04 Sentyabr 2026 17:33
1460
SİYASƏT
A- A+
Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “


“Qarabağ Zəfərindən sonra ərazi bütövlüyünü bərpa edən Azərbaycan yeni geosiyasi reallıqlara uyğun olaraq xarici siyasətinin prioritetlərini yenidən formalaşdırır. Bu mərhələdə Mərkəzi Asiya ilə əlaqələrin dərinləşdirilməsi, regional sabitlik və davamlı inkişaf proseslərində aparıcı aktora çevrilmək, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat, enerji, ticarət və investisiya potensialından səmərəli istifadə Azərbaycanın strateji prioritetləri sırasında xüsusi yer tutur“.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

O bildirib ki, Azərbaycan-Mərkəzi Asiya münasibətləri artıq yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, daha geniş regional əməkdaşlıq və geoiqtisadi inteqrasiya kontekstində inkişaf edir. Son illərdə Xəzər üzərindən nəqliyyat və enerji infrastrukturunun inkişafı bu münasibətlərə yeni dinamika qazandırıb. “Bu prosesdə Orta Dəhlizin strateji əhəmiyyəti getdikcə artır. Çin və Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra Cənubi Qafqaz, Türkiyə və Avropaya uzanan Orta Dəhliz tədarük zəncirlərinin şaxələndirilməsi və dayanıqlılığının artırılması mühüm imkanlar yaradır. Dünya Bankının qiymətləndirmələrinə görə, infrastrukturun və siyasət mexanizmlərinin təkmilləşdirilməsi bu marşrutun daşıma qabiliyyətini artırmaqla yanaşı, tranzit müddətini əhəmiyyətli dərəcədə azalda bilər. Orta Dəhlizin səmərəliliyini yalnız dəmir yolları və limanların inkişafı ilə məhdudlaşdırmaq olmaz. Bu marşrutun dayanıqlı geoiqtisadi ekosistemə çevrilməsi üçün logistika mərkəzlərinin, gömrük və sərhəd-keçid prosedurlarının əlaqələndirilməsi, rəqəmsal ticarət sistemlərinin, maliyyə və sığorta mexanizmlərinin, anbar infrastrukturu və xüsusi iqtisadi zonaların vahid sistemdə inteqrasiyası vacibdir. Azərbaycanın əsas strateji imkanlarından biri nəqliyyat bağlantısından ölkənin ümumi iqtisadi transformasiyasını sürətləndirmək üçün istifadə etməkdir. Liman, dəmir yolu, logistika, enerji və rəqəmsal infrastrukturların bir-biri ilə əlaqələndirilməsi, eyni zamanda, Mərkəzi Asiya ölkələri ilə institusional əməkdaşlığın dərinləşdirilməsi Orta Dəhlizi uzunmüddətli geoiqtisadi üstünlüyə çevirə bilər”, – deyə ekspert bildirib.

M.Yücenin sözlərinə görə, Xəzər dənizinə münasibətdə yeni geoiqtisadi yanaşma formalaşır. Əvvəllər müxtəlif iqtisadi və nəqliyyat məkanlarını ayıran coğrafi maneə kimi qəbul edilən Xəzər indi onları birləşdirən strateji iqtisadi məkan rolunu oynayır. Xüsusilə Azərbaycan-Qazaxıstan xəttinin möhkəmlənməsi Çin və Mərkəzi Asiya yüklərinin Cənubi Qafqaz, Türkiyə və Avropa bazarlarına çıxış imkanlarını genişləndirir. Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri sadəcə “tranzit ölkə” olmaqdan çıxaraq “dəhliz iqtisadiyyatının mərkəzi”nə çevrilməkdir. Bunun üçün nəqliyyat bağlantıları ilə yanaşı, istehsal, logistika, xidmət və investisiya imkanlarının da dəhliz boyunca inkişaf etdirilməsi vacibdir.

