23 Oktyabr 2026 17:43
3322
Səhiyyə
A- A+
Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  


İsveçrə və Fransa alimləri qanda şəkərin səviyyəsini fasiləsiz izləyən və artıq qlükozanı oksidləşdirərək parçalayan implant hazırlayıblar. Qurğu qanda qlükozanın səviyyəsini normallaşdırmağa və bədən çəkisini azaltmağa kömək edir. İmplantın effektivliyi diabetli siçanlar üzərində aparılan təcrübələrdə yoxlanılıb.

Tədqiqat müəlliflərinin sözlərinə görə, 2-ci tip diabet, piylənmə və maddələr mübadiləsi pozuntuları ilə mübarizəyə dünya səhiyyə sistemi hər il təxminən 3 trilyon dollar xərcləyir. Hazırlanan simsiz implantın məqsədi dərman qəbuluna ehtiyac olmadan qanda şəkərin səviyyəsini tənzimləmək və çəkinin azalmasına kömək etməkdir.

İsveçrə Ali Texniki Məktəbinin (ETH) professoru Martin Fussenegger və həmkarları qeyd edirlər ki, diabet, piylənmə və qalxanabənzər vəzinin bəzi xəstəlikləri uzunmüddətli müalicə tələb edir. Bu zaman istifadə olunan insulin və digər hormonal preparatlar orqanizmdə nisbətən tez parçalandığından onların müntəzəm qəbulu zərurəti yaranır.

Bu problemi həll etmək üçün alimlər dərmanları tədricən ifraz edən və ya hüceyrə kulturları vasitəsilə istehsal edən implantlar hazırlayırlar. Lakin belə sistemlərdə hüceyrələrin immun sistemindən qorunması və oksigenlə kifayət qədər təmin olunması ciddi çətinliklər yaradır.

Yeni implant isə fərqli prinsip əsasında işləyir. Qurğu elektrik enerjisindən istifadə edərək qandakı qlükozanı parçalaya bilir. O, qrafit əsaslı səth üzərinə yerləşdirilmiş, platinlə örtülmüş qızıl nanohissəciklərdən ibarətdir və polimerlərin qoruyucu təbəqəsi ilə örtülüb. Sistemin işini qandakı qlükoza səviyyəsini fasiləsiz ölçən avtonom kompüter idarə edir.

Təcrübələr zamanı implant piylənmə və 1-ci tip diabetdən əziyyət çəkən siçanların orqanizminə yerləşdirilib. Qurğu işə salındıqdan cəmi bir saat sonra gəmiricilərin qanında şəkərin səviyyəsi normallaşıb. Orqanizmdə enerji mübadiləsi qlükozadan istifadədən yağların yandırılmasına doğru dəyişib. Altı həftə sonra siçanların çəkisinin azaldığı və lipid mübadiləsinin normallaşdığı müşahidə olunub.

Alimlər hesab edirlər ki, gələcəkdə oxşar texnologiya 2-ci tip diabetli xəstələrdə də qanda şəkərin səviyyəsini tənzimləmək üçün istifadə oluna bilər. Bununla belə, texnologiyanın insanlarda effektivliyini və təhlükəsizliyini təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

1700 illik sümük qalıqlarının sirri açıldı: onları yırtıcı quşlar gətirib  

19:30
12 Noyabr

Qol kralının həyatla ölüm arasındakı oyunu  

19:21
12 Noyabr

Kim nə qədər qazanır? 

19:09
12 Noyabr

Sahibkarların elektrikə qoşulma xərcinə dövlət ortaq olur  

18:53
12 Noyabr

Sümük sınıqları riskini azaltmağın yolu 

18:41
12 Noyabr

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

18:36
12 Noyabr

Əhalinin gəlirləri 81 milyard manatı keçib: maaşlar artır, inflyasiya isə zəifləyir

18:29
12 Noyabr

Suyu cəmi beş dəqiqəyə təmizləyən mikrokapsullar hazırlanıb  

18:26
12 Noyabr

İspaniyada mənzil böhranına görə ümummilli tətil keçirilib  

18:24
12 Noyabr

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB  

18:24
12 Noyabr

Orqanizmdə piy yığılmasının qarşısını alan çay

18:23
12 Noyabr

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib  

18:12
12 Noyabr

Yanvar-oktyabr aylarında pensiyalara 6 milyard 527 milyon manat vəsait yönəldilib  

18:10
12 Noyabr

Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb  

18:03
12 Noyabr

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub

17:59
12 Noyabr

Moskvada Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında danışıqlar keçirilir  

17:48
12 Noyabr

Astana və Bakı Xəzərin qorunması üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər  

17:47
12 Noyabr

Bakının ev sahibliyi edəcəyi "SportAccord Convention 2027" sammitinə qeydiyyat başlayıb  

17:37
12 Noyabr

Ərdoğan: Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazırıq  

17:19
12 Noyabr

Milli Kitabxanada “Professor Kərim Tahirov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub  

16:57
12 Noyabr

YAP Veteranlar Şurasının VIII Qurultaydan sonrakı ilk iclası olub  

16:51
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!