr

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 6 məsələni plenar iclasa tövsiyə edib

16:41
20 Oktyabr

Səbinə Əliyeva Almaniya səfirinə Ombudsman Aparatının fəaliyyəti barədə məlumat verib  

16:38
20 Oktyabr

Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM

16:25
20 Oktyabr

Abbas Əraqçi: İran-Rusiya münasibətləri heç vaxt bu qədər yaxın olmayıb  

16:23
20 Oktyabr

“Şahinlərin Görüşü-2026” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” təşkil olunub  VİDEO

16:14
20 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya qadın sahibkarlarının regional əməkdaşlığı müzakirə olunub  

16:13
20 Oktyabr

Eston deputat: Estoniya ilə Azərbaycan arasında dialoq və mədəni əlaqələr dərinləşir  

16:01
20 Oktyabr

Bakıda keçirilən dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VIII Zirvə Toplantısı başa çatıb

15:47
20 Oktyabr

Regiona barış gətirən qətiyyətli siyasət  

15:46
20 Oktyabr

Bakının qış mövsümünə hazırlıq işləri ilə bağlı hesabatlar dinlənilib  

15:41
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!