20 Oktyabr 2026 18:54
191
DÜNYA
A- A+
Pekində yaşlı əhali sürətlə artır  

Pekində yaşlı əhali sürətlə artır  


Çinin paytaxtı Pekində yaşlı əhali sürətlə artır. 

“Beijing Daily” nəşrinin verdiyi məlumata görə, 2025-ci ilin sonuna olan göstəricilərə əsasən, şəhərdə 60 və daha yuxarı yaşda olan sakinlərin sayı 5,29 milyon nəfərə çatıb. Hazırda 60 və daha yuxarı yaşda olanlar Pekin əhalisinin dörddə birini təşkil edir. Bu nisbətin növbəti 10 il ərzində (2035-ci ilədək) üçdə birə yüksələcəyi nəzərdə tutulur. Şəhər rəhbərliyi yaşlı əhali üçün təqaüdlərin artırılması da daxil olmaqla bir sıra yeniliklər planlaşdırır. 

Çin əhalisi son 4 il ərzində azalaraq 2025-ci ildə 1 milyard 404 milyon 890 min nəfərə düşüb. Ölkə üzrə 16-59 yaşarası əmək qabiliyyətli əhali 60,6 faiz, 60 və daha yuxarı yaşda olanlar isə 23 faiz təşkil edir. Çində doğum səviyyəsi 2025-ci ildə hər min nəfərə 5,63 göstəricisi ilə 1949-cu ildən bəri ən aşağı həddə enib. Çin hökuməti illərlə tətbiq edilən “tək uşaq” siyasətini ləğv edərək ailələrin 3 uşaq sahibi olmasına icazə versə də, iqtisadi artımın zəifləməsi, yaşayış və uşaq böyütmə xərclərinin yüksək olması gənc nəsillərin valideyn olmaq qərarını təxirə salmasına səbəb olur. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT xəbərdarlıq edir: 800 milyon gənc işsiz qala bilər  

19:56
20 Oktyabr

Almaniya hərbi təlimlərə başlayıb

19:11
20 Oktyabr

Pekində yaşlı əhali sürətlə artır  

18:54
20 Oktyabr

Xorvat iş adamları Qarabağın bərpası istiqamətində reallaşdırılan layihələrdə iştiraka dəvət olunub  

18:37
20 Oktyabr

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb  

18:36
20 Oktyabr

 Yeni ağıllı tərəzi təqdim edilib

18:34
20 Oktyabr

Avropa süni intellekt yarışında ABŞ və Çindən geridə qalır

18:26
20 Oktyabr

BMT: Əfqanıstanda 19 milyondan çox insan qış mövsümündə aclıq təhlükəsi ilə üzləşə bilər  

18:15
20 Oktyabr

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

18:09
20 Oktyabr

Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb  

18:05
20 Oktyabr

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

18:03
20 Oktyabr

Kaliforniyada təhlükəli virus yayılır

18:03
20 Oktyabr

Kolumbiyada helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər xəsarət alıb  

17:53
20 Oktyabr

ABŞ Korporasiyası ilə Azərbaycanda süni intellekt məlumat mərkəzlərinin yaradılması müzakirə edilib  

17:52
20 Oktyabr

Sirkənin qaraciyəri qorumaq qabiliyyətinin olduğu ortaya çıxıb  

17:46
20 Oktyabr

İngiltərənin şərqində 2 min il yaşı olan kiçik ev itinin skeleti aşkar edilib  

17:21
20 Oktyabr

“Google Cloud”da problem yaranıb

17:17
20 Oktyabr

Cavanlaşmağın sirri “ölümsüz meduza”da ola bilər? 

17:16
20 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək  

17:15
20 Oktyabr

Bakıda “Rəqəmsal Maliyyə Ekosistemi” mövzusunda konfrans keçiriləcək  

17:14
20 Oktyabr

Alberta Kanadanın tərkibində qalacaq  

17:11
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!