21 Sentyabr 2026 16:09
796
İQTİSADİYYAT
A- A+
Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

Cari ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında artım dinamikası davam edib. Hesabat dövründə ölkədə 87,7 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunması iqtisadi fəallığın və real sektorun inkişafının davam etdiyini göstərir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. İqtisadiyyatın əlavə dəyər potensialının formalaşmasında qeyri-neft-qaz sektoru yenə də əsas drayver rolunu oynayıb.

AZƏRTAC xəbər verir ki, qeyri-neft-qaz ÜDM-nin dəyəri 61,5 milyard manat təşkil etməklə ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artıb. ÜDM-in strukturunda qeyri-neft-qaz sənayesi istehsalının ümumi dəyəri 5,4 faiz artaraq 14,6 milyard manat, kənd təsərrüfatı istehsalının ümumi dəyəri 2,6 faiz artaraq 10,1 milyard manat, nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin ümumi dəyəri 8,7 faiz artaraq 10,9 milyard manat, informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 10,7 faiz artaraq 2,7 milyard manat təşkil edib.

Beləliklə, qeyri-neft-qaz sektorunda müşahidə olunan dinamika bir neçə istiqaməti əhatə edir: sənayedə istehsalın genişlənməsi, kənd təsərrüfatında əlavə dəyərin artması, nəqliyyat-logistika imkanlarının inkişafı və informasiya-rabitə xidmətlərinin böyüməsi.

Qeyri-neft-qaz sənayesinin mühüm istiqamətlərindən biri olan mədənçıxarma sahəsində bu ilin yanvar-avqust istehsalın ümumi dəyəri 26,9 milyard manat təşkil edib. Bu göstərici mədənçıxarma sahəsinin sənaye istehsalında əhəmiyyətli paya malik olduğunu göstərir. Sahənin inkişafı ölkənin təbii resurslarından iqtisadi dövriyyədə daha səmərəli istifadə edilməsinə, sənaye müəssisələrinin xammal təminatının gücləndirilməsinə və yeni istehsal imkanlarının formalaşmasına şərait yaradır. Eyni zamanda, mədənçıxarma sənayesində yaradılan xammal bazasının emal sənayesi ilə daha sıx əlaqələndirilməsi qeyri-neft-qaz sənayesində əlavə dəyərin artırılması və iqtisadi şaxələndirmənin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Emal sənayesi üzrə bu ilin yanvar-avqust aylarında 14,9 milyard manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. Emal sənayesində istehsalın genişlənməsi yalnız daxili istehsal imkanlarını artırmır, həm də hazır məhsulların daxili bazara çıxarılması və ixrac imkanlarının genişləndirilməsi üçün baza yaradır. Bu baxımdan, emal sənayesində formalaşan istehsal həcminin ticarət dövriyyəsinə və xarici bazarlara çıxışa çevrilməsi qeyri-neft-qaz sektorunda əlavə dəyərin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Cari ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin 10,7 faiz artaraq 2,7 milyard manata çatması qeyri-neft-qaz sektorunda xidmət sahələrinin inkişaf etdiyini göstərir.

Qeyri-neft-qaz sektorunun mühüm istiqamətlərindən biri kənd təsərrüfatı sektorudur. Bu ilin yanvar-avqust aylarında kənd təsərrüfatı istehsalının 2,6 faiz artaraq 10,1 milyard manata çatması aqrar sahənin böyüdüyünü göstərir. Kənd təsərrüfatının inkişafı emal sənayesi, qida istehsalı, logistika və ixrac imkanları ilə birbaşa əlaqəlidir. Başqa sözlə, kənd təsərrüfatında yaradılan əlavə dəyərin daha böyük hissəsinin ölkə daxilində emal olunması qeyri-neft-qaz sektorunda daha uzun və dayanıqlı dəyər zəncirlərinin formalaşmasına imkan yaradır.

Nəqliyyat və anbar təsərrüfatında 8,7 faiz artım da bu baxımdan diqqət çəkir. Hesabat dövründə sahənin ümumi dəyərinin 10,9 milyard manata çatması Azərbaycanın istehsal, ticarət və tranzit imkanlarının iqtisadi artımda artan rolunu göstərir. Sənaye və kənd təsərrüfatında istehsalın genişlənməsi məhsulların daxili və xarici bazarlara çıxarılması üçün daha böyük logistika imkanları tələb edir. İqtisadi fəallığın müxtəlif sahələr üzrə genişlənməsi ilə yanaşı, bu artımın makroiqtisadi sabitlik şəraitində davamlılığının təmin edilməsi də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, maliyyə sabitliyinin qorunması da mühüm rol oynayır.

İqtisadi fəallığın digər mühüm göstəricilərindən biri isə ölkənin xarici ticarət dinamikasıdır. Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 33,2 milyard dollar dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,5 faiz çoxdur. Xarici ticarət dövriyyəsinin 21,8 milyard dollar ixracın, 11,4 milyard dollar isə idxalın payına düşüb. Son bir ildə ixrac 27,8 faiz artıb, idxal isə 24,1 faiz azalıb. Son nəticədə xarici ticarətdə 10,4 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,2 dəfə çoxdur. Xüsusilə ixracın idxaldan daha sürətli artması xarici ticarət balansının müsbət istiqamətdə dəyişməsini təmin edib. Ümumilikdə, cari ilin yanvar-avqust aylarının göstəriciləri Azərbaycanın xarici ticarətində ixracın üstün mövqeyinin daha da möhkəmləndiyini göstərir.

Beləliklə, bu ilin yanvar-avqust aylarının nəticələri Azərbaycan iqtisadiyyatında artım dinamikasının qorunduğunu və qeyri-neft-qaz sektorunun iqtisadi fəallığın əsas istiqamətlərindən birinə çevrildiyini göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır  

22:51
17 Oktyabr

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb  

21:34
17 Oktyabr

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib  

21:13
17 Oktyabr

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

19:58
17 Oktyabr

Hörmüz boğazında daha bir tanker minaya düşüb  

18:13
17 Oktyabr

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub  

17:58
17 Oktyabr

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

16:48
17 Oktyabr

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub  

16:03
17 Oktyabr

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub

15:41
17 Oktyabr

Füzuli Şəhəri Günündə ustad dərsləri  

15:01
17 Oktyabr

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar 

14:36
17 Oktyabr

Bazar gününün hava proqnozu açıqlanıb

14:26
17 Oktyabr

17 oktyabr – Füzuli şəhəri günü: zəfərdən böyük qayıdışa uzanan tarixi yol

14:10
17 Oktyabr

Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti tamamilə dağıdıldı   

14:07
17 Oktyabr

Füzuli şəhəri yenidən qurulur və doğma sakinlərinə qovuşur

14:04
17 Oktyabr

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım 

13:47
17 Oktyabr

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!