Professor bildirib ki, Azərbaycanın regional bağlantı potensialı yalnız nəqliyyatla məhdudlaşmır. Azərbaycanın ənənəvi neft-qaz ixracatçısı rolu ilə yanaşı, bərpaolunan enerji və elektrik enerjisinin ötürülməsi sahəsində həyata keçirilən layihələr də yeni imkanlar yaradır.Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər Yaşıl Enerji Dəhlizi üzrə əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Gələcəyin Avrasiya bağlantıları yalnız nəqliyyat dəhlizlərindən ibarət olmayacaq. Burada enerji, rəqəmsal texnologiyalar, maliyyə və digər sahələr bir-birini tamamlayan çoxsəviyyəli sistem yaradacaq. Azərbaycan enerji təhlükəsizliyi, yaşıl transformasiya və rəqəmsal bağlantının kəsişdiyi strateji mərkəzə çevrilmək imkanına malikdir. Bu isə ölkənin regional rolunu ənənəvi enerji ixracatçısı və tranzit məkanı çərçivəsindən daha geniş müstəviyə çıxarır.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərinin inkişafını Mərkəzi Asiya ilə əlaqələr baxımından mühüm amil hesab edən ekspert deyib: “Azərbaycanın ŞƏT çərçivəsində dialoq tərəfdaşı statusu yalnız Mərkəzi Asiya ilə münasibətlər baxımından deyil, təşkilatın Avrasiya iqtisadi və strateji bağlantılarının genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Azərbaycan ŞƏT coğrafiyasının Avropaya çıxışında mühüm bağlantı nöqtəsidir. Orta Dəhliz bu coğrafiyanın dünya bazarlarına çıxış imkanlarını şaxələndirir. Azərbaycanın enerji potensialı – həm neft və qaz, həm də bərpaolunan enerji imkanları Mərkəzi Asiyanın enerji resursları ilə Avropanın tələbatını birləşdirən əlavə imkanlar yaradır. Rəqəmsal gömrük və ticarət sistemlərinin inkişafı bu bağlantını daha səmərəli edə bilər. Azərbaycan Mərkəzi Asiya, Türkiyə, Türk Dövlətləri Təşkilatı, ŞƏT və Avropa arasında müxtəlif siyasi və iqtisadi məkanları əlaqələndirən “orta güc” kimi çıxış edə bilər. Azərbaycanın ŞƏT üçün əhəmiyyəti yalnız təşkilata əlavə bir tərəfdaşın qoşulması ilə ölçülməməlidir. Azərbaycanın əsas üstünlüyü Asiyanın iqtisadi potensialını Xəzər, Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən strateji körpü rolunda çıxış etməsidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

Azərbaycan nefti 116 dollara satılır

11:29
17 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

10:35
17 Oktyabr

Bilmək istəyirəm

10:20
17 Oktyabr

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

10:17
17 Oktyabr

Nə əkərsən...

10:10
17 Oktyabr

Hədəf məhsuldarlığı 50 sentnerə çatdırmaqdır

10:00
17 Oktyabr

Dövlət başçısının YAP-ın VIII qurultayındakı çıxışı yerlərdə müzakirə edilir

09:50
17 Oktyabr

ZƏFƏR gündəliyi

09:40
17 Oktyabr

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir

09:30
17 Oktyabr

Dünyəvi təhsil milli tərəqqinin və sivil gələcəyin təminatıdır

09:20
17 Oktyabr

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub

09:10
17 Oktyabr

Məzarsız atanın neftçi oğlu: "Qara qızıl"ın Vətən payı

09:00
17 Oktyabr

Xudafərin - daş tarixdən Zəfər zirvəsinə 

08:50
17 Oktyabr

Böyük Zəfər tarixinin qəhrəmanlıq səhifəsi

08:40
17 Oktyabr

Siyasi müstəqillik iqtisadi inkişafın təməlidir

08:30
17 Oktyabr

Əbədi müstəqillik, güclü dövlətçilik, sarsılmaz birlik 

08:20
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!