04 Sentyabr 2026 19:07
1655
CƏMİYYƏT
A- A+
Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub

Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub


4 sentyabr 2026-cı il tarixində Qaradağ rayonu Heydər Əliyev Mərkəzində şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim edilib. 

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialının sədri Əvəz İsmayılov, İtaliyanın “Saipem” neft-qaz mühəndisliyi və tikinti şirkətinin meneceri Aytən Həsənova, şəhid ailələri, qazilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialının sədri Əvəz İsmayılov iştirakçıları salamlayaraq onları qarşıdan gələn yeni dərs ili münasibətilə təbrik edib. Azərbaycan dövlətinin şəhid və qazi ailələrinin övladlarına həmişə xüsusi qayğı və diqqətlə yanaşdığını qeyd edən Əvəz İsmayılov bu gün təşkil edilən tədbirin də həmin məqsədi daşıdığını bildirib. Qaradağ rayonunda yaşayan şəhid və qazi ailələrinin övladlarını yeni dərs ili ərəfəsində müxtəlif məktəbli ləvazimatları ilə sevindirən İtaliyanın “Saipem” şirkətinin Azərbaycan nümayəndəliyinə minnətdarlığını bildirib. 

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov şəhid və qazi ailələrini qarşıdan gələn yeni dərs ili münasibəti ilə təbrik edərək, ölkə başçısının uşaqlara olan diqqət və qayğısından söz açıb. Rayon təşkilatının sədri qeyd edib ki, ölkə rəhbərliyinin bu qayğısı nəticəsində Azərbaycanda təhsil sahəsində mühüm uğurlar qazanılıb, xüsusən işğaldan azad edilmiş ərazilərdə yeni təhsil müəssisələri inşa edilərək doğma torpaqlara qayıdan sakinlərin ixtiyarına verilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təhsil sahəsində çoxsaylı layihələrin həyata keçirildiyini xatırladan İlqar İlyasov bunun nəticəsində yeni məktəblərin istifadəyə verildiyini, köhnələrin əsaslı şəkildə təmir olunaraq ən müasir tədris avadanlıqları və texnoloji vasitələrlə təchiz olunduğunu bildirib. Bütün uşaqlar kimi Qaradağ rayon məktəblilərini də daim qayğısız, problemsiz və xoşbəxt görmək istədiyini vurğulayan İlqar İlyasov onlara yeni dərs ilində uğurlar arzulayıb. 

Tədbirdə çıxış edən “Saipem” şirkətinin meneceri Aytən Həsənova bu xeyirxah aksiyaya qoşulmaqdan çox məmnun olduqlarını bildirərək onları təbrik edib və uğurlar arzulayıb. 

Lökbatan Heydər Əliyev Mərkəzinin əməkdaşı Nuranə Davrinbəyova da şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar təbriklərini çatdırıb. 

Sonra tədbirdə iştirak edən məktəblilərə tədris vəsaitləri və digər hədiyyələr olan bağlamalar təqdim edilib. 

Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını, onları daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.   

Sonda xatirə fotosu çəkdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

Azərbaycan nefti 116 dollara satılır

11:29
17 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

10:35
17 Oktyabr

Bilmək istəyirəm

10:20
17 Oktyabr

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

10:17
17 Oktyabr

Nə əkərsən...

10:10
17 Oktyabr

Hədəf məhsuldarlığı 50 sentnerə çatdırmaqdır

10:00
17 Oktyabr

Dövlət başçısının YAP-ın VIII qurultayındakı çıxışı yerlərdə müzakirə edilir

09:50
17 Oktyabr

ZƏFƏR gündəliyi

09:40
17 Oktyabr

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir

09:30
17 Oktyabr

Dünyəvi təhsil milli tərəqqinin və sivil gələcəyin təminatıdır

09:20
17 Oktyabr

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub

09:10
17 Oktyabr

Məzarsız atanın neftçi oğlu: "Qara qızıl"ın Vətən payı

09:00
17 Oktyabr

Xudafərin - daş tarixdən Zəfər zirvəsinə 

08:50
17 Oktyabr

Böyük Zəfər tarixinin qəhrəmanlıq səhifəsi

08:40
17 Oktyabr

Siyasi müstəqillik iqtisadi inkişafın təməlidir

08:30
17 Oktyabr

Əbədi müstəqillik, güclü dövlətçilik, sarsılmaz birlik 

08:20
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!